Şəmkirdə mühazirə: "Cümhuriyyət tariximizmüasirlik"

 

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili  Aydın Mirzəzadənin rayon ictimaiyyəti ilə görüşü olub.

 

Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdən öncə qonaqlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb, rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar.

 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılara öncə Tahir Tahiroviçin rejissorluğu İntiqam Qasımzadənin ssenarisi əsasında Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilmiş "Parisdən məktublar" sənədli filmi nümayiş etdirilib.

 

Mərasimi giriş sözü ilə açan Mərkəzin direktoru Bilik Evinin müdiri, millət vəkili Sona Əliyeva deputat həmkarını Şəmkirdə salamlamaqdan məmnun olduğunu bildirib, Bilik Fondunun dəstəyi ilə Bilik Evinin təşkil etdiyi müxtəlif məzmunlu  maarifləndirici layihələrdən, onların yerli əhali üçün əhəmiyyətindən söz açıb.

 

S.Əliyeva ölkə başçısının imzaladığı fərman sərəncamlardan irəli gələn məsələlərlə bağlı bu il planlaşdırılan tədbirlərin mahiyyətini diqqətə çatdırıb.

 

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində elm-təhsil müəssisələrində, dövlət özəl qurumlarda təşkil etdiyi planlaşdırdığı mühazirə görüşlər, film nümayişləri kitab təqdimatları, elmi mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verib.

 

C.Musaoğlu 2018-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi regional beynəlxalq səviyyəli mötəbər tədbirlərin adlarını sadalayaraq, ölkəmizin dünyada güvəncli imic qazandığını diqqətə çatdırıb, dövlətin bu səviyyəyə yüksəlməsində daxili sabitliyin, iqtisadi inkişafın, əhalinin maddi mənəvi rifahının hər ötən gün daha da yaxşılaşmasının rolu olduğunu bildirib.

 

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hakim partiyanın xalqdan yekdilliklə dəstək alaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik hüquqi prinsiplərə milli-mənəvi dəyərlərə söykənərək, Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisliyi prizmasından ölkənin  ikinci dəfə müstəqilliyinə nail olduğunu xatırladıb.

 

Sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadə "Cümhuriyyət tariximiz müasirlik" mövzusunda mühazirə ilə çıxış edib. Millət vəkili Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən söz açıb: "Genetik yaddaş hər nəslin azərbaycançılığı qoruyub saxlamağa yeni dəyərlərlə genişləndirməyə imkan verir. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının müstəqillik potensialının göstəricisi idi. Tarixi səbəblərdən süquta uğrayan respublika 1991-ci ildə yenidən tarix səhnəsinə qayıtdı, 1993-cü ildən isə əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident cənab İlham Əliyevin möhtəşəm fəaliyyəti ilə müstəqilliyimiz əbədi oldu".

 

Sonda millət vəkili Aydın Mirzəzadə tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.

 

525-ci qəzet.-2018.-21 fevral.-S.2.