Çağdaş Türkiyə yazıçılarının hekayələr kitabı çap olundu

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) Əməkdaşlıq Müqaviləsi əsasında aybKİtab layihəsi çərçivəsində "Həyatın rəngləri" adlı çağdaş Türkiyə yazarlarının hekayələrindən ibarət almanax işıq üzü görüb.

 

Yeni nəşrdə İLESAM-ın üzvü olan 20 çağdaş türk yazıçısının, o cümlədən, Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”,  Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb. 

 

“AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxın Azərbaycan dilinə uyğunlaşdıranı Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 22 fevral.- S.7.