Poetika. İzm” jurnalının yeni sayında

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri - “Poetika.İzmjurnalı çapdan çıxıb.

 

Jurnal AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəylininAzərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatıməqaləsi ilə açılır. Alim elmi-ədəbi ictimaiyyətə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyasını təqdim edib. O, Azərbaycan ədəbiyyat tarixinin dövrləşdirilməsinin zərurətini milli dövlət müstəqilliyinin nəticəsi hesab edir: “Azərbaycan ədəbiyyatı tarixi müstəqillik dövründə yaranan, bəşəri dəyərləri nəzərə almaqla milli ədəbiyyatın real inkişaf  prosesinin əsasında yazılan akademik ədəbiyyat tarixidir”.

 

Müəllif məqalədə ədəbi dövrləşdirmə sahəsində mühüm xidmətləri olan alimlərin elmi-nəzəri təcrübəsini ümumiləşdirib. XX əsrin 90-cı illərini Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konsepsiya axtarışları dövrü adlandırıb, XXI əsrin əvvəllərində meydana çıxan təşəbbüsləri isə  ədəbi dövrləşdirmə sahəsində konsepsiya axtarışlarının inkişaf  mərhələsi kimi qeyd edib. Akademik elmi konsepsiyanın hazırlanmasını zəruri edən amilləri göstərib, konseptual baxımdan dörd prinsipi: Azərbaycançılıq məfkurəsi, sivilizasiya amil, ədəbi-tarixi prosesin reallıqları, Azərbaycanda ədəbi cərəyanları əsaslı bilib.

 

Akademik məqalədə 10 bənddən ibarət olan milli ədəbiyyat tarixinin mərhələlərinə izah şərh verib. Elmi konsepsiya Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin akademik nəşrləri üçün vacib proqram, habelə, türk xalqları ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemlərinin həllində normativ akt, elm tədris məsələlərinin praktik həllində yönləndirici sənəddir.

 

Jurnalda 23 məqalə verilib. Həmin məqalələrİzm” , “Janr, Struktur” “Tarixi poetika”, “Ədəbi təhlil, Mətn poetikası”, “Ədəbiyyatşünaslığın digər sahələri nəzəri aspektdə”, “Ədəbi kontekstTərcüməbölmələrində ehtiva olunub.

 

İzmbölməsində iki məqalə verilib. Professor Tahirə MəmmədRealizmin tipoloji xüsusiyyətləri Azərbaycan ədəbiyyatında inkişaf mərhələləriməqaləsində realizm ədəbi cərəyanının (müəllif belə adlandırıb-Ə.Ə.) təşəkkülü, tipoloji xüsusiyyətləri tanınmış təmsilçilərini ümumiləşdirib.

 

Professor Əlizadə ƏsgərliModernizm postmodernizmə münasibət haqqındaməqaləsində onların milli ədəbiyyatdakı təzahür xüsusiyyətləri süni effektlərindən danışıb.

 

Janr, struktur, forma” bölməsinə 4 məqalə daxil edilib. Dosent Şahbaz Şamı oğlu (Musayev) “Mirzə Fətəli Axundzadənin məzmun formanın vəhdəti konsepsiyasıməqaləsində tezisləşdirilib ki,  M.F.Axundzadə məzmun formanın elmi-nəzəri əsaslarını işləməklə Azərbaycanda məzmunla formanın vəhdəti nəzəriyyəsinin ilk yaradıcısı olub.

 

Dosent Könül HacıyevaƏkrəm Cəfərin araşdırmalarında rübai janrıməqaləsində rübai janrının Ə.Cəfər yaradıcılığında öyrənilməsi, dosent Maral YaqubovaBədii mətnin intertekstual təhlilində retrospeksiyanın roluməqaləsində müəllif-əsər-oxucu triadasında retrospeksiyanın bədii-estetik funksiyası, Səidə SadıqovaƏkrəm Cəfər rübai vəzni Füzuli rübailərinin vəzni haqqındaməqaləsində alimin Füzuli rübailərinin timsalında Azərbaycan rübaisinin vəzn xüsusiyyətləri, filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızı (İsayeva) “İntibah dövrü orta əsrlər ədəbi-nəzəri fikriməqaləsində orta əsrlər ədəbi-nəzəri fikrinin ritorika, qrammatika, poetikaya aid traktatları, habelə, poeziya, faciə, komediya onların təmsilçiləri, professor Leyla GərayzadəninQız qalası - Odlu qız - Odlar yurdu simvolik paralelizmində Azərbaycanməqaləsində A.ZöhrabbəyovunOdlar yurduromanına din, tarix folklor kontekstində yanaşma, Xanım Sultanovanın “XX yüzil Azərbaycan poeziyasında kosmoqonik miflərin təzahürüməqaləsində S.VurğununAyın əfsanəsiəsəri əsasında müxtəlif mifoloji görüşlər, XX əsr Azərbaycan poeziyasına transformasiyasının nəzəri məsələləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami MuradoğlununDədə Qorqudşeiri müasir poeziyaməqaləsində mənəvi-poetik ruhun soykökə qayıdışı, tarix xalq ədəbiyyatına yaradıcı münasibətin təzahürləri, filologiya üzrə fəlsəfə doktoru Fəridə VəliyevanınFərhad Şirin: invariant yazılı ədəbiyyatməqaləsində Yunus Əmrə yaradıcılığında folklor yaddaşının gücü insan ruhunun təmizliyə çağırışı ifadəsini tapıb.

 

Elmi jurnalınƏdəbi təhlil, Mətn poetikasıbölməsində 5 məqalə özünə yer alıb. Filologiya üzrə fəlsəfə doktoru Abuzər BağırovunMoskvada yaşayan azərbaycanlı yazıçıların əsərlərində tipoloji xüsusiyyətlər haqqındaməqaləsində Moskvada yaşayan azərbaycanlı yazıçıların nəsr əsərlərinin tipoloji xüsusiyyətləri, filologiya üzrə fəlsəfə doktoru Aynurə MustafayevanınTarix bədii yaradıcılıq müstəvisindəməqaləsində tarixi həqiqət prinsipinin qorunması, Aysel QurbanovanınHüseyn Cavid Cəfər Cabbarlı əsərlərində obraz adların milli-genetik yaddaşa uyğunlaşdırılmasıməqaləsindəOd gəliniİblisəsərləri əsasında Azərbaycan mədəniyyəti inanclarına yiyəlik, Nərminə HüseynovanınCəfər Cabbarlı dramaturgiyasındaartıq adamobrazıməqaləsindəartıq adamobrazının C.Cabbbarlı dramaturgiyasındakı  fərdi üslub əlamətləri, Xəyalə ƏliyevanınAnarın qoç, qara qoçromanında mistifikasiyanın təzahür xüsusiyyətləriməqaləsində qeyri-real roman məkan hüdudlarında mistifikasiyadan yaradıcı istifadədən bəhs olunub.

 

Ədəbiyyatşünaslığın digər sahələri nəzəri aspektdəbölməsində 2 məqalə əksini tapıb. Filologiya üzrə fəlsəfə doktoru Aslan SalmansoySəməd Vurğun Azərbaycan mühacirət ədəbiyyatşünaslığı tənqidindəməqaləsində mühacir ziyalılar, filologiya üzrə fəlsəfə doktoru, prof. Nizami TağısoyElçininBaşromanı Azərbaycan ədəbi-nəzəri tənqidiməqaləsində romanın sənətkarlığını izləyib.

 

Poetika. İzmjurnalınınƏdəbi kontestbölməsində Azərbaycan rus dillərində 2 məqalə verilib. Günay NadirovaMultikultural cəmiyyətin formalaşması, inkişafı ədəbiyyatda inikasıməqaləsində multikulturalizmin təkamül xüsusiyyətləri, filologiya üzrə fəlsəfə doktoru Tələt ƏliheydərAzərbaycan milli hərəkatıAzərbaycanda uzunmüddətli əsər” (1813-1917)” məqaləsində tarixi-linqvistik tədqiqatın təcrübəsi göstərilib.

 

Tərcümələrbölməsində Qəzənfər ƏliyevinNizami mövzu süjetlərinin Şərq xalqları ədəbiyyatında yayılması tarixindənməqaləsinin filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova tərəfindən tərcüməsi verilib.

 

Leyla Rzayeva isə “Görkəmli jurnalistredaktor Ülkər Hüseynova-80” məqaləsində Ülkər İbrahim qızı Hüseynovanı təbrik edib. Biz də Ülkər xanımı təbrik edir, ona möhkəm can sağlığı və işgüzar fəaliyyət arzulayırıq.

 

Əlizadə ƏSGƏRLİ

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.—2018.-24 fevral.-S.9.