Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər

 

(Əvvəli ötən sayımızda)

 

Cümhuriyyətin nümayəndə heyətinin tərkibində Parisə gələn qeyd olunanlardan başqa mühəndis V.Marçevskini, katiblər - S.Məlikov Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəyi, tərcüməçilər: A.Qafarovu (fransız dili), Q.Gafarovanı (ingilis dili), X.Məmmədovu (fransız türk dili) da qeyd etmək lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən danışarkən həyatının müəyyən mərhələləri Fransa ilə bağlı olan şəxslər sırasında Rusiya İmperator Ordusunun artilleriya generalları AXC-nin görkəmli xadimlərindən olmuş Əli Ağa İsmail Ağa oğlu Şıxlinskini Səməd bəy Sadıx bəy oğlu Mehmandarovu qeyd etməmək mümkün deyildir.

1913-cü ilin yayında Rusiya İmperator Ordusunun Zabit Artilleriya Məktəbinin hərbi təlim meydanında Fransanın Baş qərargah rəisi general Joffronun başçılıq etdiyi qonaqların iştirakı ilə nümunəvi atışlar həyata keçirilirdi.

Bu atışlar fransızlara məktəbin rəis müavini Şıxlinski tərəfindən nümayiş olunurdu. Qonaqlar onun məharətinə heyran qalmışdılar. Şıxlinski Fransanın Fəxri Legion Komandan ordeninə layiq görülmüş həmin orden Fransa Respublikası Prezidentinin 1914-cü ildə Sankt-Peterburqa səfəri zamanı şəxsən onun özü tərəfindən təqdim olunmuşdur.

Azərbaycan Milli Ordusunun yaradıcısı, cümhuriyyətinin hərbi naziri S.Mehmandarov Qarabağın adlı-sanlı bəy nəslindən olmuşdur. Birinci Dünya müharibəsini general 3-cü Qafqaz Ordu korpusunun köçürüldüyü Varşava Hərbi dairəsində qarşılamışdır.

Korpusun iştirak etdiyi bütün müharibə ərzində o, düşmənə bir dənə silah-sursat verməmişdir. Mehmandarov Fransanın ən yüksək hərbi mükafatlarına layiq görülmüşdür.

Publisist, şərqşünas, dilçi, pedaqoq ictimai xadim, Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq "Asiya cəmiyyəti" (1900) Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü Şahtaxtinski Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu haqqında da danışmamaq olmaz.

M.Şahtaxtinski 1846-cı ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Tiflis gimnaziyasını qurtardıqdan sonra, Leypsiq Universitetitinin fəlsəfə, tarix hüquq fakültəsini bitirmişdir.1873-1875 illərdə isə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmişdir. Bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı İstanbulda xüsusi müxbiri işləmiş, "Kaspi" qəzetinin redaktoru olmuşdur. XIX əsrin 70-80-ci illərdə dərc etdirdiyi məqalələrdə liberal xalqçılığın təsiri duyulur.

1898-ci ildən 1902-ci ilədək yenidən Parisdə yaşamış, Fransa kollecində Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs demişdir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropa Amerika mətbuatında müzakirə mübahisələrə səbəb olmuşdu. Şahtaxtinski Sorbonna Universitetində professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış, Fransa Maarif Nazirliyinin fəxri diplomunu almışdır.

 

1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilən Şahtaxtinski Duma bağlandıqdan sonra "Rossiya" qəzeti redaksiyasında işləmiş, 1908-1918-ci illərdə isə xaricdə yaşamışdır. 1919-cu ildə vətənə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarı ilə Bakı Universitetinin yaradılmasında fəal iştirak etmiş, burada Şərq dilləri ədəbiyyatından mühazirələr oxumuşdur.

Həyatının müəyyən mərhələsi Fransa ilə bağlı olan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarının bəzilərinin bioqrafiyasından fraqmentlər belədir. Şübhəsiz, bu məlumatlar həmin digər şəxslərin həyat fəaliyyətləri haqqında kifayət qədər təsəvvür yaratmır. Onların hər biri haqqında çoxsaylı jurnalist məqalələrində, alimlərin elmi işlərində, diplomatların öz tədqiqatlarında rast gəlmək mümkündür. Bu mənada azərbaycanlıların emiqrant həyatı haqqında Fransanın "Fəxri legion" ordeninin kavaleri diplomat Ramiz Abutalıbovun əməyini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan da öz oğullarını unutmur. Bu gün Bakıda bir sıra küçələrə onların adları verilmişdir. 19 dekabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransaya ilk səfəri zamanı ilk siyasi emiqrantların xatirəsini yad etmiş Topçubaşovlar Hacıbəylilər ailələrinin qəbirlərinə əklil qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ərəfəsində Heydər Əliyev Mərkəzində "Son iclas" bədii-sənədli filminin təqdimatının keçirilməsi xüsusi diqqətəlayiqdir. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüsseri Arzu Əliyeva iştirak etdilər. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər ümidsiz, lakin dönməz qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris sülh konfransındakı fəaliyyəti barədə müfəssəl məlumat verilmişdir. Bununla yanaşı, ekran əsərində, Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi 1992-ci ildə Fransa tərəfindən tanındı. Bundan dərhal sonra, 1992-ci ilin fevral ayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələr quruldu. 1992-ci ilin mart ayında Fransanın Azərbaycandakı səfiri rəsmi fəaliyyətə başladı Türkiyənin səfirindən sonra ikinci səfir oldu. Burada qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Fransanın diplomatik nümayəndəliyi Vodovoz küçəsində Mitrofonovun evində (indi həmin küçə Azərbaycanın görkəmli şair-emiqrantı Almas İldırımın adını daşıyır) yerləşirdi. Qeyd etmək maraqlıdır ki, 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Azərbaycanda 200-ə yaxın fransız yaşayırdı. 1926-cı ilin nəticələrinə görə isə onların sayı cəmi 58 olmuşdur.

Bu sətirlərin müəllifi 1993-cü ildə Bakıda Fransanın Azərbaycandakı ilk səfiri cənab Jan Perenlə onun iqamətgahında görüşmüşdür. Söhbət iki saatdan artıq davam etmişdir. Görüşdə ölkələrimiz arasındakı keçmiş indiki münasibətlərin vəziyyəti, həmçinin, Azərbaycanın müstəqilliyinin tanındığı Paris Sülh Konfransının əhəmiyyəti barədə danışılmışdır. İndiki vəziyyət barədə danışarkən səfir qeyd etmişdir ki, 1991-1992-ci illərdə Azərbaycanda dövlət çevrilişləri bir-birini əvəz edirdi. Vəziyyət qeyri stabil idi, Fransa Azərbaycan arasındakı münasibətlər yaxşı deyildi. Jan Peren Naxçıvana gedərək Heydər Əliyev ilə görüşdü. Görüş balaca bir otaqda keçirilirdi. İkitərəfli münasibətlər haqqında danışıqlar aparılırdı. Görüşün sonunda Jan Peren özündən aslıl olmayaraq demişdi: "Bakıda daha tez-tez görüşmək ümidi ilə". Doğrudan da, müəyyən müddətdən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi.

 

Daha sonra biz bir çox dünya ölkələrinin, o cümlədən, Fransanın da siyasi və dövlət sistemlərinin başlıca elementlərindən biri olan Prezidentlik institutu haqqında söhbət etdik. Bu mövzunun aktuallığı həm o dövrdə öz dövlət quruculuğu dövrünü yaşayan Azərbaycan üçün Prezidentlik institutunun yeniliyi ilə, həm də istənilən dünya ölkəsinin dövlət orqanları sistemində Prezidentin xüsusi yer tutması ilə şərtlənirdi. Bu institutun daxil edilməsi Azərbaycanın dövlət quruculuğunun inkişafında yeni mərhələ açırdı. Səfir böyük məmnuniyyətlə Fransa Prezidentinin Konstitusiya üzrə hüquq və öhdəliklərini əks etdirən materialları və ədəbiyyatı təqdim etdi. Sonradan bunlara əsaslanaraq Prezidentlik sistemi, Prezident institutu, Prezidentin səlahiyyətləri, Fransada Prezident seçkiləri sistemi haqqında məqalə hazırlandı və bizim Respublika mətbuatının səhifələrində çap olundu.

Məqsədimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunduğu bu ildə vaxtilə ona şərəflə xidmət edən görkəmli simaların xatirəsini yad etməyin vacibliyini bir daha vurğulamaqdır. Eyni zamanda, öz vətəninin hüdudlarından uzaqlarda, o cümlədən, Fransada yaşayan və ölkəmizin baxılan dövründə baş verən ictimai-siyasiiqtisadi proseslərə öz töhfəsini verən şəxslər haqqında daha geniş məlumatların axtarışını davam etdirməyin vacibliyini göstərməkdir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra hökumətin təşəbbüsü ilə Avropanın bir sıra universitetlərinə, o cümlədən, Fransa universitetlərinə kifayət qədər çox azərbaycanlılar göndərilmişdi. Düşünürəm ki, həmin tələbələrin bir çoxunun taleyi öz tədqiqatçısını gözləyir. Üstəlik də onların övladları, nəvələri, birbaşa vərəsələri və sonrakı törəmələri, onların taleləri haqqında mümkün qədər çox məlumat vermək lazımdır.

 

Rövşən AĞAYEV

525-ci qəzet.-2018.- 13 iyul.- S.6.