Unutmamaq unudulmamağın ən yaxşı zəmanətidir

 

Uzaq tələbəlik illərinin rəngarəng, maraqlı, çətin eyni zamanda, nikbin notlarla süslənmiş səhifələrini vərəqləyəndə yadıma ilk düşən insanlardan biri qələm dostum, ürəyimə yaxın adamların sırasında həmişə öz dolğun, nikbin xarakterində, özünəməxsus cizgiləri boy göstərən, şuxluğunu, həyatsevər xasiyyətini bu gün qürurla çiyinlərində gəzdirən Nizami Rəhmanlıdır.

Nizami ötən əsrin 60-cı illərinin sonlarında Şabranın Əmirxanlı kəndindən səsli-küylü, izdihamlı, heç hamıya " qızıl dağlar" vəd etməyən mürəkkəb paytaxt mühitinə yalnız ali təhsil almaqla gələn gənc yox, həm gələcəyin, yəni bu günlərin tanınmış publisist, araşdırmaçı jurnalisti əsl qələm sahiblərinin çevrəsinə düşəsi bir oğlan qiyafəsində idi. İllər keçdi, Nizami arzularının reallaşdırılması yolunda atdığı inamlı, qətiyyətli addımların bəhrəsini gördü statistik göstəricilərə görə çoxumuzu geridə qoydu. Sayca 16-cı kitabını mənə göndərəndə məhz bu faktoru gözüm önündən keçirdim qeyri-adi pıçıldadım: - Halal olsun sənə Sədri müəllimin çörəyi, Nizami Rəhmanlı!

Nizaminin "Sadə bir insan haqqında hekayət"i Şirvan elində bu gün adı çəkilən, yalnız İsmayıllınin Quşencə Talıstan kəndlərində deyil, ümumən ətraf rayonlarda, Azərbaycanımızın çox yerində xeyirxahlıq, şərəf ləyaqət simvolu kimi tanınan, adi avtobus sürücüsü kimi fəaliyyət göstərsə , elin-obanın sözü keçən, öz xoş əməlləri ilə çoxlarına nümunə olmuş Şahməmmədov Bədəl oğlu Bədəlov haqqında səbirlə, təmkinlə, ardıcıllıqla öyrəndiklərinin sözün əsl mənasında poetik ifadəsidir. "Poetik ifadə" deyəndə düşünməyin ki, Nizami Rəhmanlıya tərif yağdırıram. Əsla. Bu kitabı oxusanız, özünüz mənlə dərhal razılaşarsınız. Həyatda olmayan, görmədiyin, müsahibi olmadığın bir insan haqqında xatirələrin, yaddaşlarda mürgüləyən əhvalatların işığında bu cür oxunaqlı, inandırıcı heyrətləndirici əsəri yazmaq hər kəsin qismətində deyil Nizami Rəhmanlı bu çətin missiyanın öhdəsindən layiqincə gəlib.

Nizami müəllim bu kitabı ilə həm qələm dostlarına bir ədəbi mesaj da yollayıb ki, ay qardaşlar, vəzifəli şəxslərdən, alimlərdən, mesanatlardan, biznesmenlərdən, konstruktorlardan yazmağın rahatlığı başadüşüləndir. Belələri haqqında kifayət qədər faktiki materiallar, saysız xatirələr təbii ki, obraz yaratmaq, xəyal qurmaq imkanı əlinizdədir. Amma gəlin kənddə-kəsəkdə adicə sürücü işləyən, dişi-dırnağı ilə özünə arı tək yuva quran, doqquz uşaq böyüdüb ev-eşik sahibi edən, el-obanın xeyir-şərində öndə gedən Şahməmməd kişi kimi insanların da həyatına , bir gur işıq tutaq, onların keçdiyi həyat yolunun çətinlikləri, sevinc kədər dolu səhifələri ilə cəmiyyəti tanış edək. Belə adamlar haqqında yazsaq, həm onların ruhu şad olar, həm agah olun ki, bax biz unutmuruq, yazırıq, tarixləşdiririk, siz bu yolu tutun, unutmayın, yoxsa unudularsınız.

Nizami Rəhmanlı "Sadə bir insan haqqında hekayət"ində yalnız Şahməmməd Bədəlov haqqında bəhs etmir, parallel olaraq bu kişinin valideynləri, övladları nəvələri haqqında da ətraflı bilgi keçir, demək olar ki, dörd nəslin taleyi, yaşam tərzi, düşüncə ümidləri, gələcəyə baxışları, vətənə məhəbbəti, cəmiyyət qarşısında məsuliyyəti barədə oxucuya şirin hekayətlər təqdim edir. Bir söylənilən hekayətlər fonunda İsmayıllının əsrarəngiz təbiəti, əməksevər insanları, müdrik kişiləri, nəcib qadınları haqqında ətraflı məlumat alırıq və özümüzü ruhən Şahməmməd kişionun övladları, dostları arasında hiss edirik. Müəllif publisistikanın gücündən məharətlə istifadə edərək bizi xəyalən yarım əsr əvvələ aparır, bəlkə də lap uzaq illərin hadisələri ilə təmasa çağırır.

Nizaminin yeni əsəri məni bir çox cəhətləri ilə özünə cəlb etdi. Bu cəhətlərdən biri də Şahməmməd kişinin övladlarından biri-Ələsgər Bədəlovla olan dostluğumuzdur. Ələsgər müəllim uzun illər daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib. Bu illər ərzində tez-tez görüşmüş, xeyirdə-şərdə iştirak etmişik. Atası haqqındakı kitabı oxuyundan sonra mənə bir daha aydın oldu ki, Ələsgər müəllim öz kökünə necə də bağlı insan, nəslin fədakar, yorulmaz davamçısı imiş. Onun oğlanları- Şahməmməd kişinin nəvələri də indi çiyinlərində zərli-ulduzlu paqonlar gəzdirirlər. Bu da təbii ki nəslidən gələn, Allahın bəxş etdiyi dəyərlərin məntiqi nəticəsidir.

deyim Nizami müəllim, Yeni kitabın mübarək! Yaxşı yoldasan. Şərəfli keçmişi olan insanları unutmamaq əslində, gələcəkdə özünün də unudulmamağın üçün ən etibarlı zəmanətdir.

 

Akif CABBARLI

 

525-ci qəzet.-2018.- 18 iyul.- S.8.