Sevgidən doğulmuş sənət və ya əbədiyyəti yaradan nəfəs

 

"Allahın ən gözəl əsəri könüldür.

Qalan hər şey ancaq əsərin əsərləridir".

Cəlaləddin Rumi

 

Azərbaycan xalqı hər zaman öz istedadları, yaradıcı insanları sənətkarları ilə öyünüb fəxr edə bilər. Çünki bizim müasirlərimiz olan sözün əsl mənasında fitri istedadlar, peşəkar sənətkarlar özlərində əcdadlarımızın ən yüksək nailiyyətlərini əks etdirir, öz yaradıcılığında təcəssüm edir, onları yaşadır, təbliğ edir gələcək nəsillərə ötürür.

Həyatın dinamikliyi, müasir dünyamızda baş verən hadisələr, cərəyan edən qlobal ictimai-siyasi, iqtisadi mədəni proseslər əlbəttə ki, sənətdən yan keçmir ona bilavasitə güclü təsirini göstərir. Bu o deməkdir ki, istedadın özündə inkişaf etdirdiyi yaradıcılıq qabiliyyəti, nümayiş etdirdiyi sənət artıq bu sənətin yönəldiyi auditoriyanı qane etmir. Auditoriya daha dolğun, dayanıqlı, çevik dinamik inkişaf edən sənət nümunələri görmək ya dinləmək istəyir. Bu da sənətkarlar qarşısında yeni-yeni vəzifələr qoyur, onları zamanın nəbzini tutmağa sövq edir nəticədə tamaşaçı qarşısına çıxan sənətkar savadlı çağdaş düşüncəli auditoriyanın sevimlisinə çevrilir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sənət həyatında dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilərək, Azərbaycan Respublikasında dövlət səviyyəsində bütün sahələrdə olduğu kimi mədəniyyət incəsənət sahələrində yaradılmış münbit işgüzarlıq səmərəli yaradıcılıq şəraiti yeni nəsil mədəniyyət incəsənət xadimlərinin meydana gəlməsi, sənətkar peşəkar mütəxəssislərin formalaşmasına təkan vermişdir.

Bu qəbildən olan sənətkarlarımızdan biri cəsarətlə deyə bilərik ki, birincisi gözəl insan, əsl Azərbaycan xanımı, sənəti ilə milyonların ürəyinə yol tapan, təbii mənəvi gözəlliyi, 20 ildən artıqdır ki, vokal ifaçılıq məharəti ilə tamaşaçısını heyran edən populyar müğənni, Azərbaycan Respublikasının Xalq artisti Nazpəri Dostəliyevadır.

Nazpəri xanım onun yaradıcılıq yolu haqqında saysız-hesabsız yazıları, məqalələri, müsahibələri incələyərkən onun canlı sənət portretini təsvir etmək qədər mümkün olsa da, bir o qədər düşünürsən ki, bu tablonu tam təsvir edib bitirmək üçün təkcə qəhrəmanın özü ilə ünsiyyət çatışmır. həmin ünsiyyət baş tutduqdan sonra öncədən təsvir etdiyimiz tablonun xeyli natamam olması təsdiqini tapır.

Nazpəri xanım Dostəliyeva ilə ünsiyyət əsnasında anlayırsan ki, onun yaradıcılığı müasir Azərbaycan musiqi sənətində mühüm bir hadisədir.

Tanınmış ustad aşıq Əhmədəli Dostəliyevin ailəsində dünyaya göz açmış, böyümüş sözə, musiqiyə, sənətə hörmət sevgi mühitində tərbiyə olunmuş Nazpəri xanımın yaradıcılığı müxtəlif janrları özündə ehtiva edərək, çoxcəhətli, sinkretik bununla da orijinal bir sənət əsərləri, möhtəşəm ifaları meydana gətirir. Qeyd etmək vacibdir ki, aşıq sənəti özü sinkretik sənətdir. Yəni o, özündə bir çox sənət növlərini, o cümlədən, musiqi ifaçılığı, dastançılıq, aktyorluq, rəqqaslıq s. bu kimi müxtəlif sənət ədəbi janr növlərini birləşdirir. Onun ifa etdiyi mahnılar arasında bir tərəfdən aşıq havaları xalq mahnıları, digər tərəfdən isə bəstəkar musiqisi populyar janr musiqisi vardır.

Onun yaradıcılıq bioqrafiyası ilə tanış olarkən görürük ki, 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solisti olan müğənni 25 disk 3 albom buraxmışdır. Fransanın Paris, Almaniyanın Bonn, Frankfurt, KölnHannover, Niderlandın Amsterdam, Norveçin Oslo, Türkiyənin bir çox şəhərlərinin böyük konsert salonlarında solo konsertlərlə çıxış edən Nazpəri xanım müasir Azərbaycan bəstəkarları və musiqiçiləri ilə də dünyaya səs salmış beynəlxalq yaradıcılıq layihələri həyata keçirmişdir.

Səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyi Nazpəri xanımı hər zaman yüksək qiymətləndirmişdir. Odur ki, 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə o, "Əməkdar artist", 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür.

Nazpəri xanımın yaradıcılığı səhnə fəaliyyəti ilə bitmir. Uzun illər ərzində özünün də məzunu olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş Nazpəri xanım, gənclərdə peşəkarlığa və akademik musiqiyə marağı və sevgini aşılamaq məqsədilə Azərbaycan bəstəkarlıq məktəbi tarixində öz sözlərini əsərləri və mahnıları ilə demiş Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Elza İbrahimova, Ramiz Mirişlibaşqa bəstəkarların mahnılarını öyrədərək, onlardan sənətə ciddi yanaşmağı tələb etmişdir.

Bu gün Nazpəri xanım Dostəliyevanın yaradıcılığı daha bir sahəni - elm sahəsini əhatə etmək ərəfəsindədir. İstedad, bilik, təcrübə və istək Nazpəri xanımı fundamental elmi tədqiqat işləri ilə məşğul olmağa sövq edir. Odur ki, hazırda o, Respublikamızın mötəbər ali təhsil və eyni zamanda, elm ocağı olan Bakı Xoreoqrafiya Akademiyasının dissertantı kimi aşıq sənətinin incəliklərinə həsr olunmuş dissertasiya işi üzərində çalışır və ümid edirik ki, sənət və təhsildə bol nailiyyətləri olan Nazpəri xanımın elmdəki fəaliyyəti də eyni dərəcədə xeyirliuğurlu olacaqdır. Çünki Nazpəri Dostəliyevanın yaradıcılığı - sevgidən doğulmuş sənət, ifa etdiyi mahnılar isə əbədiyyəti yaradan nəfəsin məhsullarıdır.

 

Əbülfəz BABAZADƏ

Jurnalistlər Birliyinin üzvü, kulturoloq

525-ci qəzet.-2018.- 18 iyul.- S.7.