"Koreyanın
ətri" Cümhuriyyətin 100 illiyinə həsr olundu
İyunun 2-də Heydər Əliyev
adına sarayda Cənubi Koreyanın Azərbaycandakı səfirliyi
tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
edilmiş "Koreyanın
ətri" adlı konsert proqramı təşkil edilib.
Açılış nitqi ilə
çıxış edən
Koreyanın Azərbaycandakı
səfiri Kim Çanq
Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə
qalib gələrək
sülh və tərəqqiyə nail olduğunu
vurğulayıb. Səfiri
Azərbaycana gələcəkdə
daha böyük inkişaf yolu arzu edib: "Bu gün burda koreyalı, azərbaycanlı
ifaçılar cazz musiqisi və rəqslər nümayiş
etdirəcəklər. Koreyanın milli
və saray musiqisinin ən yaxşı nümunələri
cazz musiqisi ilə sintez şəkildə təqdim
ediləcək".
Koreya Xarici İşlər
Nazirliyinin mədəniyyət
işləri üzrə
baş direktoru Hong Seok da çıxışında
əvvəlcə Azərbaycana
ilk səfəri olduğunu
vurğulayaraq burda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib.
"Ölkələrimiz
arasında ortaq yönlərimiz var. Hər
iki ölkənin də dili Altay dil qrupuna aiddir. Mədəni və emosional
oxşarlıqlarımız çoxdur. İkitərəfli əlaqələrimiz 1992-ci ildən inkişaf edib. Daha da önəmlisi
son dövrlərdə vətəndaşlarımız
bir-birini tanımaq üçün könüllü
mübadiləyə başlayıbar.
Hər il
daha çox koreyalı Azərbaycanın
qeyri-adi təbiətini
görmək üçün
bura səfərlər
edir. Koreya mədəniyyəti ilə
maraqlanan azərbaycanlıların
da sayı artmaqdadır. Gələcəkdə
Azərbaycana səfər
edəcək koreyalıların
sayının artacağına
əminəm və mənə elə gəlir ki, bundan sonra cənab
səfirin işi daha da ağırlaşacaq",
- XİN təmsilçisi əlavə
edib.
O, konsertin dəyərli
hadisə olacağına
ümidvarlığını ifadə edib: "Azərbaycanda "Könlün
yolu ən qısa yoldur" kimi ifadə var. İnanıram ki, bugünkü konsert bu yolun açılmasına
şərait yaradacaq.
İndiki kimi ürək açıqlığı
ilə əməkdaşlığa
davam edəcəyimiz təqdirdə Azərbaycanla
iki ən yaxın dost ölkə olacağımıza inanıram".
Azərbaycan Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri Azər Hüseyn də çıxışında Koreya
və Azərbaycan arasında diplomatik münasibətlərin 1990-cı ildə qurulduğunu və indi də
bir çox sahələrdə əməkdaşlığın
davam etdiyini deyib.
A.Hüseyn bildirib ki, keçirilən tədbirlər
ikitərəfli əlaqələrin
inkişafına böyük
təkan verir: "Ölkələrimiz arasında
beynəlxalq, regional təşkilatlar
çərçivəsində dostluq mövcuddur. Koreya Respublikası Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Ümidvaram
ki, gələcəkdə
əməkdaşlığımızın
daha da inkişafı
istiqamətində məqsədyönlü
fəaliyyət göstəriləcək".
Konsertin bədii hissəsi
hər iki ölkənin sənətçiləri
tərəfindən musiqi
və rəqs nömrələri ilə
davam etdirilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2018.- 5 iyun.- S.7.