Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

(Əvvəli ötən sayımızda)

 

Mirzə Əsədullayevin doğma milləti yolunda göstərdiyi xidmətlərdən biri onun "Bakı müsəlman xeyriyyə cəmiyyəti"nə sədrlik etməsi idi.

Qarşısına xalqın maarifləndirilməsi, imkansızlara yardımlar göstərilməsi s xeyirxah məqsədlər qoymuş bu Cəmiyyət məhz belə vətənpərvər şəxsin vəsaiti hesabına bir sıra işlər görə bilmişdi. Bu xidmətlərinin nəticəsi idi ki, o, 1917-ci il martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə üzv seçilmişdir. Çünki həm ziyalılar, həm xalq onun hansı əqidənin yolun sahibi olduğunu dəfələrlə görmüşdü. Ona görə lazımi məqamda geri çəkilməyəcəyinə, bacardığı köməkliyi göstərəcəyinə bel bağlayır, inandıqlarını gizlətmirdilər. Bu inam etibar Cümhuriyyət dövründə ona daha böyük etimad göstərilməsi ilə nəticələndi.

 

Mirzə Əsədullayev əvvəlcə Azərbaycan parlamentinə üzv seçildi. Sonra isə əslində, heç bir fraksiyada təmsil olunmayan bu bacarıqlı adamına yeni bir etimad göstərib Azərbaycan hökumətinin naziri postunu etibar etdilər. O, Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü hökumətdə (1918-ci ilin dekabrı - 1919-cu ilin mart ayına qədər) ticarət sənaye naziri oldu. Çox mühüm bir sahəyə rəhbərlik edən Mirzə Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir. Arxiv sənədləri sübut edir ki, o, nazir işlədiyi dövrdə artıq neçə illər atasının şirkətində qazandığı təcrübədən istifadə etməklə mövcud imkanların Azərbaycanda sənaye ticarət işinin dirçəldilməsinə yönəltməyə çalışmış bu məqsədinə ümumən nail olmuşdur.

 

Onu fərqləndirən, başqalarının gözündə ucaldan cəhətlərindən biri son dərəcə obyektiv səmimi olması idi. Hansısa mənafe xatirinə yüksək dövlət postu tumağa heç vaxt can atmayan M.Əsədullayev əksər çiyindaşları kimi vəzifəni xalqa xidmət üçün əlverişli imkan vasitə hesab edirdi. Onun 1919-cu il aprel ayının 12-də Baş Nazirə yazdığı məktub da bunu aydın göstərir:

 

"Zati-Aliləri cənab Nazirlər Şurası sədrinə.

 

Ticarət sənaye naziri M.Əsədullayevdən (12 aprel 1919-cu il): "Hökumət böhranının fövqəladə uzanması Kabinetin yenidənqurulması ilə əlaqədar, mənim üzərimə düşən Ticarət sənaye naziri vəzifəsini yerinə yetirmək çox çətinləşmişdir ki, mənim fikrimcə, işə zərər gətirə bilməz, o cümlədən, mənim fəaliyyətimə mənim tərəfimdən idarə edilən Nazirliyə. Göstərilənlər məni Siz Ələhəzrətlərinə məni Ticarət sənaye naziri vəzifəsindən azad etmək barədə acizanə xahişlə müraciət etməyə məcbur edir".

 

Mirzə Əsədullayev məşhur milyonçu Musa Nağıyevin qızı Ümmül-Banu ilə ailə həyatı qurmuşdur. 1905-ci ildə axırıncı - dördüncü uşaq doğularkən Ümmül-Banu vəfat etmişdir. Onunxatirəsinə yeni doğulmuş uşağa anasının adını qoymuşlar. Atası həbsdən azad edildikdən sonra bir müddət Bakıda qalıb, 1924-cü ildə vətəni tərk edən Ümmül-Banu (Banin) sonralar ailəsi ilə birlikdə Fransanın paytaxtı Parisdə yaşamışdır. Hazırda o, məşhur yazıçı kimi bütün Avropada tanınmışdır. Ümmül-Banunun atası haqqında xatirələri vaxtilə YUNESKO-nun əməkdaşı Ramiz Abutalıbov Cümhuriyyət dövrünün yorulmaz tədqiqatçısı M.Əliyevə göndərmişdir. (Mövsüm Əliyev "Odlar yurdu yanvar 1989, 2).Yəqin həmin xatirələrin vətəndə yenidən çapının təşkili ilə həm Əsədullayevlər qarşısında mənəvi borcumuzu yerinə yetirər, həm mərhum tədqiqatçının ruhunu şad edərdik.

 

Mirzə Əsədullayev isə həbsdən buraxıldıqdan sonra, 1920-ci ildə, qızından 4 il əvvəl Azərbaycan SSR hökumətindən rəsmi icazə alaraq xaricə getmiş, ömrünün sonuna kimi (1936) Fransanın paytaxtı Parisdə yaşamışdır. Şəhərin müsəlman qəbiristanlığında dəfn olunan Mirzə Şəmsi oğlu Əsədullayev (1875-1936) haqqında "Azərbaycan Cümhuriyyəti sənədlər materiallar 1918-1920-ci illər məcmuəsində yuxarıda göstərilən məlumatlardan əlavə, həmçinin, onun 1918-ci ildən Bakı neft sənayeçiləri Şurası qurultayının sədri olduğu qeyd edilmişdir.

 

1920-ci il avqust ayının 29-da FK müstəntiqi Miskeviç tərəfindən dindirilən Mirzə Əsədullayev belə bir şəxsiyyət idi. Dindirilmə Protokolu bu müqəddimə ilə başlayır: "45 yaşlı, evdə təhsil almış, atasının yanında işləmiş (tacir), inqilabdan sonra atasının işini davam etdirmiş, valideynləri tacir olan, hazırda "Şəmsi Əsədullayev adına firmada işləyən Mirzə Əsədullayev".

 

Müstəntiqin suallarına təmkinlə cavab verən keçmiş nazir deyir: "Həbs edilməyimin səbəbi mənə aydın deyil. Bakıda yaşayıb öz işimlə, neft sənayesi ilə məşğul olurdum. 1918-ci ilin 21 aprelində ailəmlə birlikdə İrana getdim orada həmin ilin noyabrına qədər qaldım. Getməyimin səbəbi Bakıda qeyri-normal həyatla bağlı idi. Bu vəziyyət məni ailənin bir hissəsini Moskvaya göndərməyə məcbur etmişdi. Qalanlarını isə Rəştə apardım. Bakıda Könüllü ordunun (Denikin ordusu - L.Ş.) komanda heyəti mənə məlum deyil. Axtarış vaxtı tapılmış "Brauninq" tipli kiçik cib tapançası mənim yanımda yaşayan Xoroşova məxsusdur. Həmin silahın daşınması üçün tərəfindən Bakı şəhər komendantına ərizə yazılmışdı. İkinci tapança nadir nüsxə kimi kolleksiya nümunəsidir. Ordenlərə gəlincə, mənim heç vaxt ordenim olmayıb, ümumiyyətlə almamışam. Həmin ordenlərə gəlincə, görünür onlar Türk zabiti tərəfindən verilənlərdir. Belə bir hal olmuşdu ki, bir nəfər Türk zabiti məndən min rubl pul borc verməyi xahiş etmişdi. Mən pul verməyə tərəddüd edəndə o, bağlamada ordenləri mənə verib dedi ki, zabit kimi bunların arxasınca dönəcək. Bundan sonra o, bir daha qayıtmadı. Mənim mənzilimdə tapılan ordenlər həmin ordenlər olmalıdır. Bağlı karobkada saxlanılan gümüş qablar isə şəfqət bacısına (adını, soyadını xatırlamıram) məxsusdur, saxlanılmaq üçün onun tərfindən qoyulmuşdur. Qalanları mənim ev əşyamdır. Mənim fəaliyyətim yol. Nərimanova, C.Vəzirova, Baba Əliyevə, Vasili Tateşviliyə bir çox başqalarına yaxşı tanışdır. Qəti surətdə deyə bilərəm ki, onların hamısı məni ancaq yaxşı tərəfdən tanıyırlar".

 

Bu dindirilmənin aparıldığı ərəfədə Mirzə Əsədullayev həbs edildiyi vaxt onun bacısı tərəfindən yazılmış xahiş ərizəsinə artıq müəyyən razılıq verilmiş, 3 gün əvvəl o, FK-nın təcridxanasından Bakı türməsinə göndərilmişdi. Bu xahişnaməni Sara xanımla yanaşı, Mirzənin digər iki bacısı da imzalamışdılar.

 

"Əksinqilab ilə mübarizə üzrə FK-ya.

 

Qoqol küçəsi 9 saylı binada yaşayan Sara xanım Həsənova, qızlıq soyadı Əsədullayeva tərəfindən ərizə: "Cari ilin may ayının 27- mənim qardaşım Mirzə Əsədullayev həbs edilib. Onun müntəzəm surətdə həkim köməyi tələb edən xəstə vəziyyəti həbs altında saxlanıldığı üçün onu bu imkandan məhrum edir ona güclü fiziki əzablar verir. Buna görə, mən Fövqəladə Komissiyadan xahiş edirəm onu həbsdən azad edərək mənim mənim bacılarımın himayəsinə versin. Bakı şəhəri 27 may 1920-ci il.

 

Biz aşağıda imza edənlər, Sara xanım Həsənova, Ağabacı Meylamova və Xədicə xanım Nağıyeva, qızlıq familiyaları Əsədullayeva, qardaşımız Mirzə Əsədullayevi zaminə götürərək, öhdəlik götürürük ki, Fövqəladə Komissiyanın ilk tələbi ilə onu Fövqəladə Komissiyaya təhvil verəcəyik".

 

Sənədin üstündə "yol. Qrubnikova qeydi" var. Çıxış -935,30.06.1920.

 

Fövqəladə Komissiyanın həbsxanasında 4 iyun 1920-ci ildən yatdığı qeydiyyata alınan Mirzə Əsədullayevin həbsdən azad edilməsi xahişi 26 avqust 1920-ci ildə 3149-li sənədlə Fövqəladə Komissiya tərəfindən Bakı türməsinə göndərilir.

 

Nəhayət, 1920-ci il avqust ayının 29-da müstəntiq Miskeviç tərəfindən qərara alınır: "Mən FK istintaq hissəsinin möhtəkirlik və cinayət işləri üzrə səlahiyyətli nümayəndəsinin müavini vəzifəsində olan Miskeviç 29 avqust 1920-ci ildə Mirzə Əsədullayevin 772 saylı işi üzrə baxaraq və adı çəkilən Əsədullayevin böyük neft sənayeçisi, zavod, həmçinin, ən nəhəng ev sahibi olmasını və tacir silkindən olmasını nəzərə alaraq, Qərar qəbul etdim: Əsədullayevi girov hesab etmək və işi arxivə göndərmək. Səlahiyyətli nümayəndənin müavini Miskeviç, səlahiyyətli nümayəndə M.Səfikürdski".

 

Çox güman ki, Mirzə Əsədullayevin həbsdən buraxılmasında Azərbaycanın o dövrkü rəhbərlərindən kiminsə, bəlkə də N.Nərimanovun rolu olmuşdu. Əks-halda fəhlə-kəndli hökumətinin və bolşevik ideologiyasının qatı düşmənini nəinki həbsdən azad edər, əksinə, böyük məmuniyyətlə güllələyərdilər. Çünki Mirzə Əsədullayev sadəcə milyonçu Şəmsi bəyin oğlu, sinfi düşmən olan bir kapitalist deyildi, o, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin naziri, candan sevdiyi millətinin, Vətəninin tərəqqisi yolunda xidmətləri olan bir şəxsiyyət idi. Onun kimilər yaşadıqca Azərbaycanın müstəqilliyinə, azadlığına inam, xalqın öz gücünə sonsuz güvənci yaşayırdı.

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.-14 iyun.-S.6.