Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu

 

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə tanınmış yazıçılar, şairlər, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid K.Nəzirli ilə ilk tanışlığından söz açıb, deyib ki, həmin günlərdən 30 ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ ilıq, şirin xatirə kimi xatırlanır. R.Məcid yubilyarın ədəbiyyat mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, yazıçının fəaliyyəti humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. K.Nəzirli hekayə, povest, pyes oçerklərində müasirlərimizin həyatını qələmə alaraq mənəvi dəyərlərə, klassik ənənələrə sadiq qalmaqla, maraqlı yaddaqalan əsərlər yaradıb. Onun "Sevgi nağılı", "Doğmalar arasında", "Şeytan ışığı", "Komada olan adam", "Qoca uşaq", " ev", "Miras", "Dördüncü möhür", "Qağayılar yuva salanda", "Xoşbəxt quşlar" digər kitabları maraqla qarşılanıb. Yazıçının Azərbaycanda nəşr edilən bədii, elmi-publisistik əsərləri ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Belarus, Hollandiya, Ukrayna, Koreya, Moldova, Gürcüstan Özbəkistanda çıxan ədəbi almanax, jurnal qəzetlərdə dərc olunmuş pyesləri ayrı-ayrı ölkələrin teatrlarında səhnəyə qoyulub. Yazıçını yubileyi münasibətilə təbrik edən R.Məcid ona yaradıcılıq uğurları arzulayıb.

 

AYB-nin sədr müavini Nazim İbrahimov yazıçının şəxsiyyəti əsərləri haqqında düşüncələrini bölüşüb. Bildirib ki, K.Nəzirli yaradıcılığı şəxsiyyəti bir-birini tamamlayan yazıçıdır. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. K.Nəzirli Cek London, Con Qolsuorsi, Herman Melvil, Marqarit Midçell, Oskar Uayld digər yazıçıların əsərlərini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçilərdən biridir. Bu əsərlər "Dünya ədəbiyyatı kitabxanası" seriyasından buraxılan kitablara daxil edilib. K.Nəzirli Azərbaycan ədəbiyyatının görkəmli simalarının - Rəsul Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Əli Kərim, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı digərlərinin şeirlərini ingilis dilinə tərcümə edərək xarici ölkələrdə nəşri yayılması istiqamətində böyük işlər görüb. O, Azərbaycan Yazıçılar Birliyinin, Belarus Yazıçılar İttifaqının, bir sıra yaradıcı beynəlxalq təşkilatların üzvüdür. K.Nəzirlinin Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafında möhkəmlənməsində xüsusi xidmətləri var.

 

Yaradıcı insanların çox əzabkeş ağır taleyə malik insanlar olduğunu deyən AYB-nin katibi İlqar Fəhmi çıxışında deyib ki, elə insanlar var, onların yubileyinə az qala 10 il öncədən hazırlaşırsan: "Çünki onların şəxsiyyəti yaradıcılığı buna imkan yaradır. Kamran Nəzirli məhz belə yaradıcı şəxslərdəndir.  Biz Kamran müəllimi gəncliyində yazdığı kiçik hekayələrindən tanıyıb sevmişik. Onun əsərlərində heç zaman yaşını müəyyən etmək olmur".

 

Professor Qəzənfər Paşayev çıxışında yubilyarın müxtəlif hekayələrinin fonunda onun yaradıcılığını xarakterizə edib. Deyib ki, yazıçının dünyası, mənəvi aləmi onun yazılarında görünür: "İstedad İlahidən gələn bir paydır. Baxır, kim bu paydan necə istifadə edir. Kamran müəllim çox istedadlı təvazökar insandır. O, həm ədəbi əlaqələr yolunda işləyən adamdır. Bu da özü böyük zəhmət tələb edən zəhmətli işdir".

 

Tanınmış şair Ramiz Rövşən çıxışında Kamran Nəzirlinin çoxyönlü fəaliyyətinə diqqət çəkib. Deyib ki, o, kifayət qədər dünya ədəbiyyatına bələddir bu bələdliyi Azərbaycan ədəbiyyatına da öz töhfəsini verir: "Kamranın mövzuları bəzən Azərbaycan sərhədlərindən çıxır, milli ilə dünyanın qəribə çalarlarını özündə birləşdirir. Ancaq bu hekayələrinin hamısında yenə tənhalıq var. Hətta bu tənhalıq insanın tənhalığından çıxıb şəhərin, ölkənin millətin tənhalığına çevrilir".

 

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli yubilyarın bədii tərcümə ədəbi əlaqələr sahəsindəki fəaliyyətindən söz açaraq, onun bu istiqamətdə çox ciddi uğurlar qazandığını vurğulayıb. S.Hüseynli AYB-nin Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun adından bu qurumun "Ustad" fəxri diplomunu xatirə hədiyyəsini yubilyara təqdim edib.

 

K.Nəzirlinin bütün yaradıcılığını sistemli şəkildə oxuduğunu deyən şair Vaqif Bəhmənli deyib ki, onun hekayələrində, əsərlərində insanlar milli mənsubiyyətindən asılı olmayaraq, eyni səlahiyyətə malikdirlər onların heç biri yamaq kimi görünmür. Bu da onun dünya ədəbiyyatına insanına dərindən  bələd olmağından irəli gəlir.

 

Şair Kəmalə Abıyeva çıxışında deyib ki, K.Nəzirli bir sıra yazıçı şairlərimizin əsərlərinin MDB üzrə beynəlxalq ədəbiyyat portalında, eləcə Belarusda çıxan ədəbi jurnal almanaxlarda dərc olunmasında fəal iştirak edir, həm Belarus ədəbiyyatı nümunələrini dilimizə çevirərək nəşrinə nail olur. Ölkəmizi elmi konfranslarda, ədəbi festival simpoziumlarda layiqincə təmsil edir.

 

Daha sonra tənqidçi Vaqif Yusifli, şairlər Xanım İsmayılqızı, Musa Ələkbərli, Fərqanə Mehdiyeva, rəssam Firudin Quliyev başqaları çıxış edərək yazıçının yaradıcılığından, peşə fəaliyyətindən danışıblar.

 

Bildirilib ki, K.Nəzirli publisist jurnalist kimi uzun müddət Azərbaycan mətbuatında uğurla çalışıb, jurnalistikamızın inkişafına öz töhfəsini verib. "Cəmiyyət siyasətin güzgüsüdür" publisistik kitabına görə Həsən bəy Zərdabi Mükafatına layiq görülüb. Ədəbi yaradıcılığına görə Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatını, "Mo Dik" romanının tərcüməsinə görə ABŞ-ın ölkəmizdəki səfirliyinin xüsusi ödülünü, Minsk şəhərində keçirilən MDB üzrə beynəlxalq "Rodnoy dom" ədəbiyyat müsabiqəsinin "Qran-Pri" mükafatını qazanıb.

 

Tədbir çərçivəsində K.Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr kitabının "Dördüncü möhür" romanın təqdimatı olub.

 

Sonda yubilyar tədbirin təşkilatçlarına, iştirakçılara onun haqqında fikir söyləyənlərə təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 21 iyun.- S.7.