Fədakarlıq unudulmazlıq düsturu: professor Ramiz Zöhrabov

 

Müasir Azərbaycan musiqişünaslıq elmində öz fərdi üslubu yaradıcılıq təmayülləri ilə seçilən görkəmli alimlər sırasında Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, "Humay" mükafatı laureatı, sənətşünaslıq elmləri doktoru, professor  Ramiz Zöhrabov əvəzedilməz yer tutur.

 

Ramiz Zöhrabovun elmi, pedaqoji, publisistik, ictmai fəaliyyətinin miqyası çox genişdir. Musiqişünas-alimin elmi məqalələri nəinki Azərbaycanda, eləcə Zaqafqaziya, Orta Asiya Qazaxıstan, Pribaltika respublikalarında, Moskva Sankt-Peterburqda, Yaxın Şərq ölkələrində, o cümlədən, İranda Türkiyədə, həmçinin, Almaniyada nüfuzlu jurnal toplularda nəşr olunmuşdur.

 

Ramiz Zöhrabov görkəmli musiqişünas alim kimi Azərbaycan musiqi elminə böyük töhfələr vermişdir. R.Zöhrabovun elmi yaradıcılığının əsas istiqamətini Azərbaycan muğamının öyrənilməsi - janr təsnifatı, tarixi nəzəri təhlili təşkil edir. Öncə qeyd etmək lazımdır ki, xalq professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş 20 monoqrafiyanın, dərsliyin 300-dən artıq elmi-populyar məqalənin müəllifi olan R.Zöhrabovun elmi tədqiqatlarının başlıca obyekti muğamdır. Onun Azərbaycan musiqi elmində muğam sənəti ilə bağlı hərtərəfli tədqiqatları nəticəsində bu sahə  genişlənmiş inkişaf etmişdir. R.Zöhrabovun kitablarının zəngin məzmunu gözümüz qarşısında muğam dünyası haqqında parlaq təsəvvür yaradan mənbələrdir. O, Azərbaycan muğamının tədqiqi sahəsində mühüm nailiyyətlər əldə etmiş demək olar ki, muğamşünaslığın bir elm sahəsi kimi inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. Onun elmi yaradıcılığında, həm ictimai fəaliyyətində muğam sənətinin tədqiqi təbliği qarşılıqlı əlaqədə öz əksini tapmışdır.

 

Alimin elmi əsərlərinin siyahısına nəzər salsaq görərik ki, çap olunmuş iyirmi monoqrafiyadan on ikisi məhz muğam sənətinin, muğam janrlarının öyrənilməsinə həsr olunmuşdur:  "Azərbaycan təsnifləri" (Moskva, 1983), "Azərbaycan zərbi muğamları" (Bakı, 1986), "Muğam" (Bakı, 1991), "Azərbaycan təsnifləri" (Təbriz, 1991), "Teoretiçeskie problemı azerbaydjanskoqo muqama" ("Azərbaycan muğamının nəzəri problemləri", Bakı, 1992), "Azərbaycan şifahi ənənəli professional musiqisi" (dərs vəsaiti, Bakı, 1996), "Azərbaycan modal musiqisi" (Tehran, 1999), "Çahargah" muğam dəstgahının nəzəri əsasları" (Bakı, 2000), "Rast" muğam dəstgahının nəzəri əsasları" (Bakı, 2002), "Zərbi muğamlar" (Bakı, 2004), "Azərbaycan rəngləri" (Bakı, 2006), "Azerbaydjanskaya professionalnaya muzıka ustnoy traditsii: muqamı-dastqəx i zerbi muqamı" ("Şifahi ənənəli Azərbaycan professional musiqisi: muğam dəstgahlar zərbi muğamlar", Bakı, 2010), "Azərbaycan muğamları" (2013). Adlarından da görürük ki, R.Zöhrabovun tədqiqatlarında muğamın bütün janrları əhatə olunmuş, onların nəzəri əsasları öyrənilmişdir. Eyni zamanda, onun muğamlarla bağlı tədqiqatlarında bəstəkar yaradıcılığında muğama aid janrlardan istifadə məsələləri həmişə diqqət mərkəzində olmuşdur.

 

R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil maarifçiliklə bağlıdır. Vaxtilə onun Teleradio Verilişləri Şirkətində müəllifi aparıcısı olduğu "Bəstəkarlarımızın portreti", "Sənətə həsr olunmuş ömür", "Poeziya musiqi", "Romans axşamı" xüsusilə "Xalq musiqisi inciləri" silsiləsindən "Muğam sənəti haqqında", muğam dəstgahlarına həsr edilmiş verilişlər tamaşaçı yaddaşına həkk olunmuşdur. Bu verilişlərdə R.Zöhrabov musiqinin rəngarəng sahələrinə dair dəqiq məlumatları, sənət aləminin sirlərini sadə anlaşıqlı tərzdə tamaşaçıya çatdırmışdır ki, bu da təbii olaraq, xalqın estetik zövqünün bədii dünyagörüşünün inkişafına xidmət etmişdir.

 

R.Zöhrabovun maarifçilik fəaliyyəti son illərdə xüsusilə məhsuldar olmuşdur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən müntəzəm olaraq keçirilən televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olmuş R.Zöhrabov öz obyektiv mövqeyini nümayiş etdirməklə yanaşı, müsabiqə iştirakçılarını, eləcə tamaşaçıları muğam sənəti ilə bağlı maraqlı mülahizələri ilə məlumatlandırırdı onun çıxışları həqiqətən, ustad dərslərinə bərabər idi.

 

Bütün dünya üzrə geniş tamaşaçı kütləsinin diqqətini özünə cəlb edən bu müsabiqələrin muğam sənətinin inkişafında, təbliğində, gənc ifaçılar nəslinin yetişdirilməsində mühüm rolu olmuşdur.

 

Respublikanın musiqi həyatında möhtəşəm bir hadisə kimi  tarixə düşən artıq bu il beşillik yubileyini qeyd etdiyimiz "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının (bədii rəhbəri Respublikanın Xalq artisti, professor Firəngiz Əlizadə) keçirilməsi isə beynəlxalq miqyasda Azərbaycan muğamının, Azərbaycan muğamşünaslığının təntənəsidir.

 

Azərbaycan dövlətinin muğam sənətinə diqqət qayğısı, Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə keçirilən "Muğam İrs", "Muğam-Dəstgah", "Muğam-İnternet", "Muğam Mərkəzi", "Muğam dünyası", "Muğam-Antologiya", "Muğam ensiklopediyası" kimi irihəcmli layihələr sayəsində XXI əsrin əvvəllərində Azərbaycan muğamı öz intibah dövrünü, dirçəliş dövrünü yaşamağa başladı. Bu layihələrin həyata keçirilməsinə görkəmli sənətkarların, yüksək səviyyəli mütəxəssislərin cəlb olunması da onların uğurunun rəhni oldu.

 

R.Zöhrabov eyni zamanda, bəstəkar yaradıcılığına da çox diqqət yetirmişdir. O, mütəmadi olaraq, musiqi həyatımızda baş verən əlamətdar hadisələr, bəstəkar əsərlərinin premyerası, musiqişünaslıq nəşrləri ilə bağlı dövrü mətbuatda resenziyalarla çıxış etmişdir. Bu da onun ziyalı kimi öz sözünü deyərək, sənət dostlarının uğurlarını təqdir etməsindən irəli gəlirdi. Bununla o, musiqi publisistikası sahəsini inkişaf etdirmişdir. R.Zöhrabovun "Bəstəkarlarımız haqqında söz", "Bəstəkarlarımızın portreti" kitablarında Azərbaycan bəstəkarlarının dəqiq, incə ştrixlərlə yaradılmış portretləri geniş oxucu kütləsinə çatdırılmışdır.

 

R.Zöhrabov eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji işlə məşğul olub, uzun illər boyu "Azərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsi" kafedrasına rəhbərlik etmişdir. Onun tədqiqatları tədris sahəsində böyük rol oynamışdır. O, Azərbaycan şifahi ənənəli musiqi sənətinin tədqiqi ilə məşğul olan bir sıra musiqişünas-alimlər yetişdirmişdir.

 

İndiki musiqişünaslar nəslinin əksəriyyəti Ramiz müəllimin tələbəsi olmuşlar. R.Zöhrabov, həmçinin, bir çox musiqişünasların diplom işlərinin, magistr namizədlik dissertasiyalarının elmi rəbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq, öz tədqiqat metodikasını onlara aşılamış öz ardıcıllarını yetişdirmişdir.

 

Ramiz müəllimin pedaqoji əməyinin bir bəhrəsi istedadlı musiqişünas, musiqi elmində ilk addımlarını atan öz qızı Leyla Zöhrabovadır inanırıq ki, Leyla onun elmi-tədqiqatçılıq yolunun layiqli davamçısı olacaq.

 

Ramiz Zöhrabov musiqişünaslıq fəaliyyəti ilə yanaşı, bəstəkarlıqla da məşğul olmuşdur. O, xalq çalğı alətləri orkestri üçün "Bayram lövhələri", "Uşaq səhnələri", "Ərdəbil lövhələri" süitalarının, "Xoreoqrafik miniatürlər"in, kamera orkestri üçün "Yumoreska"nın, bir sıra kamera-instrumental əsərlərin mahnıların müəllifidir. Onun əsərləri dəfələrlə Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay, Plenum Festivallarının proqramına daxil edilərək müvəffəqiyyətlə səslənmişdir.

 

R.Zöhrabov fəal ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərərək, 30 illik bir dövrdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə İdarə Heyətinin üzvü, "Musiqişünaslıq" bölməsinin rəhbəri, 1990-cı ildən 2012-ci ilədək Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsində çalışmışdır. Bəstəkarlar İttifaqının Plenum Qurultaylarının, festivalların, yubiley gecələrinin, müəllif konsertlərinin, elmi simpozium konfransların keçirilməsində bu tədbirlərin dövrü mətbuat səhifələrində işıqlandırılmasında R.Zöhrabovun yüksək təşkilatçılıq bacarığı xüsusi qeyd olunmalıdır. O, müxtəlif respublika konfranslarında beynəlxalq simpoziumlarda etnomusiqişünas-alim kimi dəyərli məruzələrlə çıxış etmiş, Azərbaycan bəstəkarlarının yaradıcılığını geniş təbliğ etmişdir.

 

Ramiz Zöhrabov, həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "İncəsənət musiqişünaslıq" bölməsini sədri, Respublika Baş Elmi Tədqiqat Pedaqoji İnstitutunun müdafiə üzrə elmi şurasının üzvü, Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətinin Bədii Şurasının üzvü, "Xalq musiqi ifaçıları" Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi çox geniş ictimai fəaliyyət göstərərək musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmışdır.

 

Elmi pedaqoji fəaliyyəti ilə musiqişünaslığımızın inkişafına güclü təsir göstərmiş, musiqi-ictimai xidmətləri ilə milli musiqi sənətimizin tərəqqisi təbliği yolunda əzmlə çalışmış Ramiz Zöhrabov geniş musiqi ictimaiyyətinin, elm mədəniyyət xadimlərinin, bütün musiqisevərlərin dərin hörmətini qazanmış sənətkar kimi daima xalqımız tərəfindən ehtiramla yad ediləcək.

 

Cəlal ABBASOV

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor

 

525-ci qəzet  2018.- 22 iyun.- S.6.