"Qılınc və qələm " romanı Türkiyədə nəşr olunub

Yazıçı, şair, dramaturq Məmməd Səid OrdubadininQılınc qələmromanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, roman qurumun dəstəyi Zengin Yayıncılıknəşriyyatının təşəbbüsü ilə həyata keçirilənAzərbaycan kitabının dünyaya tanıdılmasılayihəsi çərçivəsində çap edilib.

Xatırladaq ki, yazıçının geniş oxucu kütləsi tərəfindən sevilən “Qılınc və qələm” romanında dahi Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycan ədəbi mühiti hərtərəfli əks olunub. Romanda Nizami Gəncəvi ilə yanaşı, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi kimi sənətkarların bədii surətləri yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmanın – Nizami və Fəxrəddinin dialoqlarına geniş yer verilib.

Xatırladaq ki, bu günə qədər layihə çərçivəsində 10 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq türkiyəli oxuculara təqdim edilib.

525-ci qəzet 2018.- 30 iyun.- S.11.