Özbəkistanda Qara Qarayev adına Mədəniyyət və İncəsənət Mərkəzi açıldı

 

Daşkənddə Qara Qarayev adına Azərbaycan Mədəniyyəti İncəsənəti Mərkəzinin açılışı olub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə yaradılan mərkəzə ölkəmizin tarixi, mədəniyyəti, musiqi incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyim milli musiqi alətlərimiz hədiyyə edilib.

Mərkəzdə Azərbaycan mədəniyyətinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair bannerlər yerləşdirilib.

Açılış mərasimində məlumat verilib ki, mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək xalqlarımız arasında dostluq körpüsünü daha da genişləndirəcək. Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimizə, musiqimizə dair görüşlər tədbirlər keçiriləcək.

Azərbaycan mədəniyyəti günü çərçivəsində AMM ilə SMİ arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, təcrübə mübadiləsi aparılacaq.

Mədəniyyət gününün açılışında institutun prorektoru, professor Davlat Mullacanov dost Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığı üçün AMM- öz təşəkkürünü bildirib. O, xarici ölkənin institutlarında ilk mədəniyyət gününün keçirildiyini, bunun iki ölkə arasında mədəni əlaqələr sahəsində yeni imkanlar açacağını qeyd edib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə institutun rektoru, professor İbrahim Yuldaşova Mədəniyyət Mərkəzinin fəxri diplomunu öz unikallığı ilə seçilən Azərbaycan xalça sənətini özündə əks etdirən "İrəvan xalçaları" kitabını hədiyyə edib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində digər işğal olunmuş torpaqlarda tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən instituta göndərilən nəşrlər kitabxanaya təqdim edilib.

 

XƏDİCƏ

525-ci qəzet.- 2018.- 2 mart.- S.7.