Yunus Oğuzla gənclərin görüşü keçirildi

 

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun gənclərlə görüşü keçirilib. 

 

Görüşdə Yunus Oğuz yaradıcılığı şəxsiyyəti haqqında gənclərə ətraflı məlumat verən AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov bildirib ki, yazıçı mükəmməl tarixi romanlar müəllifidir:

 

Yunus Oğuzun tarixçiliyi çox dinamikdir. Onun tarixi romanlarında tarixi pyeslərində tarixi xronologiya mövcuddur. Məsələn, Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm Azərbaycanla birgə əlaqələndirsin”.

 

N. Cəfərov Y. Oğuzun “Nadir şahəsəri, son romanıOvçuhaqqında da gənclərə məlumat verib.

 

Sonda çıxış edən yazıçı Y. Oğuz tarixi roman yazanda, 200-ə qədər tarixi mənbəyə istinad etdiyini diqqətə çatdırıb: “Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu kitablarım haqqında kifayət qədər məlumatlıdırlar. bu günə qədər heç bir tarixçi elmi simpoziumlarda, təhlillərdə qeyd etməyib ki, Yunus Oğuz hansısa əsərində tarixi təhrif edib. Mən tarixi təhrif edə bilmərəm”.

 

Müşfiq

 

525-ci qəzet.-2018.-3 mart.-S.13.