İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Milli Kitabxanada

 

Dünən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak Milli Kitabxanada olub.

Lev Spivak Milli Kitabxananın direktoru professor Kərim Tahirovla görüşdə İsraildə çap olunan, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunmuş "Black snowdrops" (Qara qar damcıları) kitabı haqqında məlumat verib. O, Azərbaycanın Çex Respublikasındakı Amerika Birləşmış Ştatlarındakı Səfirliklərinin dəstəyi ilə Praqada Hyuston şəhərində kitabın təqdimat mərasimlərinin keçirildiyini vurğulayıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu kimi tədbirlərin keçirilməsinin, Azərbaycan haqqında kitabların çap olunmasının ölkəmizin dünyada tanıdılmasında təbliğində böyük rol oynadığını qeyd edib.

Daha sonra professor Kərim Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının çox böyük əks-səda verdiyini, xeyli sayda ölkənin parlamentinin Xocalı soyqırımını tanıdığını deyib.

Direktor eyni zamanda hər iki ölkənin Milli Kitabxanaları arasında əlaqələrin yaradılması məqsədilə İsrail Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Anlaşma Memorandumu layihəsinin İsrail Milli Kitabxanasına çatdırılması məqsədilə Xarici İşlər Nazirliyinə təqdim edildiyini, Anlaşma Memorandumunun imzalanmasından sonra iki ölkənin milli kitabxanaları arasında kitab mübadilələrinin həyata keçiriləcəyinə, kitabxananın fondunun daha da zənginləşəcəyinə ümid etdiyini bildirib.

Daha sonra İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çex Respublikası) olan "Black snowdrops" kitabının ingilis, rusçex dillərinə tərcümə olunmuş versiyalarını, həmçinin, kitabın rus dilində audio diskini Milli Kitabxanaya hədiyyə edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Xocalı faciəsindən bəhs edən kitabı Milli Kitabxanaya təqdim etdiyi üçün Lev Spivaka təşəkkürü bildirib, qonaqlara "Azərbaycan Milli Kitabxanası. Foto albom" (Azərbaycan, rusingilis dillərində) kitabını hədiyyə edib.

 

525-ci qəzet.- 2018.- 6 mart.- S.2.