"Gənc Tamaşaçılar"da Milli Teatr Günü

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən videoçarxa baxıblar.

Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

 

Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli yol keçərək zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən M. Həmidov ölkəmizdə sənət adamlarına, teatr xadimlərinə göstərilən diqqət qayğıdan söz açıb. Vurğulanıb ki, Milli Teatr Günü ərəfəsində Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatrın əməkdaşı Zemfira Bağırzadə Əməkdar mədəniyyət işçisi fəxri adına, aktrisa Günel Məmmədova Mədəniyyət Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanına, Əməkdar artist Nübar Novruzova isə Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.

Direktor teatrın bir qrup əməkdaşına sənət ocağının 90 illiyi münasibətilə "Teatr sahəsindəki xidmətlərə görə" diplom pul mükafatlarını təqdim edib.

Sonra uzun illər teatrda çalışan, Xalq artistləri Ağaxan Salmanlı, Tarıyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova, Vaqif Əsədov çıxış edərək əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik edib.

Tədbir teatrın aktyorlarının ifasında konsert proqramı ilə davam edib.

 

525-ci qəzet.- 2018.- 13 mart.- S.7.