Milli teatrın 145 yaşı qeyd olundu

 

Milli teatrın yaranmasının 145 illiyi münasibətilə martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan sənət ocağının rəhbəri söyləyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.

Bildirib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Azərbaycan mədəniyyəti, o cümlədən, teatrı daim dövlət qayğısı ilə əhatə olunur. Dövlətimizin başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə "Teatr teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzalayıb. Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilib.

"Teatr sənətinin təbliği inkişafı istiqamətində bu sənətdə sözünü demiş çoxsaylı sənətkarlarımız olub. Bu ənənə bu gün davam etdirilir. Bu yöndə zəhməti olan sənətkarlar, təbii ki, dövlətimizin ən ali qayğısı ilə əhatələnib, müxtəlif mükafatlar fəxri adlara layiq görülüblər. Bu diqqət qayğı biz sənətkarları olduqca həvəsləndirir, daha da uğurlu işlərə imza atmağa sövq edir. Milli Teatr Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıram", - deyə A.P.Nemətov vurğulayıb.

Tədbir çərçivəsində sənət ocağının bir sıra əməkdaşlarına diplom mükafatlar təqdim olunub. Sonra "Şah Qacar" tamaşası nümayiş etdirilib.

 

525-ci qəzet.- 2018.- 13 mart.- S.7.