Möcüzələrlə dolu Anar dünyası

 

Anar müəllimin bir müddət işdəki yoxluğu Türkiyədə olan əməliyyat həyəcanları hamını, elə məni narahat etməyə bilməzdi.

 

Bilmirəm, bəlkə yaşanan bu anların qorxusundanmı, ürək əməliyyatının adının ağırlığındanmı ağlıma belə bir fikir gəldi ki, Anar müəllim sağ-salamat qayıtsın, mütləq onun haqqında fikirlərimi yazacam. Utanardım, çəkinərdim Anar müəllim haqqında nəsə yazmağa. Ancaq bu dəfə içimdən gələn səsi boğa bilmədim.

 

Anar müəllimin yaradıcılığı, şəxsiyyəti haqqında çox yazılıb yazılır da. Mən məhz prosesindəki canlı Anar obrazı haqqında - 20 ilə yaxın tanıdığım Anar haqqında gördüklərimi, yaşadıqlarımı, düşüncələrimi, şahid olduqlarımı qismən olsa qələmə almaq qərarına gəldim. Anar müəllim kimi böyük bir şəxsiyyəti tanımaq üçün 20 il az vaxt deyil.

 

Anar müəllim orta məktəb illərimdən biz gənclərin qəlbinə yol tapmışdı. Ədəbiyyatı tam dərk etdiyimiz zamanda Anar müəllimin atası Rəsul Rzanın anası Nigar xanımın dünyadan köçmələri onun mükəmməl "Sizsiz" əsərini yazması Anarsevərlərdə böyük həyəcan doğurmuşdu. Bakıdan çox-çox uzaqda "Azərbaycan" jurnalında dərc olunmuş "Sizsiz" əsərini sinifdə biz - ədəbiyyatsevərlər ürək sızıltılarıyla oxuyur onun yaşadıqlarını yaşayır, üzülürdük.  Bəlkə Anar müəllimə olan sonsuz məhəbbətin nəticəsidir ki, Allah məni 20 il bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinə gətirdi. Allahıma şükürlər olsun ki, məhz Anar müəllimin sayəsində indiyə kimi AYB- işləyirəm.

 

Kitablardan, televiziyadan gördükləri məşhur yazıçını canlı görmək, onu yaxından tanımaq çoxlarının arzusu olardı. Şükürlər olsun ki, bu, mənə qismət oldu.

 

Allah həm Eyvaz müəllimə, həm Arif müəllimə qəni-qəni rəhmət eləsin. Məhz bu iki gözəl ziyalının sayəsində Anar müəllimi gördüm tanıdım. Onu ilk dəfə AYB-nin pilləkənlərində gördüm. Həmin an həyəcanlanmışdım. Sonradan demək olar ki, hər gün rastlaşır, salamlaşırdıq. Sonralar prosesində ünsiyyət yarandı.

 

Anar müəllimin işə vaxt gəlib, vaxt getməsi otağının işığının yanıb-sönməsindən bilinirdi. Dəqiq rejimi vardı həmin rejim indi davam edir. Biz qızlar çox idik onda. Çoxlarımız onu görmək istəyəndə yalançı təsadüflər yaradırdıq. İş prosesində qədər özümüzü sıxsaq da, otağımızda vaxt səs-küysüz ötüşməzdi. Gələnlər çox olurdu. Özü otaqlarımız qonşuydu. Hərdən çox səs-küy olanda Anar müəllim ara pəncərəni yavaşca tıqqıldadardı,  Arif müəllim isə bir az səs olan kimi sərt şəkildə: "Qızlar, Anar müəllimin otağındadı səsiniz..." - deyərdi.

 

Anar müəllim bir böyük kimi daim bizimlə maraqlanır, səmimi diqqət göstərirdi. Ötən illərdə onun bir dəfə olsun səsini qaldırmasının şahidi olmadım. Sözünü deyəndə təmkinini pozmadan deyir. Anar müəllimin kübarlığı, yerişindəki, baxışındakı ağayanalıq, bir sözlə, hər bir jesti fərqlidir, diqqətçəkəndir. Bütün bu xüsusiyyətlər onun möcüzələrlə dolu mənəvi dünyası olduğunu təsdiq edir.

 

Anar müəllimin humanistliyindən sui-istifadə edənlər var. Bunu bilsə , üzə vurmaz elədiyi yaxşılıqları dilinə gətirməz. Onun insanlığının sayəsində, köməyi hesabına zirvələrə qalxmış insanlar çoxdur. Düzdür, onların arasında dönüklər olub, amma müəyyən vaxtdan sonra səhvlərini başa düşüb geri qayıdanlar da az deyil.

 

AYB- olan bəzi xırda mübahisələrin çözülməsi üçün hamı səbirsizliklə Anar müəllimin qərarını gözləyir. O isə tələsmir, hər tərəfi dinləyir yüz ölçüb-bir biçəndən sonra öz müdrik qərarını verir. Tanıdığım uzun illər ərzində onun kiminsə işdən getməsinə qərar verdiyinin şahidi olmadım. Təmkinli, səbrlidir, insanların qoruyucusu, ümid yeridir Anar müəllim.

 

Anar müəllimin nəzərində bir insan haqqında fikir formalaşdırmaq qeyri-mümkündür. Bəziləri kimlərisə Anar müəllimə özləri istədiyi formada tanıtdırmağa, onu çaşdırmağa, rəyini dəyişdirməyə çalışıblarsa da, buna nail ola bilməyiblər.

 

Anar müəllimə qarşı dönükləri, pis insanları görəndə öz-özümə ünvanladığım ilk sual belə olur. Görəsən, bu, Anar müəllimi hamıdan, bütün insanlardan küsdürdümü? Amma sonradan baxıram ki, düşüncələrim əbəsmiş. Çünki Anar müəllim kimin kim olduğunu bilir adamları bir baxışdan tanıyır.

 

Anar müəllimin bu illər ərzində dost itkilərilə üz-üzə qalması da ürək ağrıdandır. Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun, Tofiq müəllimin vaxtsız itkisi bizləri çox sarsıtdı. Onun dostlarını öz səmimiyyətləri sadəlikləri ilə seçilən görmüşəm.

 

Haqqın, ədalətin,  milli düşüncənin, türkçülüyün yanında dayanan Anar müəllim bütün Türk dünyasının sevimlisidir. Dünya ədəbiyyatının görkəmli şəxsiyyətləri ilə bir sırada dayanan Anar müəllim, mənimçünsə onlardan da yüksəkdədir.

 

Böyük Allah Anar müəllimdən heç nəyi əsirgəməyib: aydın, nurlu çöhrəni həmçinin. Anar müəllimi 80 yaşı münasibətilə təbrik edəndə iki cümlədən artıq danışa bilmədim. Bircə bunu deyə bildim: ürəyimdə o qədər sözüm var ki... həmin sözlərin bir qismini bu yığcam yazıda qələmə aldım...

 

Anar müəllimlə mənim çoxlu şəkillərim var. Onların içində ən çox sevdiklərimdən biri bu şəkildir. Bu foto AYB-nin 2004-cü ildə keçirilən Qurultayından sonrakı əhval-ruhiyyəmi əks etdirir. Onda Anar müəllimin AYB- yenidən sədr seçilməsinin sevincini yaşayırdım duyğularım bu şəkildə öz ifadəsini tapıb.

 

Arzu MAHMUDOVA

 

525-ci qəzet  2018.- 20 mart.- S.8.