Azərbaycanlı musiqiçi Vyanada konsertlər verdi

 

Gənc azərbaycanlı pianoçu, bəstəkar dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Vyana şəhərində yerləşən "ALMA" qalereyasında iki klassik konsert proqramı ilə çıxış edib.

Avstriyada fəaliyyət göstərən "Culture Meeting Point" mədəniyyət qurumu tərəfindən təşkil olunan konsertlərdə Manafzadə Yohann Sebastian Bax, Frans List, Bethoven, İsaak Albeniz, Klod Debüssi Modest Musorqskinin əsərlərini səsləndirib.

A.Manafzadə qeyd edib ki, konsertlərin Novruz bayramı ərəfəsinə düşməsi onun üçün xoş bir təsadüf olub. Gənc musiqiçi həmçinin diqqətə çatdırıb ki, atası bacısı - Azərbaycanın Əməkdar artistləri İslam Manafov Turan Manafzadə ilə birlikdə 2018-ci ildə çıxış edəcəkləri bütün konsertləri Azərbaycan Demokratik Respublikasının 100 illiyinə Heydər Əliyevin anadan olmasının 95 illiyinə ithaf edəcəklər.

Hazırda Abuzər Manafzadə Vyana Musiqi Səhnə Sənətləri Universitetində dirijorluq ixtisası üzrə, Linz şəhəri Anton Brukner Universitetində isə fortepiano üzrə magistr təhsili alır.

 

XƏDİCƏ

 

525-ci qəzet.- 2018.- 28 mart.- S.7.