Vaqif Yusifli-70  

 

 

Bu il aprelin 20-də görkəmli tənqidçi, ədəbiyyatşünas-alim Vaqif Yusiflinin 70 yaşı tamam olur.

 

Vaqif müəllim özü 20 apreldən söz düşəndə onunla eyni gündə doğulan çoxlu sayda məşhur adamların adlarını çəkir. Doğrusu, bürclərə, günlərin mistikasına inanmadığım üçün məhz 20 aprelin Vaqif müəllimin taleyində hansı rol oynadığını deyə bilmərəm. Amma onu dəqiq söyləmək olar ki, tale , təbiət ona qarşı xeyli səxavətlidir. Sözü, ədəbiyyatı duymaq istedadı, zəhmətkeşliyi, insansevərliyi Vaqif Yusiflinin uğur resepti sayıla bilər.

 

60-cı illər ədəbiyyatımızın intibah dövrü kimi qiymətləndirilir. Təxminən 70-ci illərin sonundan isə bu dövr ədəbi tənqidçilər tərəfindən dəyərləndirilməyə, araşdırılmağa başlandı. Vaqif Yusifli məhz belə bir dövrdə ədəbiyyata gəldi elə ilk məqalələrindən diqqəti cəlb etdi. Lap ilk məqalələrindən haqqında yazdığı qələm sahiblərinin yaradıcılığını bütöv öyrənməsi,  araşdırması, həmçinin, o yaradıcılığın ən başlıca məziyyətlərini önə çəkməsi, əsas özəyi oxucuya göstərməsi Vaqif Yusifli tənqidinin üstünlüyüdü. Akademik Kamal TalıbzadəTənqid yaradıcılıqdırməqaləsində yazırdı: “1975-ci ildə direktor müavini işlədiyim Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına növbəti qəbul imtahanı başlanırdı. Səhv etmirəmsə, həmin il əyani aspiranturaya bir yer ayrılmışdı. Müsabiqədə isə səkkiz nəfər iştirak edirdi. Birinci imtahan ixtisas fənnindən idi elə ilk imtahanda arıq, çəlimsiz bir oğlan diqqətimi cəlb etdi. O, verilən sualların əhatə dairəsindən çox-çox kənara çıxır, öz məntiqi cavabları ilə adi bir kənd müəllimi olmadığını sübut edirdi. Həmin imtahanda yeganə beşi həmin arıq, çəlimsiz oğlan aldı...” Akademik Kamal Talıbzadənin haqqında söz açdığı o “arıq, çəlimsiz oğlanVaqif Yusiflidi. Kamal Talıbzadə sonradan öyrənir ki, Vaqif müəllim digər imtahanlardan da ən yüksək nəticəni göstərib, ona özü elmi rəhbərlik edir Müasir Azərbaycan nəsrində konflikt xarakteradlı dissertasiya mövzusu verir. Vaqif Yusiflinin yazdığı həmin dissertasiya bu mövzuda xeyli məqalələri elmi mühitdə mübahisələrə səbəb olan altmışıncılar nəsrinin xeyrinə olur. Obyektiv yanaşmaları, dəqiq elmi mülahizələri ilə Vaqif Yusifli bu nəslə aid olan bir çox yazıçıların yaradıcılığını özünəməxsus şəkildə şərh edir.

 

Vaqif Yusifli tənqidinə xas olan əsas məziyyətlərdən biri odur ki, tənqidçi haqqında yazdığı qələm adamını mütləq öz nəsildaşları ilə müqayisəli şəkildə oxucuya təqdim edir, eyni zamanda, dövrün panoramasını verir, inkişaf tarixini nəzərə çatdırır. Bu baxımdanRəsul Rza müasir Azərbaycan poeziyasıkitabı son dərəcə mühümdür. Vaqif müəllim görkəmli şairimiz Rəsul Rzanın yaradıcılıq yoluna nəzər salmaqla, bəzi şeirlərini ayrı-ayrılıqda təhlil etməklə, sərbəst şeirimizin qorunması, inkişafındakı xidmətlərini vurğulamaqla yanaşı, onu özündən sonrakı nəsil şairlərlə, davamçılarıyla - Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Fikrət Sadıqla da müqayisə edib. Daha doğrusu, Rəsul Rzanın qoyduğu yolun sonralar necə davam etdirilməsini göstərib.

 

Ümumiyyətlə, Vaqif Yusifli yaradıcılığına ümumi bir nəzər salsaq, görərik ki, o, ədəbiyyatımız üçün önəmli olan, ədəbiyyat tariximizdə yeri olan bircə sənətkarı, bircə ədəbi hadisəni diqqətdən qaçırmamağa çalışır. Həm poeziyamızı, həm nəsrimizi peşəkar tənqidçi qələmi ilə təhlil edib oxuculara daha da sevdirir.Məmməd Araz dünyası”, “Ürəyimi sərdim günəşə” (F.Qoca haqqında), “Tənqid yarpaqları”, “Yaxşı ki varsan”, “Şeirimizin Nərimanı s. kitabları Azərbaycan ədəbiyyatının ən önəmli imzalarının yaradıcılıqlarını təhlil edir. Ədəbiyyatda öz yeri olan, məşhur, sevilən imzalarla yanaşı, ədəbiyyata yeni gələn qələm sahiblərinə səxavətlə müraciət etməsi Vaqif müəllimin üstün cəhətlərindən biridir. Yadımdadı ki, bir neçə il əvvəl M.F.Axundzadə adına Milli kitabxanada Mədəniyyət turizm nazirliyininQızıl kəlməmükafatı təqdim olunurdu. Müxtəlif nominasiyalar üzrə mükafat alanlar arasında gənclər üstünlük təşkil edirdi. Vaqif müəllim tədbirdən çıxandan sonra foyedəki furşetdə böyük qürur hissi iləmükafat alan uşaqların hamısı haqqında yazmışam” - deyirdi. Doğrudan da hamımız haqqında elə ilk kitablarımız çıxan kimi yazmışdı, təhlillərini edib, tövsiyələrini vermişdi. Ona görə Qızıl kəlmə mükafatının bu gənclərə verilməsini öz proqnozlarının doğrulması, uzaqgörənliyinin təsdiqi hesab edirdi. Bu yerdə Vaqif  müəllimin ümumiyyətlə yeni gələn nəslə, gənclərə diqqətini xüsusi vurğulamaq istəyirəm. Yazılarında bir az istedad, zəhmət duyulan çox-çox gənc haqqında Vaqif Yusifli böyük səxavətlə yazıb, onları təbliğ edib, tanıdıb. Böyük minnətdarlıq hissi ilə deməliyəm ki, mənim ilk kitabım olanQar yağacaqhaqqında çox xeyirxah bir yazı yazmışdı Vaqif müəllim.

 

Ümumiyyətlə, Vaqif müəllimin ciddi fərqlərindən biri də yaxşını görməyə və qabartmağa çalışmasıdı. Bəzi tənqidçilərin “nifrət püskürmə”, bəzilərinin “neqativ atmakimi anladıqları, yerinə yetirdikləri işi, o, zövqlə, yaxşılıq niyyəti ilə edirbu xeyirxahlıq onun yazılarının elmi səviyyəsinə qətiyyən ziyan etmir. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə “Onun meyarı: ədəbi vicdan” məqaləsində bu keyfiyyəti xüsusi vurğulayır: “Əsl tənqidçi mənim nəzərimdə yaxşını görə bilən, buna sevinməyi bacaran, ürəyində ədəbiyyata, sənətə sonsuz məhəbbəti olan qəlbi geniş, fitrən istedadlı qələm adamıdır. Vaqifi mən bu tənqidçilər sırasında görürəm. O, bu gün də, bu yaşında da yaxşı şeirə rast gələndə onu oxuyub əzbərləmək həvəsini itirməyib”. Doğrudan da nədənsə bir çoxları “tənqid” sözünü birbaşa mənada qəbul edir və mütləq bir səhv, yanlışlıq axtarıb tapmağa, yazıçıya yol göstərməyə çalışırlar. Heç nə də tapmayandamühitin təsiri”, “rejimi öymə” kimi mənasız simvollar tapıb “təəssüf” edirlər öz aləmlərində. Elə akademik İsa Həbibbəyli də “Yusifli Vaqifdən Vaqif Yusifliyə” məqaləsində bu məsələyə xüsusi diqqət ayırır: “Gerçək ədəbi tənqid ədəbiyyatdakı bütün halları - gözəlliyi də, nöqsanları da, uğurları da, kəsirləri də obyektiv elmi mövqedən, qərəzdən uzaq yanaşmalarla dəyərləndirməyi bacaran tənqiddir. Ədəbi tənqid hap-gop, yalan-palan, qisas-filan deyil, elmdir. Vaqif Yusifli bu qəbildən olan hərtərəfli obyektiv tənqidin təkcə daşıyıcısı deyil, artıq həm tanınmış yaradıcısıdır”. İsa müəllimin vurğuladığı bu məziyyətlərlə yanaşı, həm hər kəsə aydın olan bir dildə, sadə formada yazması Vaqif Yusifli tənqidini təkcə mütəxəssislərin yox, xalqın malına çevirib. Onun Süleyman Rüstəm, Mikayıl Müşfiq, İlyas Əfəndiyev, Sabir Əhmədli, İsa Hüseynov, Anar, Fikrət Qoca, Elçin, Vaqif Səmədoğlu haqda yazıları bu sənətkarlar haqqında araşdırmalar aparan gənc tədqiqatçılara da, bunları öyrənmək istəyən tələbələrə yardımçı olub.

 

Vaqif müəllim təkcə yazıları ilə yox, televiziya kanallarında müxtəlif ədəbi layihələrdə çıxışları ilə ədəbiyyatın təbliğatçısıdır. Anar müəlliminPoeziyaverilişində müxtəlif sənətkarlar haqqında söhbətlərini heç unutmuram. Xalq şairi Fikrət Qoca haqqında verilişə şairin qardaşı tərcüməçi Hamlet Qocayev ilə birgə çıxmağımız Vaqif müəllimin mənə gənc kimi necə jest etməsi isə həmişəlik yaddaşıma yazılıb. O zaman Fikrət müəllimin on cildliyini oxumuşdum, haqqında müxtəlif verilişlərə baxmışdım, bir sözlə, ürəyim dolu idi, qısa vaxtda şairə, onun yaradıcılığına olan sevgimi çatdırıb demək istəyirdim. Verilişdən sonra Vaqif müəllimin gülümsəyərəkbəs deyirdilər sən danışan deyilsən?!” - deməsindən başa düşdüm ki, deyəsən, Vaqif müəllim xeyli güzəştə gedib mənə...

 

Vaqif Yusiflinin yubileyinə sayılı günlər qalır. 70 yaş işləyən adam üçün uzun zamandı. Ona görə ki, bu illərdə sayı-hesabı bilinməyən böyük işlər görülüb, zaman boşuna xərclənməyib. Amma eyni zamanda, qarşıda da görüləsi işlər, yazılası, araşdırılası məsələlər var. Məncə, Vaqif müəllim bu yaşında da böyük həvəslə işləyir, öz yolunu davam etdirir. EləAzərbaycandərgisinin son nömrəsində çıxanPoeziya, poeziyaməqaləsi onun yaradıcılıq şövqünün zirvədə olmasından xəbər verir.

 

Mən Vaqif müəllimi yubileyi münasibətiylə təbrik edirəm, ona yeni yaradıcılıq uğurları, o bitib-tükənməyən yaradıcılıq şövqü ilə yazıb-yaratmağı diləyirəm...

 

PƏRVİN

 

525-ci qəzet.- 2018.- 31 mart.- S.15.