Xalq yazıçısı Anara Litvadan yubiley təbriki

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara 80 illik yubileyilə bağlı təbrik ünvanlayıb.

 

"Hörmətli Anar Rəsul oğlu Rzayev!

 

Sizi - Azərbaycan ədəbiyyatının dünyaca ünlü klassikini, məşhur Xalq yazıçı dramaturqunu, nüfuzlu ictimai-mədəni xadimi, şərəfli 80 illik yubileyiniz münasibətilə həm Litva Azərbaycanlıları Cəmiyyəti adından, həm istedadınızın Litvadakı çoxmillətli pərəstişkarları adından səmimiqəlbdən təbrik edirəm.

 

Bir sıra əsərləriniz Litva dilinə tərcümə olunmuş Litva oxucuları Sizi özünəməxsus üsluba malik nasir, çoxsaylı romanlar kinossenarilər müəllifi, həmçinin, Litva ədəbiyyatının səmimi dostu kimi tanıyıb hörmət edirlər.

 

Siz bu gün Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə Litva mədəniyyət xadimləri qələm qardaşlarınızla yaradıcılıq münasibətlərini davam etdirməklə, yüzillik qədim tarixə söykənən Litva-Azərbaycan ədəbi-mədəni əlaqələri ənənələrini genişləndirib zənginləşdirir, xalqlarımızın mədəniyyətlərarası dialoqunda yaradıcılıq nailiyyətlərinizlə şəxsən iştirak edirsiniz.

 

Azərbaycan Yazıçılar Birliyinin təcrübəli sədri olaraq Azərbaycan diaspor ədəbiyyatı təmsilçilərinin fəaliyyətini həmişə diqqət mərkəzində saxladığınız üçün, onlara əsl vətənpərvər ziyalı ustad sənətkar münasibəti göstərib böyük həssaslıqla yanaşdığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

 

Hörmətli Anar müəllim, Sizə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, uzun yaradıcılıq illəri yeni-yeni parlaq ədəbi tapıntıların sevincini arzulayıram".

 

525-ci qəzet.- 2018.- 16 mart.