Milli Kitabxanada "Ataxan Paşayev-80" sərgisi açıldı

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Arxiv İdarəsinin rəisi, Əməkdar Mədəniyyət İşçisi, tarixçi Ataxan Paşayevin anadan olmasının 80 illiyi münasibətilə "Ataxan Paşayev-80" adlı kitab sərgisi açılıb.

Bir həftə davam edəcək sərgidə tarixçinin Azərbaycan rus dillərində olan əsərləri, tərtib, redaktə etdiyi kitablar dövri mətbuat materialları nümayiş edilir.

 

XƏDİCƏ

525-ci qəzet.- 2018.- 3 may.- S.7.