Bakıda IV Britaniya Film Festivalı başlandı

 

Bakıda "British Council Azerbaijan", Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri təqdim olunur. Kinosevərlər filmlər artıq Bakıda Dördüncü Britaniya Film Baharı Festivalını çərçivəsində izləyə biləcəklər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri "British Council Azerbaijan"nın rəhbəri Elizabet Vayt jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, festival rəhbəri olduğu qurumun ölkəmizdəki fəaliyyətinin 25-ci ildönümünə həsr edilir. Festival çərçivəsində bir-birindən maraqlı fərqli 8 film - "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) "Əyri ev" (Crooked House) nümayiş ediləcək.

"Endi Serkisin rejissoru olduğu mükafata layiq görülmüş "Nəfəs al" builki festivalın açılış filmi olacaq. Bütün filmlər ingilis dilində təqdim ediləcək. Filmsevərlər "Nəfəs al", "Dafna" "İngiltərə mənimdir" filmlərini Azərbaycan dilində alt yazılarla izləyə biləcəklər. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmayacaq. Biz Britaniya filmlərini film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik mükəmməllik yaratmaq yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik", - deyə E.Vayt söyləyib.

Festivalla bağlı fikirlərini jurnalistlərlə bölüşən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts deyib: "Birləşmiş Krallığın film sənayesi 2017-ci ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər komediyalarla yadda qaldı. Britaniya Film İnstitutunun dərc etdiyi statistik məlumatlar Britaniya filminin 2017-ci ildə indiyə qədər görünməmiş böyük müvəffəqiyyətə nail olduğunu kinematoqrafiya sahəsində lider mövqeyini bir daha möhkəmləndirdiyini göstərir. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə əlamətdardır".

Sonra "Nəfəs al" filmi kinosevərlərin ixtiyarına verilib.

 

525-ci qəzet.- 2018.- 3 may.- S.7.