Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabı təqdim olundu

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbi tənqidçi, İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif YusiflininAzərbaycan qəzəlikitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Vaqif Yusiflinin yaradıcılığından bəhs edib.

 

Akademik bildirib ki, Vaqif Yusifli ədəbi tənqid sahəsində bu günə qədər klassiklərimizin gördüyü işi uğurla davam etdirib. OnunAzərbaycan qəzəlikitabı Azərbaycan qəzəlinin inkişaf tarixinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

 

Təqdimat mərasimində İnstitutun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə AkimovaAzərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazıadlı məruzə ilə çıxış edib.

 

Tədbirdə  filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, şair Oqtay Rza, yazıçı Səyyad Aran, filologiya elmlər doktoru, professor Vüqar Əhməd başqaları  çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəlikitabının müsbət məziyyətlərindən danışıblar.

 

 

525-ci qəzet  2018.- 5 may.- S.12.