Milli Kitabxanada yeni sərgilər

 

Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Mirəli Mir Ələkbər oğlu Seyidovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Mirəli Seyidov - 100" adlı kitab sərgisi açılıb.

 

Bir həftəlik sərgidə ədəbiyyatşünasın əsərləri, tərcümələri, redaktə etdiyi professor haqqında yazılmış kitablar, qəzet-jurnal materialları nümayiş olunur.

 

Milli Kitabxanada Qarabağın dilbər güşələrindən biri olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 26-cı ildönümü ilə əlaqədar "Qarabağın tacı Şuşa" adlı geniş sərgi açılıb. 1 həftə davam edəcək sərgidə Azərbaycan xarici dillərdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında kitab dövri-mətbuat materialları nümayiş etdirilir.

 

Kitabxanadakı digər bir sərgi isə Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr edilib. "9 may - faşizm üzərində Qələbə günüdür" adlı geniş sərgidə Azərbaycan və xarici dillərdə olan, xalqımızın tarixi, qələbədə igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış kitabdövri mətbuat nümunələri nümayış olunur. Sərgi 1 həftə davam edəcək.

 

525-ci qəzet.- 2018.- 9 may.- S.7.