Şərəfli tariximizə böyük ehtiramın nümunəsi

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN SƏNƏDLƏR AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ MİLLİ RƏQƏMSAL YADDAŞ BAZASINA DAXİL EDİLİB

Ulu öndər Heydər Əliyev deyirdi: "Biz hamımız təhsilimizi, elmimizi kitablardan almışıq. Ona görə hamımız kitaba borcluyuq".

 

Kitaba yüksək qiymət verən böyük şəxsiyyətin varlığı, siyasət aləmində qazandığı nüfuz, xalqına gətirdiyi ucalıq, "azərbaycançılıq" ideologiyasının təbliği genişlənməsi istiqamətində milli təfəkkürün oyanışında əməli fəaliyyəti yaratdığı zəngin irsi bu gün milli xəzinəmizdir. Xalqın bu sərvəti, varidatı isə kitabxanalarda qorunur gələcəyə ötürülən mirasdır.

 

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) da Heydər Əliyevə aid külli miqdarda sənədlər var. Milyon yarım fondu olan bu kitabxanada Ulu öndərin fəaliyyətini əks etdirən sənədlərin axtarışı aparılıb MEK-in özünün layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Bu barədə Mərkəzi Elmi kitabxananın, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı "Yeni Azərbaycan" qəzeti ilə birlikdə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbirində geniş məlumat verilib.

 

Tədbiri giriş sözü ilə açan direktor Leyla İmanova tarixi şəxsiyyətlərin, elm mədəniyyət xadimlərinin irsinin toplanması, qorunması, əlçatan edilməsi təbliği istiqamətində görülən işləri Mərkəzi Elmi Kitabxananın yeni binasında yaradılan ən birinci sərgi güşəsinin, ilk kitab kolleksiyasının, rəqəmsal bazanın, elektron kataloqun ilk hissəsinin Heydər Əliyev mövzusunda olduğunu diqqətə çatdırıb.

 

Kitabxana Xidmət şöbəsinin müdiri Aygün Səfərova İnformasiya Resurslarına Nəzarət Əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova Heydər Əliyevin həyat fəaliyyəti, kitabxanaların inkişafı istiqamətində imzaladığı sənədlər Ulu öndərin yubileyi münasibəti ilə əsərlərinin elektronlaşdırılması, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi istiqamətində MEK- həyata keçirilən layihələr barədə geniş məlumat veriblər.

 

Qeyd olunub ki, "kitabxanaları xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi" adlandıraın Ulu öndər 1998-ci il dekabr ayının 29-da "Kitabxana işi haqqında" qanun imzalayıb. Qanunda kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri, kitabxana işinin kitabxana sisteminin ümumi əsasları, kitabxana fondlarının formalaşdırılması mühafizəsi tələbləri, maliyyələşmə mənbələri, kitabxanalardan istifadə edən vətəndaşların hüquq vəzifələri, bu sahədə beynəlxalq əməkdaşlığın prinsipləri əks olunub. Onun imzaladığı digər bir dövlət sənədində qanunla özəlləşdirilməsi qadağan olunmuş obyektlərin siyahısına kitabxanaların da adı salınıb. Bu fərmanın imzalanması kitabxanaların qorunub saxlanmasına şərait yaradıb. Kitabxanalar müstəqil dövlətimizin əsas atributlarından biri kimi dövlət müəssisəsi statusunu alıb.

 

Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif illərdə milli-mənəvi sərvətimiz olan kitabxanalar onların zənginləşdirilməsi haqqında çox lazımi qərarlar qəbul edib sərəncamlar imzalayıb. Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi, Azərbaycan ədəbiyyatıının virtual kitabxanasının yaradılması, Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında imzaladığı qərar sərəncamlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsin toplayıcısı, qoruyucusu olan kitabxanaların fəaliyyətində mühüm rol oynayır.

 

2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxanaların dinamik fəaliyyəti üçün daha böyük imkanlar yaradıb. Bununla da Azərbaycan kitabxanalarının, o cümlədən, AMEA Mərkəzi Elmi Kitabxanasının yeni informasiya tipli müəssisəyə çevrilməsi prosesi başlanılıb.

 

Kitabxana üçün yüksək memarlıq üslubunda yeni bina inşa olunub. Kitabxananın Sərgi salonunda Akademiklərin zalında daimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin İlham Əliyevin həyat fəaliyyətini əks etdirən guşələr yaradılıb. Sərgi salonu Akademiklər zalında Heydər Əliyev guşəsi ulu öndərin anadan olmasının 95 illik yubileyi münasibəti ilə yeni daxil olan kitablarla zənginləşdirilib.

 

Görkəmli siyasi xadimin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə olunan bütün sənədləri elektron kataloqa daxil edilib rəqəmsallaşdırılıb. O cümlədən, aprel ayında keçirilmiş Azərbaycan xalqının Ümmumilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə müsabiqəsində AMEA Mərkəzi Elmi Kitabxanası da iştirak edib. Müsabiqə üçün "Heydər Əliyev: elektron baza sənədlərin reyestri" adlı elektron resurs hazırlanıb. Bu elektron resursa ümumilli liderin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə olunan kitablarının elektron məlumat bazası, video-film, sadələşdirilmiş siyahı sənədlərin reyestri daxil edilib.

 

Tədbirdə qeyd olunub ki, Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycana aid informasiyanı idarə oluna bilən əlaqələndirilə bilən strateji resursa çevirmək informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırılması ehtiyaclarını qarşılaya bilən Milli Rəqəmsal Yaddaş layihəsi yaradılıb. Layihənin qarşısına Azərbaycanın qədim mədəniyyəti, tarixi, coğrafiyası s. bəşəriyyətin inkişafına qoyduğu intellektual yatırımları barədə mövcud olan məlumatları toplayıb sistemləşdirmək, rəqəmsallaşdırmaq, arxivləşdirmək, elektron kataloq vasitəsilə axtarışları asanlaşdırmaq, Azərbaycan dünya oxucusunun, elmi araşdırıcısının, siyasətçisinin, diplomatının, diaspor nümayəndəsinin istifadəsinə verib silahlandırmaq milli yaddaşımıza aid olan məlumatları etibarlı şəkildə qoruyub növbəti nəsillərə ötürmək kimi vəzifələr qoyulub. Məhz bunları nəzərə alaraq görkəmli siyasi xadim Heydər Əliyevə həsr olunmuş, eləcə öz müəllifi olduğu sənədlər MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

 

AMEA Mərkəzi Elmi Kitabxananın tərkibində fəaliyyət göstərən "Sərbəst elektron resurlarla " bölməsi Vikipediya onlayn bazasına "91-lər" adlı məqalə yerləşdirilib. Məqalə 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqındadır...

 

Heydər Əliyevin "Azərbaycan" şeirinin göz yaşları ilə ifasının görüntülərini əks etdirən videoçarx həyat yoluna aid fotoşəkillərdən ibarət slaydlar mərasimdə kövrək notlar yaradıb.

 

Yeni Azərbaycan partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Heydər Əliyevin gənc yaşlarından Azərbaycanın inkişafı üçün çalışdığını, hələ gənc yaşlarında təhlükəsizlik sistemində fəaliyyət göstərdiyi illərdə ölkədə ana dilimizə doğma münasibətinə görə danlandığını, 86 nəfər azərbaycanlının məhv edilməsi üçün ona siyahı təqdim edildiyini, lakin uğurlu siyasi gediş edərək həmin insanların sağ qalmasına müvəffəq olduğunu illər sonra ölümünə fərman verilmiş həmin ziyalıların professorlar, akademiklər səviyyəsinə yüksəldiyini, milli xidmətləri ilə seçildiyini, belə alimlərlə daima öyündüyünü, sayəsində onların yaşadığı üçün özüylə qürur hissi keçirdiyini bildirib. Tağı Əhmədov ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eyni zamanda, SSRİ-nin yüksək vəzifələrində təmsil olunduğu illərdə 15 respublika arasında ölkəmizin adının birinci çəkilməsi üçün daima mübarizə apardığını, azad müstəqil dövlətimizin yaranmasında inkişafında fenomen şəxsiyyətin böyük xidmətlərini faktlara, sənədlərə xronoloji ardıcıllıqla auditoriyaya çatdırıb.

 

Tədbirdə iştirak edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu, Qarabağ müharibəsi veteranı İslam Əzimov da Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, böyük siyasi xadimin Azərbaycan xalqına xidmətindən milli varlığımız yolunda tarixi nailiyyətlərindən danışıblar.

 

Şəlalə MƏHYƏDDİNQIZI

 

525-ci qəzet.- 2018.- 9 may.- S.5.