Türk-islam alimi Baba Nemətullah Naxçıvani və orta əsrlər Naxçıvan mühiti

 

Azərbaycan xalqının iftixarı, Naxçıvan ictimai-mədəni mühitinin yetirdiyi türk-islam aləminin görkəmli övladlarından biri Baba Nemətullahın adı islam elmində qürurla səslənməkdədir.

 

Əsl adı Nemətullah ibn Mahmud Şeyx Əlvan olan bu görkəmli islam alimi şəxsiyyəti Naxçıvanda doğulması etibarilə "Naxçıvani" nisbəsini götürmüşdür. Yüksək mərtəbəli islam alimlərindən eləcə Nəqşibəndiyyə təriqətinin nəhəng simalarından biri kimi yüksək mövqeyə malik olan Nemətullah Naxçıvani yazdığı qiymətli əsərlərlə diqqəti cəlb etmişdir. Onun heç bir kitaba baxmadan yazdığı Qurana ikicildlik təfsir kitabı alimin şöhrətini daha da artırmış, təfsir sahəsində adını birinciliyə qaldırmış, alimlər alimi kimi yüksək mərtəbəyə çatmasına vəsilə olmuşdur. Müasirlərindən olmuş Əhməd Daşköprüzadə onun haqqında bəhs edərkən bu görkəmli islam mütəsəvvifi alimini "Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik sufiliyin fəxri", - deyə adlandırmışdır.

 

XV əsrin ortalarında Naxçıvan şəhərində doğulan bu yerə nisbət olaraq Naxçıvani nisbəsini götürən Nemətullah Naxçıvani kiçik yaşlarından "Naxçıvanın qiymətli alim müəllimlərindən dərs alaraq" istedadlı şəxsiyyət kimi yetişmişdir. Bu görkəmli islam alimi sonralar qardaş Türkiyənin Ağşəhər qəsəbəsində yerləşərək (bəzi mənbələrdə alimin Naxçıvandan sonra Təbrizdə elmini artırması yaşaması barədə fikirlər vardır - R.Q.) "burada istər yaşayış istərsə ərsəyə gətirdiyi yazılı əsərləri ilə hər kəsə əxlaq, fəzilət, elm irfan nümunəsi" olmuşdur. Bu görkəmli alim haqqında bəhs edənlər yazırlar ki: "Tarixdə günümüzdə, bilavasitə ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət Nemətullah Sultan kimi adlarla tanınan bu böyük türk-islam alim vəlisi dövründəki alim vəlilərin ən irəlidə olanlarından idi". "Naxçıvan tarixi" üçcildliyinin birinci cildində görkəmli türk-islam alimi haqqında məlumat verilərək yazılır ki: "Naxçıvan bögəsinin yetirmələrindən olan həyatının bir hissəsini Naxçıvanda keçirən məşhur alimlərdən, sufi şeyxlərindən biri hesab edilən Baba Nemətullah Naxçıvani zəmanəsinin məşhur alimlərindən idi".

 

Baba Nemətullah Naxçıvaninin həyatı fəaliyyətində, islam aləminin görkəmli alimi kimi yetişməsində Naxçıvan ictimai-mədəni mühitinin rolu müstəsna əhəmiyyətə malik olmuşdur. Naxçıvanın orta əsrlər dövrü mühitinin Nemətullah Naxçıvaninin yetişməsi parlamasına böyük təsiri olmuşdur. Belə ki, qeyd edilən bu dövrlərdə Naxçıvanda çoxsaylı alimlər, görkəmli sənətkarlar, ədiblər, müxtəlif peşə sahibləri fəaliyyət göstərərək elmi, mədəni inkişafın davamlılığına xidmət etmişlər. Bu görkəmli islam alimi Quran təfsirçisi haqqında bəhs edən professor Hacı Fəxrəddin Səfərli özünün "Naxçıvanda sufiliklə bağlı mərkəzlər" monoqrafiyasında yazır ki: "Baba Nemətullah Naxçıvani uşaq yaşlarından islami elmləri öyrənməyə başlamış, həmin vaxtlardan özünün əqli, zəkası digər müsbət keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Gənclik illərində zəmanəsinin bir çox alimlərindən, o cümlədən, məşhur alim Xacə Mahmud Parsandan dərs almış özü qısa bir zamanda hicri IX (miladi XV) yüzilliyin məşhur alimlərindən birinə çevrilmişdir".

 

Baba Nemətullah Naxçıvani kimi geniş şöhrət sahibi olan islam alimi təfsirçisinin yaşayıb-təhsil aldığı XV əsrin ortalarından sonuna doğru Naxçıvan ciddi ictimai-siyasi hadisələr, o cümlədən, mənəvi-ideoloji mühitlə zəngin idi. Bu görkəmli alimin gözünü açıb gördüyü təxminən XV əsrin ortalarından sonuna doğru olan dövr Ağqoyunlular dövlətinin qurulması Səfəvilərin vahid Azərbaycan dövləti yaratması kimi ciddi ictimai-siyasi hadisələrlə səciyyəvidir. Lakin Baba Nemətullah Naxçıvaninin islam alimi təfsirçiliyinə gedən yolunun başlanğıcının Naxçıvanda aldığı ilk təhsildən başlandığını nəzərə alsaq, bu dövrdə Naxçıvanın elm, eləcə din elmi, sufi mərkəzlərindən biri olduğunu qeyd etməliyik. Artıq məlumdur ki, qeyd edilən dövrdə Naxçıvan görkəmli alimlərin yaşadığı, islam elmi təriqətlərinin yayıldığı ciddi mərkəzlərdən biri olmuş bura Fəzlullah Nəiminin adı ilə bağlı olan hürufiliyin, eləcə digər sufi təriqətlərinin fəaliyyət mərkəzlərindən olmuşdur. Bunu "tarixin təhrif olunmamış qaynaqlarından biri olan ərazidə indiyədək qalan epiqrafik abidələr təsdiq etməkdədir". Naxçıvanda sufi təriqətlərinin görkəmli nümayəndələri arasında Şeyx Əbu Səidin ardıcıllarından olan Əbu Ömər Naxçıvani, Şeyx əbu Səid Əbül Xeyr-Xorasaninin nəslindən olan Şeyx Əbu Səid, habelə Hürufilik təriqətinin mürşidi Fəzlullah Nəimi başqa xeyli sayda şeyxlərin adı çəkilir. Mənbələr bunu da sübut edir ki, görkəmli alimlərin yetişməsində mühüm töhfələr vermiş Naxçıvanda orta əsrlər dövründə iki növ mədrəsələr olmuş, hətta Yaxın Orta Şərqin bir sıra ölkələrindən uşaqlar gəlib orada təhsil alaraq vətənlərinə qayıtmışlar. Hətta bu fikirləri orta əsr tarixçisi coğrafiyaşünası Əbdürrəşid əl-Bakuvinin Naxçıvan şəhəri haqqında bəhs edərkən qeyd etdiyi aşağıdakı fikirlər təsdiq etməkdədir. O yazır: "Orada (Naxçıvanda - R.Q.) məşhur binalar, mədrəsələr xanəgahlar var". Ümumiyyətlə, Naxçıvanda mövcud olan epiqrafik abidələr, onlar haqda məlumat verdiyi əl-ustad mövlana Səfər, alim İzzəddin Məhəmməd, şeyx Hacı Lələ Məlik, Mövlana Şəmsəddin Məhəmməd başqa çoxsaylı elm din xadimləri, tanınmış şeyxlərin məhz bu qədim türk-oğuz yurdunda fəaliyyət göstərmələri Naxçıvanda dini-ideoloji mühitin zəngin, islam elmi dini təlimin yüksək olduğundan xəbər verir.

 

Naxçıvanda mövcud olan ictimai-siyasi durum, sabitlik müxtəlif peşə sənət sahələrinin inkişafı ilə bərabər elmin inkişafına vəsilə olmuş, Baba, Nemətullah Naxçıvani kimi görkəmli alimin yetişməsinə şərt olmuşdur. Sonralar Anadolunun Ağşəhər bölgəsinə gedən Nemətullah Naxçıvani burada geniş şöhrət qazanmışdır. Nemətullah Naxçıvani məhz burada öz istedadı ilə parlamış, böyük şöhrət sahibi olmuş, özünü misilsiz bir din alimi kimi tanıtmışdır. Onun ərsəyə gətirdiyi "Əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimil-Quraniyyə vəl-hukəmil-Furkaniyyə" adlı Quran təfsiri, eləcə bir sıra digər əsərlərlə bağlı təfsirləri, yaradıcılıq məhsulları onun din elmi tarixində xüsusi mərtəbəyə ucalmasına vəsilə olmuşdur. Onun "Təsəvvüfə dair qardaşlara düzgün yol göstərmə" ("Hidayət əl-ixvan fi-t-təsəvvüf") traktatı, eləcə görkəmli islam alimi İbn-Ərəbinin "Hikmətlərin incə mənaları" ("Füsus əl-hikəm") kitabına yazdığı şərh, habelə görkəmli islam filosof-alimi Mahmud Şəbüstərinin "Gülşəni-raz" fəlsəfi poemasına yazdığı izahlar təsəvvüf elminin fəlsəfi qayəsi mahiyyətini şərh etmək baxımından yüksək qiymətləndirilmişdir. Onun "Nöqtənin sirlərinin şərhi" ("Şərh əsrar əl-nüktə") adlı digər bir əsərinin olduğunu da xatırladırlar.

 

Qurana yazılan çoxsaylı təfsirlər içərisində Nemətullah Naxçıvaninin təfsiri daha çox öncüllük qazanmış ona geniş şöhrət gətirmişdir. Tədqiqatçılarından İshaq Doğan haqlı olaraq yazır ki: "Müəllifin heç bir təfsirə müraciət etmədən yazdığı bu təfsir ... təvil təsəvvüf baxımından əhəmiyyətli bir əsərdir". Əsərin özünəməxsusluğu dəyəri ondadır ki, "Nemətullah Quranın başdan-başa hər ayəsini təsəvvüfi baxımdan təfsir etmişdir. Ondan əvvəl yazılan təsəvvüfi təfsirlər hər ayəni əhatə etməzdi, bəzi ayələri keçərdi. Ötürdüklərinin hamısını deyil, bəzi kəlmələrini təfsir edər, ümumi mənasının üzərində durardılar. Baba Nemətullah isə hər ayəni kəlmə-kəlmə təfsir etmiş, təfsir etmədiyi ayə qoymamışdır. ...Təfsir başdan-başa səclidir".

 

Beləliklə, türk-islam mədəniyyətinin paytaxtı Naxçıvanda dünyaya göz açan və mənsub olduğu xalqa geniş şöhrət və qürur gətirən Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani və başqa çoxsaylı şəxsiyyətlərdən biri kimi Baba Nemətullah Naxçıvani də özünəməxsus mövqeböyük şöhrət sahibi olmuşdur. Onun elm aləmində parlaması və böyük şöhrət qazanması ilk vətəni Naxçıvanda qiymətli alimlərdən aldığı təhsilin nəticəsi kimi iftixar doğurur. Onun Anadoluda böyük bir din alimi, şeyx, Quran təfsirçisi kimi özünə və xalqına qazandırdığı şöhrət, elmə gətirdiyi yenilikverdiyi misilsiz töhfələr də alimin şəxsiyyətinə böyük ehtiram qazandırır. Türk-islam mədəniyyəti yurdu olan Naxçıvanın həm türk, həm də islam aləminə bəxş etdiyi bu kimi görkəmli şəxsiyyətlər və bu yurd yerinin tarixdə oynadığı misilsiz mövqe bu torpağın türk-islam mədəniyyətinin paytaxtı olmasını bir daha təsdiqləyir.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2018.- 9 may.- S.6.