"Xalq yazıçısı Elçin" adlı kitab sərgisi açıldı

 

Mayın 13-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar incəsənət xadimi, "İstiqlal", "Şərəf" "Şöhrət" ordenli, Xalq yazıçısı Elçinin anadan olmasının 75 illiyi münasibətilə "Xalq yazıçısı Elçin" adlı geniş tərtibatda sərgi açılıb.

 

Sərgidə yazıçının Azərbaycan xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, rəy verdiyi, layihə rəhbəri olduğu, tərcümələri haqqında olan kitablar, dövri mətbuat materialları sərgilənmişdir.

 

Sərgi bir həftə davam edəcək.

 

                                                                                                                           

525-ci qəzet  2018.- 15 may.- S. 7.