"Ədəbiyyatı uşaqlıqdan sevmişəm"

 

MAŞTAĞA QƏSƏBƏSİNDƏKİ 108 SAYLI TAM ORTA MƏKTƏBDƏ ŞAİR, PUBLİSİST RƏŞAD MƏCİDLƏ GÖRÜŞ KEÇİRİLİB

 

Dünən Maştağa qəsəbəsindəki 108 saylı tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə görüş keçirilib.

 

Görüş məktəbin müəllimi, AYB-nin üzvü, gənc yazar Aygün Məmmədzadənin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində baş tutub.

 

Tədbirdə məktəbin rəhbərliyi, müəllim şagird kollektivi, valideynlər iştirak ediblər.

 

Əvvəlcə qonaqlar tədbir iştirakçıları Rəşad Məcidin yaradıcılığını əhatə edən yazılarından, kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Görüşü giriş sözü ilə açan A.Məmmədzadə Rəşad Məcidin həyat yaradacılığı haqqında geniş məlumat verib, onu sözə, ədəbiyyata bağlı şair, vicdanlı publisist, səmimi, təvazökar, gənc istedadlara qarşı diqqətli insan kimi xarakterizə edib. Bildirib ki, bugünkü görüş şagirdlərə yaradıcılıq həvəsi, sözə, ədəbiyyata, poeziyaya məhəbbət aşılamaq, onları şairin dünyasına bir az da yaxınlaşdırmaq məqsədi daşıyır.

 

Məktəbin direktoru Böyükağa Əhmədov belə görüşlərin şagirdlərin dünyagörüşündə, təfəkküründə əhəmiyyətli rol oynamasından söz açıb, şagirdlərlə görüşmək təklifini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib.

 

Hər zaman azyaşlı oxucularla ünsiyyətə xüsusi önəm verdiyini deyən Rəşad Məcid başda Böyükağa Əhmədov olmaqla məktəb rəhbərliyinə, kollektivinə görüşün təşəbbüskarı Aygün Məmmədzadəyə təşəkkür edib. A.Məmmədzadənin həm AYB-nin üzvü olduğunu xatırladan qonaq bu cür tədbirlərin keçirilməsinə təşəbbüs göstərən, Yazıçılar Birliyi ilə məktəblər arasında əlaqə yaradan belə gənc pedaqoqların fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib: "2008-ci ildən keçmiş Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi nəzdində Gənc Ədiblər Məktəbi yaratdıq. Birliyin Gənclərlə üzrə katibi olduğumdan ədiblər məktəbi mənə həvalə olundu. O məktəbi yaratmaqda məqsədimiz iki il ərzində ayda bir ya iki dəfə gənc qələm sahiblərini yaşlı, təcrübəli yazıçılarla görüşdürmək, onlarla ünsiyyət nəticəsində dünyagörüşlərinin, ədəbiyyatla bağlı bilgi təcrübələrinin artmasına şərait yaratmaq idi. Bu zamana qədər üç Gənc Ədiblər Məktəbi fəaliyyət göstərib. Bugünkü görüşün təşkilatçısı, sizin müəlliminiz Aygün Məmmədzadə III Ədiblər Məktəbinin müdavimidir. Gözəl qələmi ədəbiyyat sevgisi, savadı olmaqla bərabər, Aygün xanım həm çox çalışqan, zəhmətkeş gənclərimizdəndir. Bu zəhmətinin istedadının nəticəsidir ki, o, həm Yazıçılar Birliyinin üzvüdür. Aygün xanım kimi ədəbiyyatı sevən ədəbi prosesi yaxından izləyən müəllimlərimizin varlığı təhsilimizin yüksək inkişafına gənc nəslin sağlam yetişməsinə olan ümidlərimizi artırır. Mən inanıram ki, onun bu məktəbdə keçirtdiyi görüşlər bununla yekunlaşmayacaq, belə təşəbbüslər gələcəkdə davam etdiriləcək".

 

Daha sonra qonaq özünün uşaqlıq illəri, ədəbiyyata gəldiyi dövr, ilk yazıları haqqında danışıb. Deyib ki, özünün gənclik illəri ilə müqayisədə indi gənclərə dövlət tərəfindən ayrılan diqqət qayğı daha çoxdur: "Mən həm Yazıçılar Birliyində, həm "525-ci qəzet"də gənclərlə bilavasitə ünsiyyətdə oluram, onlar üçün dövlətimizin yaratdığı imkanları görürəm heyrət edirəm. Hərdən özümün ədəbiyyata ilk gəldiyim illər yadıma düşür. Heç bir dövrdə istedadlı gənclər üçün bu qədər geniş şərait yaradılmayıb. İndi Yazıçılar Birliyinin qapısı hər bir gənc istedadlı yazıçı üçün açıqdır. Gənc Ədiblər Məktəbi ədəbi mühitə bu illər ərzində onlarla yazar bəxş edib ki, onlardan bir çox bu gün çağdaş Azərbaycan ədəbiyyatının simasını təşkil edir.

 

2007-ci ildən bəri hər il birliyin üzvü olan 20 gənc yazara Azərbaycan Respublikası Prezidentinin illik təqaüdü verilir. Gənclər İdman Nazirliyi hər il 2 fevral Gənclər günü ilə əlaqədar müxtəlif sahələr üzrə il ərzində fərqlənən gənclərə mükafatlar təqdim edir. Hər il ədəbiyyat sahəsindən iki gənc bu mükafata layiq görülür. Bundan əlavə, keçirilən digər bir çox tədbirlərdə, layihələrdə gənclərimiz önə çəkilir, onlara özlərini tanıtmaları təsdiq etmələri üçün hər cür şərait yaradılır".

 

Sonra şagirdlər R.Məcidin digər şairlərin yaradıcılığından poeziya nümunələri səsləndirib, özlərinin qələmə aldıqları şeirləri oxuyublar.

 

4-cü sinif şagirdi Rüqəyya Eyyubovanın R.Məcid yaradıcılığından söylədiyi "Bayrağım", 6-cı sinif şagirdi Nərmin Abdullayevanın dediyi Əli Kərimin "Qaytar ana borcunu" şeirləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Azyaşlıların belə çətin şeirləri əzbərdən gözəl qiraətlə söyləməsini xüsusən bəyənən R.Məcid uşaq yaşlarından şeir əzbərləməyin əhəmiyyətindən söz açıb: "Əgər gələcəkdə gözəl nitqə, aydın təfəkkürə, özününüzü səlis düzgün ifadə etmək qabiliyyətinə malik olmaq istəyirsinizsə, indidən çoxlu şeirlər əzbərləyin. Yeniyetmə vaxtlardan ədəbi əsərlər oxumaq, şeirlər əzbərləmək həm yaddaşı gücləndirir, həm insanın söz ehtiyatını artırır. Mən ədəbiyyatı uşaqlıqdan sevmişəm. Şeir əzbərləmək isə ən sevdiyim məşğuliyyətim olub. Hətta 15-16 yaşlarımda 4-5 saat dayanmadan müxtəlif şairlərimizin şeirlərini əzbər deyirdim. İndiyə qədər o şeirlərin bir çoxu yadımdadır. Bu gün burada şeir söyləyən uşaqlara heyran qaldım. Onlar elə çətin irihəcmli şeirlər seçiblər ki, onları belə səlis aydın qiraətlə əzbərdən demək heç asan deyil. Mən buna görə həm o uşaqları, həm onların müəllimlərini alqışlayıram".

 

Görüşün davamında şagirdlər ədəbiyyat, şeir, Rəşad Məcidin həyat yaradıcılığı ilə bağlı onları maraqlandıran sualları qonağa ünvanlayıblar. Onlardan Həsən Məlikov, Zəhra Məmmədova, Zemfira Məmmədova, Hüseynağa Məmmədov, Zəhra Muradova, Xədicə Fərziyeva başqaları maraqlı sualları ilə seçiliblər.

 

Sualları ətraflı cavablandıran R.Məcid Qarabağla, Şuşayla bağlı uşaqlıq xatirələrini bölüşüb, deyib ki, doğulduğu Laçın rayonunun, orta məktəbdə oxuduğu Ağdamın, çox sevdiyi Şuşanın, ümumiyyətlə, Qarabağın itkisi onu ən çox göynədən yaradır: "Bunu həmişə hər yerdə deyirəm ki, Şuşa mənim ən sevdiyim bütünlüklə heyran olduğum şəhərdir. Mən çox tezliklə yenidən o torpaqlara qovuşacağımıza inanıram".

 

Qonaq "525-ci qəzet"in yaranması fəaliyyəti, onun gənc jurnalistlər üçün yaratdığı şərait haqqındakı sualları da cavablandırıb: "Mən həm bədii, həm publisistik yaradıcılıqla məşğulam. 1992-ci ildə yaratdığımız "525-ci qəzet" müstəqillik illəri Azərbaycan mətbuatında mədəniyyətə, incəsənətə, ziyalılarımıza böyük önəm verən qəzetlərdəndir. Bugünkü tədbir Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunduğundan deyə bilərəm ki, qəzetimizdə hər zaman Cümhuriyyətimizlə bağlı yazılar çap olunur. Məsələn, neçə illərdir ki, hörmətli professorumuz Şirməmməd Hüseynovun Cümhuriyyətlə bağlı silsilə yazıları, Vilayət Quliyevin məqalələri çap olunur.

 

Eyni zamanda, qəzetimiz hər zaman öz səhifələrində gənclərə yer ayırıb. Uzun illərdir, biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə əməkdaşlıq edirik. Qəzetimizin bugünkü 22 may buraxılışının dörd səhifəsində həmin tələbələrin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yazıları çap olunub".

 

R.Məcid şagirdlərdən birinin sualına cavab olaraq onun sözlərinə yazılmış mahnılardan da bəhs edib: "Sevilən müğənnimiz Xumar Qədimova ilk dəfə mənim şeirlərimdən birinə mahnı bəstələmək istədiyini deyəndə etiraz etmədim. o, "Bir gəlməyəcək" şeirimi seçdi. Bu şeirin quruluş etibarilə musiqiyə uyğun olmadığını düşündüyümdən necə bir mahnı olacağı ilə bağlı şübhələrim vardı. Amma Xumar xanım çox gözəl bir mahnı yazmışdı. Ondan sonra o, mənim "Sənə görədir" şeirimə mahnı bəstələdi adını dəyişib "Səbəbi sənsən" elədi. Hər iki mahnı publika tərəfindən böyük sevgi maraqla qarşılandı. Ondan başqa gənc bəstəkar Aysel Kərim mənim sözlərimə mahnı bəstələyib. Təbii ki, bütün bunlar mənimçün çox xoşdur".

 

Sonda qonaq görüşdən şagirdlərin hazırlığından məmnunluğunu dilə gətirib təşkilatçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 23 may.- S.4.