Cümhuriyyətin 100 illiyi ADPU-da qeyd

 

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin təşəbbüsü təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Kuratorluğunu rəssamlar Aygün Elnurə İsgəndərovaların etdiyi tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər tələbələr, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, yazıçılar, ziyalılar, mədəniyyət incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir: "Hər il 28 May-Respublika Günü kimi qeyd edir. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Həmçinin, dövlət başçımız 2018-ci il yanvar ayının 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Cümhuriyyət yalnız xalqımızın deyil, eləcə bütün Türk dünyasının milli qürur mənbəyidir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament tipli respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk dəfə qadınlara seçib-seçilmək hüququ verib. ADPU-da Cümhuriyyətin 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Cümhuriyyət liderlərinin həyat fəaliyyəti dərindən öyrənilməli, Cümhuriyyət dəyərləri geniş təbliğ edilməlidir".

 

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtma müşaviri, araşdırmaçı, yazıçı İrfan Çiftçi çıxışında cümhuriyyət tarixi, cümhuriyyətin Osmanlı imperiyası ilə münasibətləri, cəditçilik hərəkatı, cümhuriyyət liderlərinin ideyaları haqqında geniş danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev "Biz bir millət, iki dövlətik" deyib. Yüz il bundan öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Türk dünyasının ictimai-siyasi fikir dövlətçiliyi tarixində xüsusi şərəfli yeri mövqeyi var. Hazırda Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlərin təməli hələ cümhuriyyət dövründə yaranıb.

 

Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə çıxışında xalqımızın bu böyük oğlunun həyat fəaliyyəti, apardığı siyasi mübarizə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, M.Ə.Rəsulzadə gənclik illərindən xalqımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Zəngin biliyə, geniş dünyagörüşünə malik olan M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərib. Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin xatirəsi bizim üçün həmişə əzizdir.

 

Tarix coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Bədii tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı fikir mülahizələrini bölüşüblər.

 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin dekanı, dosent Laçın Həsənova tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür edib.

 

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin II kurs tələbələri Aslan Muradoğlu, Elşən Abbaszadə, Əhməd Almuradov sazda "Naxçıvani", "Urfani" mahnılarını ifa ediblər. Fakültənin III tədris ilinin tələbələri  Leyla Həsənli, Etibar İsmayılov, Teymur Sadatov tar, kamança nağarada "On dörd" "Simayi-şəms" Azərbaycan xalq rəqslərini ifa ediblər. Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Sonda tələbə-gənclər qonaqlara hədiyyələr təqdim ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 24 may.- S.4.