"Milli Kitabxana-95" adlı kitab sərgisi açıldı

 

Mayın 23-də Milli Kitabxananın 95 illik yubileyi münasibəti ilə "Milli Kitabxana - 95" adlı kitab sərgisinin açılış mərasimi keçirilib.

 

Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.

O, Milli Kitabxanasının yaranma tarixindən bugünkü nailiyyətlərindən danışıb. Professor söyləyib ki, Milli Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən, xarici dillərdə qiymətli digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi dövlət kitab saxlayıcısıdır. Kitabxanaşünaslıq, biblioqrafiya kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli tövsiyə biblioqrafiyası, beynəlxalq ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirən kitabxana elm, informasiya, mədəniyyət, təhsil tərbiyə müəssisəsi kimi çap əsərlərini digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil edir, sosial institut kimi cəmiyyətin intellektual mənəvi potensialının inkişafına xidmət göstərir.

 

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək "Açıq kitabxana" layihəsindən danışıb, burada mütəmadi olaraq kitab müəllifləri ilə "imzalı görüşlər"in, poeziya gecələri, mütaliə axşamları, yazıçı şairlərin yeni kitablarının təqdimat mərasimlərinin keçirildiyini, Açıq Kitabxananın saytı vasitəsilə Azərbaycanda xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişinin oxuculara çatdırılması sisteminin təşkil olunduğunu söyləyib. O qeyd edib ki, paytaxt sakinləri şəhərimizin qonaqları üçün daha təkmil, fasiləsiz sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə təşkil edilmiş Açıq Kitabxana asudə vaxtın təşkili mütaliə mədəniyyətinin formalaşması istiqamətində atılmış növbəti addımdır.

 

Milli Kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva deyib ki, Milli Kitabxananın fəaliyyətinin bir istiqamətini maarifçilik fəaliyyəti təşkil edir ki, bu istiqamətdə tədbirlərin reallaşdırılması kitabxananın fonduna diqqət çəkməyə, kitabxananın elmi digər işlərinin nəticələrini kütləvi auditoriyaya çatdırmağa imkan verir. Daimi olaraq kitab elektron məlumat bazalarının təqdimatları, elmi konfranslar, sərgilər, oxucu günləri qeyd edilir. Həmçinin, kitabxana tərəfindən beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi, peşəkar beynəlxalq təşkilatlarda təmsil olunması dünya kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin təşkili həyata keçirilir. Azərbaycan Milli Kitabxanası bu gün ölkəmizin dünyaya açılan informasiya pəncərəsi olmaqla, beynəlxalq əlaqələrini gündən-günə genişləndirməyə çalışır beynəlxalq təşkilatlarda Azərbaycanımızı ləyaqətlə təmsil edən mənəviyyat xəzinəsinə çevrilir.

 

Milli Kitabxananın direktor müavini Mələk Xanım Hacıyeva deyib ki, bu gün Milli Kitabxana öz işini müasir tələblərə uyğun olaraq qurub, kitabxanada ən müasir texnologiyalardan istifadə üçün imkan yaradılmışdır. Natiq söyləyib ki, elmin, təhsilin, mədəniyyətin inkişafında, gənclərin mütaliə vərdişlərinin formalaşmasında Milli Kitabxananın əvəzsiz rolu var. O qeyd edib ki, bu gün tədris prosesində, peşəkar kitabxanaçı kadrların hazırlanmasında məhz Milli Kitabxananın sanballı nəşrlərindən istifadə edilir.

 

Kitabxananın şöbə müdiri, şair Səyyarə Məmmədli kitabxanaya həsr etdiyi şeirini səsləndirib.

 

525-ci qəzet 2018.- 24 may.- S.2.