"Təfəkkür" Universitetində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konfrans

 

Dünən Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə çıxış edən Universitetin rektoru, professor Rahim Hüseynov bildirib ki, qədim zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müəyyən dövrlərində böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində olub: "Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq azadlıqlarının qorunmasının, söz mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə  qoyulub. Azərbaycan  Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamında  qeyd olunduğu kimi kimi, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir".

 

Tədbirdə iştirak edən "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, "Təfəkkür" universitetinin professoru Cümşüd Nuriyev, N.Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi Elnarə Akimova başqaları öz çıxışlarında Şərqin ilk demokratik müsəlman dövləti olan xalq Cümhuriyyətinin cəmi 23 aylıq  fəaliyyəti müddətində öz üzərinə götürdüyü bir çox çətin tarixi vəzifələri şərəflə yerinə yetirdiyini bildiriblər.

 

Konfransda xalqımızın milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin  mürəkkəb bir dövrdə meydana gəldiyi çox çətin şəraitdə fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı əbədi olması yolunda qətiyyətli addımlar atılıb bu sahədə qarşıya çıxan çətinliklər cəsarətlə aradan qaldırılıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.

 

Tədbirin sonunda Mahmud Kaşqari fondunun sədri Elxan Zal Qaraxanlı fondun təsis etdiyi Beynəlxalq Mahmud Kaşqari mükafatını Elm Təhsil Mərkəzi "Təfəkkür" universitetinin rektoru, professor Rahim Hüseynova təqdim edib.

 

525-ci qəzet  2018.- 24 may.- S.3.