Rüstəm İbrahimbəyovdan Azərbaycana qarşı hörmətsizlik

 

ƏLİ HƏSƏNOV: "İSTƏRDİM Kİ, HƏR BİR AZƏRBAYCANLI KİNOREJİSSOR AYAZ SALAYEVİN MƏQALƏSİNİ OXUSUN VƏ RÜSTƏM İBRAHİMBƏYOV ADLANAN MİLLİ DÖNÜYƏ MÜNASİBƏT BİLDİRSİN"

 

Kinorejissor Ayaz Salayev Rusiyada yaşayan həmkarı, "Milli Şura" adlı qurumun həmsədri Rüstəm İbrahimbəyovu erməni maraqlarına işləməkdə ittiham edib, onu sərt şəkildə tənqiq atəşinə tutub.

 

O, "1News.az" saytında rus dilində dərc olunan yazısında R.İbrahimbəyovun ssenari müəllifliyi ilə 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz obrazda, ermənilərin isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunduğunu qeyd edib.

 

Bildirilib ki, filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız geniş ürəkli erməni uşağının obrazı təqdim olunur: "Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların" "dinc ermənilərə" qarşı qəddarlığını göstərməkdir. Filmdə erməninin "cəzalandırılması" aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxaq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur".

 

Əkrəm Əylislinin "Daş yuxular" cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən "etiraf" olunan bu "həqiqətlər" dünya erməniliyi üçün əsl hədiyyədir.

 

Heç istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.

 

Qeyd olunub ki, torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu "etirafları" milli xəyanətin, insan mənəviyyətının deqradasiyası alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir: "Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır. "Qəddar" Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir. Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları bir gürcü aktyorlar yer alır. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrət amili durur. Bu film Rüstəm İbrahimbəyovun öz xalqının "vəhşi" obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük "humanist" kimi qələmə vermək cəhdidir. Bu film İbrahimbəyovun azərbaycanlılara Azərbaycan adına olan hər şeyə dərin nifrətinin düşmən münasibətinin təzahürüdür. Bu film Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa "milləti düşünən əsl ziyalı" kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan "milli şura" adlı qurumun mahiyyətini ortaya qoyur".

 

Ona görə , ictimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən, "milli şura" başçılarını sərt tənqid edir onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə diqqət ayıraraq öz fikirlərini bildirib: "İstərdim ki, hər bir azərbaycanlı hörmətli kinorejissor Ayaz Salayevin bu məqaləsini oxusun Rüstəm İbrahimbəyov adlanan milli dönüyə münasibət bildirsin".

 

C.ABASOV

 

525-ci qəzet  2018.- 24 may.- S.1;3.