Tarixin və millətin yaddaşına həkk olan 23 ay

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

 

İlham Əliyev

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalamışdır.

 

Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət, həm Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsinin müstəsna dərəcədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin dediyi kimi. "Azərbaycan hələ tam oxunmamış kitabdır".

 

Azərbaycan XX əsr tarixində üç dəfə  dövlət yarada bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1921-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1918-1920-ci illərədək müstəqilliyi qoruyub saxlaya bilmədik.

 

Məlum olduğu kimi, müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul qızlarının qanı bahasına əldə edilmişdir.

 

Xalqımızın bir mürəkkəb kəlamında deyildiyi kimi: "Su gələn arxdan bir gələcək". Nəhayət, 70 il sonra XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə yenidən  güldü.  18  oktyabr 1991-ci ildə Sovet  imperiyası  dağıdıldı.  Nəhayət,  1991-ci ilin  oktyabrında  Azərbaycan  özünün  itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçiliyimiz yenidən bərpa olundu. Lakin yeni dövlətimizin bərpası kəskin qarşıdurmalar əsasında baş verdi. Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çəkişmələrə, digər tərəfdən isə tarixi düşmənimiz Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı...

 

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası parlamenti "Azərbaycan Respublikasının  dövlət  müstəqqiliyi  haqqında"  Konstitusiya  Aktının  qəbul  edilməsi ilə Azərbaycan  tarixinin  yeni  bir  dövrü-müstəqil inkişaf dövrü başlandı.

 

XX əsr bəşər tarixində çox görkəmli yer tutur. XX əsrdə Azərbaycan xalqının həyatında çox  böyük  hadisələr baş  vermişdir. Bu  əsr  Azərbaycan  xalqı  üçün surətli bir inkişaf  dövrüdür. Azərbaycan  öz coğrafi, siyasi vəziyyətinə, öz təbii sərvətlərinə görə bir  çox  dövlətlərin daim maraq dairəsində olmuşdur.

 

Azərbaycan Demokratik Respublikası, Azərbaycan Respublikası-müsəlman Şərqində ilk dəfə demokratik respublikasının əsasını qoymuş müstəqil Azərbaycan dövlətidir. 1918-ci il  mayın 28-də yaradılmış, 23 ay yaşamışdır (1918, 28 may-1920, 28 aprel). Olduqca  qısa  müddətdə, həm    ölkənin  daxilində xaricində yaranmış gərgin   mürəkkəb ictimai-siyasi  şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC-nin  həyata  keçirdiyi tədbirlər (milliyyətindən, siyasi dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün  vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, demokratik dövlət quruculuğunun başlanması, iqtisadiyyat, mədəniyyət,  təhsil,  hərbi  quruculuq sahələrində  atılmış  uğurlu addımdır s.). Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

 

"Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə , sonrakı nəsillərin yaddaşında xalqımızın  tarixinin ən parlaq səhifələrindən  biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsi , onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində  silinməz  iz  buraxmış, milli  dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda,  müstəqillik  fikirlərini  daha da gücləndirmiş oldu" (H.Əliyev).

 

AXC dövründə 5 dəfə hökumət təşkil edilmişdi. Birinci üç hökumətə (28.05.1918-14.03.1919) F.Xoyski, 4-cü 5-ci hökumətlərə (14.03.1919-30.03.1920) N.Yusifbəyli başçılıq etmişlər. Azərbaycanın  ərazi bütövlüyünün qorunması AXC hökumətinin fəaliyyətində  daim  öncül  yer  tutmuş ümdə vəzifələrdən biri sayılmışdır. Azərbaycan ərazisinin elə bir  bölgəsi  olmamışdır ki,  ora AXC  hökumətinin  diqqətindən  bir an belə kənarda  qalsın. Bu  baxımdan,  Naxçıvan  diyarına  Zəngəzur mahalına münasibət xüsusi qeyd edilə bilər. "Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da  göstərildi ki Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan  iki   İrəvan quberniyasından (Naxçıvan,  Şərur,  Ordubad nəzərdə tutulur) üç  nəfər  millət vəkil seçilmişdir.

 

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23  aylıq  dövründə elə işlər  gördü ki, nəinki tarixin, habelə millətin yaddaşına həkk oldu. Belə müqəddəs faktlardan biri Azərbaycanda Universitetin yaradılması hadisəsidir. M.Ə.Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinin 21 avqust 1919-cu il tarixli iclasında universitetin açılması haqqında müxtəlif rəyləri şərh edir   göstərirdi ki, belə  bir elm-tədris  müəssisəsi  üçün  professor  heyətinin  əsası  da  hazırdır. Onun  fikrincə, əlbəttə, "yaxşı olardı ki, bu elm mədəniyyət mənbəyi  türkcə olaydı". M.Ə.Rəsulzadə göstərdi ki, "bu universitet tezliklə mütləq türkcə olacaq". O, univrsitetin orada tədrisin  təşkili  sahəsində  Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək çətinliklərdən qorxmamağa çağırırdı. Bu çağırış cümhuriyyətin  fəallığı  ilə  ilk  müstəqil dövlətimizin milli universiteti yarandı.

 

İllər ötdü xalqımız ağır  məşəqqətlərdən keçib öz müstəqilliyini yenidən qazandı. Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş  üçrəngli bayrağını ilk dəfə Naxçıvanda Dövlət  bayrağı  kimi  qaldıran  Ümummilli  liderimiz Heydər Əliyev bu müstəqil dövlətin bütün  atributlarını,  arxitektonikasını qurandan sonra  dedi: "Müstəqilliyimiz  dönməzdir, əbədidir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dövlətin  həmin bayrağını ən böyük beynəlxalq təşkilatlarda, bu ölkənin sözünü  dediyi  mötəbər  yığıncaqlarda  söz  kürsüsünün  önünə  çıxartdı    fəaliyyətinin bütün  istiqamətlərində   qürur  hissilə Xalq Cümhuriyyətinin  qiymətini  verdi. Bu  böyük  insan  dövlət  atributlarımız  haqqında  dəyərli  fikirlər  söyləmişdir:  "Bayraq   hər  bir  dövlətin təmsilçisi rəmzidir".

 

Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamını rəhbər tutaraq, rəhbərlik etdiyim  kollektivlə il ərzində  müxtəlif  vasitələrlə  pedaqoji  kollektivi təlimatlandırıram, belə ki, məsləhət  saatları keçirməklə növbədənkənar pedaqoji şuralar çağırmaqla müxtəlif mövzularda məruzələrlə çıxış etmişəm. Eyni zamanda, pedaqoji kollektiv arasında  sorğu   müsabiqələr keçirmişəm ki, tərbiyəçilər öz növbəsində hər yaş qrupuna uyğun uşaqları məlumatlandırsınlar. Pedaqoji kollektivimiz musiqi rəhbəri ilə  birlikdə hər il "28 May Azərbaycan Demokratik Respublikasının yaranması" günü ilə  əlaqədar  uşaqlarla  tədbirlər  keçirirlər.  Musiqi  zalında  keçirilən tədbirlər marş sədaları altında  əllərində 3 rəngli bayraqlarla zala daxil olub, dövlət himnimizi oxuyub, müxtəlif şeirlər söyləyib mahnılar oxuyub,  milli rəqslər, musiqili-ritmik hərəkətlərlə çıxış edirlər.

 

Ulu  öndərimiz  H.Əliyev  üzünü  məktəbəqədər  təhsil  işçilərinə  tutaraq demişdir: "Milli  vətənpərvərlik,  hərbi  vətənpərvərlik hər bir vətəndaşın hələ körpəlikdən  həyat  prinsipi,  idealı nizamnaməsi olmalıdır".

 

Bu şərəfli məsuliyyətli biz məktəbəqədər təhsil müəssisə işçilərinin üzərinə düşür. Hər bir təhsil işçisi, yaradıcı qabiliyyətə, dərin təfəkkürə malik olmalıdır. Məktəbəqədər dövr ilk vətənpərvərlik  hissləri formalaşmağa  başlayır. Vətənpərvərlik düşmənə  nifrət  gücləndirir, qisas  hissini  artırır. Tarixi  Memar, Ulu  öndər  H.Əliyev demişdir. "Uşaqlarımız  məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən istifadə  edərək, milli  zəmin  üzərində,  milli adət-ənənələr ruhunda tərbiyə olunmalıdır".

 

Ümummilli liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələri bu gün aktualdır   həmişə  öz  aktuallığını  saxlayacaq! Bu fikirlər bizi  milli  adət  ənənələrimizi,  milli  əxlaqımızı  qoruyub-saxlamağa, vətənpərvər olmağa səsləyir.

 

Sədaqət RƏhimova

Pedaqogika üzrə fəlsəfə doktoru, Xətai rayonu 240 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

525-ci qəzet  2018.- 30 may.- S.8.