Güləmail Muradın "Aprel döyüşləri" kitabı təqdim edildi

Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Güləmail Muradın "Aprel döyüşləri" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda AYB rəhbərliyi, tanınmış ziyalılar, ədəbiyyat xadimləri media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan tənqidçi Əsəd Cahangir Güləmail Muradın yaradıcılığı haqqında danışıb. O deyib ki, Güləmail Murad yaradıcılığının böyük bir hissəsini vətənpərvərlik mövzuları təşkil edir. O, bu şeirləri, poemaları ən səmimi hissləri, duyğuları ilə qələmə alır. Bu gün təqdim olunan "Aprel döyüşləri" kitabı da Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən sonuncu hadisələrə - aprel hadisələrinə həsr olunub. Bu kitabda müəllifin böyük zəhməti, araşdırmaları hadisələrə obyektiv münasibəti əks olunub.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ilə tədbir açıq elan edilib.

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca çıxışında qeyd edib ki, Güləmail Murad çağdaş ədəbiyyatımızda ən çox vətənpərvərlik mövzusuna toxunan xanım şairlərdəndir. Onun bu şeirləri pafosdan uzaq, ən səmimi hisslərə köklənib.

Daha sonra çıxış edən "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçı Aydın Xan, AYB Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz,  şairlər Fəridə Ləman, Balayar Sadiq başqaları çıxış edərək müəllifi yeni kitabı münasibətilə təbrik edib, bu kitabı tariximizin şanlı günlərinə həsr olunmuş dəyərli töhfə adlandırıblar.

Sonda çıxış edən müəllif Güləmail Murad ona göstərilən diqqət qayğıya görə AYB rəhbərliyinə, qonaqlara çıxışçılara öz təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 6 noyabr.- S.8.