Azərbaycan incəsənətinin Amaliya Pənahova itkisi

İnsanlar var kiheç zaman öləcəklərini düşünməzsənağlına gəlməzbəlkə də yaraşdırmazsan.

Elə bilərsəki, ölüonları tanımır, Əzrayıonlarıbu dünyadakı missiyalarından utanır, onlara yaxıdurmaz. Amma bir səhər gözünü məhz ölümünə inanmadığın, heç zaman da inanmayacağın həmin insanların ölüm xəbəriylə açarsan. Bəd xəbəri qəbul etməkzaman alır, - deyirlər. Amma bu bəd xəbərlə birdən-birə gözündə böyük bir boşluq əmələ gələr. Bəlkə də bu, onların bu həyatda qoyub getdikləri yerin boşluğudur.

8 noyabr səhəri Azərbaycan mədəniyyəti üçün belə bir ağır xəbərlə açıldı. Səhnəmizin əvəzolunmaz aktrisası, Xalq artisti Amaliya Pənahova 73 yaşında dünyasını dəyişdi.

Hazırda məlumat ötürücülərdən ən “yüyrəyi” olan sosial şəbəkədə, Əməkdar artist Hüsniyyə Mürvətovanın paylaşımı ilə aldıq acı xəbəri. İllərdir səhnədə, kinoda görməyə alışdığımız, səsinə ta uşaqlığımızdan min səsin içərisindən seçər kimi alışdığımız Amaliyaxanım artıq yox idi.

Birinci yadıma düşən Bakı Bələdiyyə Teatrı və onun əməkdaşları oldu. Axı Amaliya xanım bu teatrın qurucusu və rəhbəri idi. Neçə-neçə gənc aktyor və aktrisalarımızın əlindən tutub ilk dəfə böyük səhnəyə gətirən, onlarda özgüvən yaradan, onlara dəstək olan daməhz o idi.

Qısaca ömür yoluna nəzər salsaq: Teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Milli Məclisin deputatı, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri vədirektoru Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub.

1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyasınıBirinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.    Əfəndiyevin “Mənim günahım”, M.Muradın “Təkan”,M.Qurbanovun “Sənsiz”, O.Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və digərlərini xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərsdeyib, ali məktəbin professoru olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teatr və kino tariximizdə bir sıra önəmli yaddaqalan obrazlar canlandıran mərhum aktrisa mənim üçün İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərindəki Nərmin rolu ilə özəldir. 2014-cü ildə Bakı Dövlət Universitetində İlyas Əfəndiyevə həsr olunmuş tədbirdə adıkeçənəsərdə Nərmin rolunu canlandırmaq mənim öhdəmə düşmüşdü. Əsəri oxusam da, obrazı necə oynayacağım haqqında heç bir fikrim yox idi. İnternetdə axtarış nəticəsində Amaliya xanımın vaxtilə oynadığı tamaşa qarşıma çıxdı. O tamaşanı dəfələrlə izlədim. Hətta o həddə çatmışdı ki, hansı sözdə hansı hərəkət edəcəyini, əlini necə tərpədəcəyini belə bilirdim, əzbərləmişdim. O şıltaq, ərköyün, qürurlu, amma qəlbində sevən bir ürək daşıyan Nərmində sanki Amaliya xanımın özü vardı. Onun kinayəli baxışları, hər saniyə dəyişənsəsi, gülüşü gözlərimin və qulaqlarımın yaddaşına əbədi həkk olunmuşdu. Elə rol gedirdi ki, onu təkrarlamaq mümkün deyildi. Sanki öz rolu ilə yeni bir cığır da açır, “məni təkrarlama, bu yolla get” deyirdi. Mən də onu təkrarlamadan, onun açdığı cığırla gedib Nərminrolunu yüzlərlə tamaşaçının önündə oynamağı bacardım.

Ondan sonra Amaliya Pənahova mənim üçün həm də Nərmin idi. Əgər o, bircə izlədiyim rolla mənə bu qədər təsir etməyi, teatra, kinoya, aktrisalığa yad olan mənə, bu sənətə aid nəsə öyrətməyi bacarmışdısa, onun tələbəsi olmuş, rəhbəri olduğu teatrın yetirməsigənclərin necə şanslı olduğunu düşünməkdə heç də haqsız sayılmarıq.

Keçən il isə onun rejissoru olduğu “Nargin faciəsitamaşası sayəsində söhbət etməkondan müsahibə almaq şansı qazandımOnda Amaliya xanım ekrandan, səhnədən izlədiyim insan deyildi. Mən onu hər zaman hansısa obrazın arxasında görmüşdüm. İndi isə əsl Amaliya Pənahova ilə üz-üzə idim. Gözlərində elə ecazkar eşq parlayırdı ki. Bu eşq teatra, sənətə olan eşq idi.  onun tamaşa, ümumən teatr haqqında ürəkdən, sevgiylə, həvəslə danışdıqları sübut edirdi kiAmaliya Pənahova illərini həsr etdiyi bu sənətin həqiqiaşiqidir.

Dünənbir payız səhəri sənət ağacımızdan bir yarpaq da düşdü. Bir anlıq həmin ağaca baxdım budaqlarında yarpaqların qədər az qaldığının fərqinə vardım. Könlümdən qalan tək-tük yarpaqları qucaqlamaqölümün soyuq nəfəsindən qorumaq keçdi. Təəssüf ki, hamımız bunda acizik. Təsəllimiz isə bir şeydir ki, bu xalq, bu dövlət durduqca onun mədəniyyəti üçün çalışan insanlar ölməyəcəklər! Onların yaratdığı sənət əsərləri hər zaman öz müəlliflərinin adını hər yerdə dilləndirəcək. Amaliya xanım da yaratdığı yüzlərlə obrazla xalqın qəlbinə çoxdan köçüb!

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 9 noyabr.- S.12.