Elçinin romanlarının Almaniyada yeni nəşrləri

Bu ilin əvvəllərində Xalq yazıçısı Elçinin "Baş" romanı alman dilində nəşr olunduqdan sonra Almaniyada onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Berlinin "Pem Verlaq" nəşriyyatı bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısının " dəvə" "Ölüm hökmü" romanlarını nəşr edib.

" dəvə" romanı Qərbi Almaniyada ilk dəfə hələ 1989-cu ildə nəşr olunmuşdu. "Ölüm hökmü" romanının isə bu, ilk nəşridir. Əsəri alman dilinə Karl Hermann Kiel tərcümə edib.

Nəfis şəkildə çap olunmuş kitabın tərtibatçısı rəssam Yohn Viliam Vaterhousedir.

Xatırladaq ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır. Belə ki, 1980-ci illərdə Xalq yazıçısının "Mahmud və Məryəm" romanı nəşr olunmuş, sonradan həmin roman "XX əsrin məşhur romanları" seriyasından yenidən çap edilmişdi. Hazırda isə ədibin seçilmiş pyeslərindən ibarət kitabı alman dilində nəşrə hazırlanır.

525-ci qəzet  2018.- 15 noyabr.- S.7.