Təhmiraz Şirinovun yubiley gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olunub.

Tədbir Azərbaycan TeleviziyasıMədəniyyətkanalının Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.

Yubiley gecəsində tanınmış elm, mədəniyyət incəsənət xadimləri iştirak etdilər.

Gecənin əvvəlində Təhmiraz Şirinovun ifasında mahnılardan ibarət videoçarx nümayiş olundu.

Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışdı.

Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov, S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun sənət yolu haqqında söylədilər.

Gecənin musiqi hissəsi Xalq artisti Adil Bağırovun rəhbərliyi altında Ə.Dadaşov adınaXatirəxalq çalğı alətləri ansamblının müşayiətilə, Xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov Zakir Əliyevin ifasında keçdi.

Bütün çıxışlar gur alqışlarla qarşılandı.

Sonda sənətkarın qızı Səadət Təhmirazqızı Beynəlxalq Muğam Mərkəzinə tədbirin təşkilində iştirak edənlərə dərin minnətdarlığını bildirdi.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, millietnik musiqinin təbliği və inkişafı istiqamətində tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Noyabrın 15-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən tədbirdə dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr-Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfovun ifasında muğamlardan parçalar və təsniflər ifa ediləcək.

525-ci qəzet  2018.- 16 noyabr.- S.8.