Fizikalirika: dünya təcrübəsi və ölkə reallıqları

 

AZƏRBAYCANDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİR

 

Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə Fizika lirika: dünya təcrübəsi MDB ölkələrinin elm ədəbiyyat reallıqları adlı beynəlxalq konfrans işinə başlayıb.

Konfransda AMEA-nın rəhbərliyi, əməkdaşları, ziyalılar, ictimai xadimlər, digər ölkələrdən gəlmiş qonaqlar media nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə foyedə sərgilənən akademiyanın texniki bölmələrin əməkdaşlarının əl işlərindən ibarət sərgiylə tanış olublar. Qeyd olunub ki, fizika, kimya digər texniki sahə institutların əməkdaşlarının rəsm əsərləri hər il Fizika lirika konfransında sərgilənir.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki təbiət elmləri arasında əməkdaşlığın vacibliyi, elmi problemlərin həllində multidissiplinar yanaşmaların innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.

Qeyd olunub ki, layihənin məqsədi ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli artıq beşinci dəfə təşkil olunan Fizika lirika konfransları ilə bağlı ümumi məlumat verib. O, fizika lirika sözlərinin şərti olduğunu, burada əsasən elm bədii yaradıcılığın ümumi şəkildə nəzərdə tutulduğunu diqqətə çatdırıb. Hər iki sahənin qoşa qanad kimi bir-birinə bağlı olduğunu deyən akademik, onların birlikdə, vəhdət halında daha güclü məhsuldar olduğunu da vurğulayıb. Məhz bu səbəbdən artıq beşinci dəfədir təşkil olunan Fizika lirika konfransının hər il daha böyük nəticələrlə yadda qaldığını bildirib.

O deyib ki, ilk dəfə 2014-cü ildə keçirilən Fizika Lirika konfransı həmin il Bakı Elm Festivalı çərçivəsində baş tutub. İkinci dəfə konfrans AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Novruz təqvimi: lirikada astrofizikada mövzusunda keçirilib. Həmin konfransın iştirakçıları müasir teleskoplar vasitəsiylə səma cismlərini seyr edə biliblər. Üçüncü konfrans isə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu Mərkəzi Nəbatat Bağında təşkil edilib.

Fizika lirika: dünya təcrübəsi ölkə reallıqları mövzusunda məruzə ilə çıxış edən alim konfransın humanitar, texniki təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib.

Tədbirin fizika lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən İ.Həbibbəyli ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Akademik, Fizika lirika: dünya təcrübəsi ölkə reallıqları Beynəlxalq elmi konfransının Qoşa qanadın hər iki qanadının möhtəşəm bir harmoniyası hesabatı olduğunu vurğulayıb. Konfransda çıxış edən müxtəlif ölkələrdən dəvət olunmuş görkəmli dəqiq təbiət elmləri üzrə alimlərin bədii yaradıcılıqla məşğul olmağın reallıqları, elmə ədəbiyyata gətirdiyi böyük dəyişikliklər barəsindəki elmi məruzələri toplusunun Fizika lirika adlı tam yeni bir elmi istiqamətin təqdimatına çevriləcəyinə inandığını deyib. Akademik, həmçinin, MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun əməkdaşlığın qurulmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib. Ötən gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin qeyd olunduğunu bildirən akademik çıxışının sonunda elmi müəssisə ilə uzun illər sıx əməkdaşlıq edən xarici ölkələrdən gələn həmkarlara rəhbərlik etdiyi institutunun fəxri doktoru diplomlarını mükafatların təqdim olunduğunu qeyd edib.

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib.

AMEA Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Azərbaycan Dillər Universitetinin professoru Səməd Seyidov, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyət, Dil Ədəbiyyat Tədqiqatları Mərkəzinin Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu filialının direktoru, professor İvan Saverçenko, Xəzər Universitetinin təsisçisi, Direktorlar Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina İysayeva başqalarının elmi məruzələri dinlənilib.

Məruzəçilər təbiət və humanitar elmlərinin qarşılıqlı münasibətlərindən söz açıblar. Xarici ölkələrdən təşrif buyurmuş qonaqlar öz ölkələrində və dünya təcrübəsində bununla bağlı görülən işlərdən və onların uğurlu nəticələrindən söz açıblar. Onlar konfransın adından fərqli olaraq, yalnız fizika və digər texniki elmlər deyil, ümumən bütün elmlərin bir-biriylə qarşılıqlı münasibətlərindən bəhs ediblər. Artıq bir neçə gündür ölkəmizdə qonaq olduqlarını, akademiyanın və onun nəzdində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti, elmi nəşrləri ilə yaxından tanış olduqlarını deyən qonaqlar, Azərbaycanda elmin bu dərəcədə inkişafından sevindiklərini, keçirilən Fizikalirika konfranslarının da elmin və bədii yaradıcılığın inkişafında müstəsna rol oynayacağına inandıqlarını da qeyd ediblər.

Məruzələrdə təbiət və humanitar sahələrin psixologiya elmi ilə qarşılıqlı münasibətinə də toxunulub. Psixologiyanın insan həyatının və cəmiyyətin bütün sahələrinə təsiri olduğu vurğulanıb. Bildirilib ki, alimlər, araşdırmaçı tədqiqatçılar, eləcə də ədəbiyyatşünaslar, yazıçı və şairlər öz sahələrindən əlavə, insanların və ümumilikdə cəmiyyətin psixologiyasına da dərindən bələd olmalıdırlar. Bu, onların yaradıcılığına, əsərlərinin yazılması və oxuculara təqdimatına da müsbət təsir göstərəcəkdir. Eləcə də psixoloqlar digər elmləri bilməlidirlər. Çünki onlar müxtəlif sənət sahibləri ilə qarşılıqlı münasibətdə olurlar.

Məruzəçilər Fizikalirika konfranslarının gənc tədqiqatçıların, gələcəkdə alimlik dərəcəsini almaq istəyən yeni kadrların gələcək elmi fəaliyyətlərinə də öz müsbət təsirini göstərəcəyinə inandıqlarını vurğulayıblar.

Konfrans çərçivəsində müxtəlif mövzuları əhatə edən dəyirmi masaların təşkili, eləcə də tədbir iştirakçılarının AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarətləri nəzərdə tutulub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.8.