Milli Kitabxanada yeni sərgilər

Noyabrın 21-də Milli Kitabxanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı laureatı, Xalq yazıçısı İmran Qasımovun 100 illiyi münasibətilə "İmran Qasımov - 100" adlı kitab sərgisi açılıb.

Sərgidə yazıçının müəlifi olduğu və haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilib.

Eyni zamanda, Azərbaycanın kino teatr sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsən Məmmədovun 80 illiyi münasibətilə "Həsən Məmmədov - 80" adlı kitab sərgisi təşkil edilib.

Kinomuzun teatr səhnəmizin rəngarəng obrazlarının mahir ifaçısı Həsən Məmmədovun həyat yaradıcılığı haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunub.

Sərgilər bir həftə davam edəcək.

525-ci qəzet  2018.- 22 noyabr.- S.8.