AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

 

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

(Əvvəli ötən şənbə sayımızda)

BİZİM VİCDANIMIZ TƏMİZDİR

İnqilabın ibtidalarında Qafqaz qurultayında ermənilər tərəfindən qurultayı təbrik edərkən Vermişov öz nitqini “Eşq olsun müsəlman qonşularımıza ki, inqilab və hüriyyətin həqiqi mənasını hamıdan yaxşı anlamışlar...” cümləsilə bitirdi.

O vəqti Vermişov bu cümləyi müsəlmanların firqələrə ayrılmayaraq müttəhidən çalışmaq və sosializm şüarları ilə çıxmayıb ibtida əmrdə hələ milli qüvvəyi toplamaq təşəbbüslərini tərif üçün diyordu. Fəqət biz fəxr edəriz və qonşularımız etiraf etməlidirlər ki, yalnız milliyyət məsələsində deyil, dövlət və hürriyyətin mənfəətini də biz hamıdan əvvəl anlamış və onun təmini uğrunda birinci addımları biz atmışdıq; ancaq nə edəsən ki, meydanda tək qaldıq və özgələrin müqəddəratını yalnızbaşına həll edə bilməzdik. Bilxassə ki, yolumuza haman qonşularımız böyük sədlər çəkdilər, hərəkətimizə mane oldular, fəaliyyətimizə əngəllər çıxardılar.

Əgər o vaxt erməni qonşularımız bizimlə əl-ələ getsəydilər, nə doğma yurdumuz bu hala düşərdi, nə qonşularımız indiki vəziyyətdə qalarlardı.

Zənciri-istibdad qırılar-qırılmaz biz Qafqasiya Azərbaycan türkləri yalnız millətimizi deyil, qonşularımızı da nəzərdə tutaraq, milli qüvvələrimizi toplayaraq millətimzi sahili-nicat və səadətə çıxarmaq təşəbbüsü ilə bərabər, bütün Qafqasiyamızı da inqilab dövrünün hərcü mərcindən və onun  nəticəsi olan həlakət və fəlakətdən qorumaq istədik. Biz qonşularımızdan dürbin idik; bilxassə yazıq erməni millətindən Vorontsov-Daşkov, Sazanov, Sergeyev və sairlərinin şirin nəğmələrinə aldanmış olan başçılarına nisbətdə gözümüz açıq idi. Ona görə bugünkü halı görüyorduq.

Hal-hazırda erməni qəzetlərinin çığırıb-bağırdıqları sözləri biz 8 ay bundan müqəddəm həmən erməni başçılarına dedik. Daşnaksütunların qəzetəsi olan “Molot” dekabrın 30-da yazıyor ki:

“Qafqasiya millətlərindən birinin digərinə qarşı müəyyən təcavüzkaranə proqrama müvafiq fəaliyyəti olamaz. Hamı anlayır və anlamalıdır ki, biz üsuli-idarə nə növ olur-olsun bir yerdə yaşamalıyız. Əks təqdirdə hər millət bilməlidir ki, digər milləti məhv, yaxud özünə tabe etməkdən aciz və hər millət özünü müdafiəyə qadirdir”.

Məzkur firqə bunu doğrudan da anlamışmıdır; yaxud erməni qəzetələrinin özləri yazdıqları kibi tarixdə ən fəci bir zaman keçirdiklərindənmi böylə yazıyor, bilmiyoram. Yalnız burası var ki, biz Azərbaycan türkləri bunu qabaqcadan anlamışdıq və hələ may ayında bu sözləri həman daşnaqsaqanlara dedik. Fəqət o vəqt cavab əvəzinə sillə aldıq. Yadımdadır, may ayında Bakıda qarışıq erməni-müsəlman komitəsi əmələ gətirmək qəsdilə türk  milli komitəsinin təşəbbüsü ilə dəvət edilmiş olan iclasların birisində biz türklər həman bu sözləri dedikdə məzkur firqənin görkəmli nümayəndələri beşəxsə bana öylə cavab verdilər ki, məsləkdaşlarımızdan birisi əsəbiyyətlə “Siz böylə güman etməyin ki, türklər qorxudan bizimlə dostlaşmaq istəyirlər. Xayır, biz Ümumrusiya, bütün Qafqasya və onun içərisində üç böyük millətin səlamət və səadəti üçün çalışıyoruz” - deyə heç kəsdən, hətta qırılmaqdan belə qorxmadığımızı söyləməyə məcbur oldu. O vəqt bizim hüsni-niyyətimizə qarşı qonşumuzda türk-islam dövlətləri mövcud olduğu, türklərin Rusiya ilə müharibə halında bulunduğu göstərildi. Nəticədə təşəbbüsümüz müvəffəqiyyətsiz qaldı. Şuşada da türk cavanlarının eyni təşəbbüsü bir nəticə vermədi.

Əgər o vaxtdan bəri “müsəlmanlar xristianları qırmaq, hətta dövlətə xəyanət etmək qəsdilə sılahlandırılırlar” kibi şayiələrlə bir tərəfdən bizim başımız qarışdırılıb, digər tərəfdən də knyaz Lvov və daha sonra Kerenski hökumətləri bizim haqqımızda İkinci Nikolay hökuməti kəsdirilməsi idi. Əgər martdan bəri Azərbaycan türkləri hürriyyət meyvəsindən istifadə etmək imkanı bulsaydılar, əgər sair millətlər hürriyyət bayrağı altında kəndi həyatlarını qurmaqda ikən türklər Ərzincandan Naxçıvan düzünədək qətl-qarət, axtarış, iğtişaş çıxaran provokasiyaya məruz qalmaseydilər, bəlkə bugün ümumerməni qəzetələrinin Qafqasiya müsəlmanlarından gözlədikləri qonşuluğun, köməgin bir mənası olardı. Fəqət indi əksəriyyat ermənilərin təqsirilə qoşunsuz, silahsız, nizamsız qalmış olan Qafqasiya müsəlmanları ermənilərə kömək etmək istəsələr də, nə ilə kömək edə bilərlər?

Əlbəttə, bən demirəm, türklər kömək etməzlər!

Fəqət bu halda müsəlmanlara müraciətlə müavinət və müzahirət istəyən ümumerməni qəzetələrinə və erməni cəmaət xadimlərinə müraciətlə sual ediyoram:

Qoşun və silah olmadığı halda biz türklər necə sizə kömək edə biləcəgiz! Və kömək edə bilməzsək, təqsir kimin vicdanı üzərinə düşəcəkdir?

Türklük və islamlığa məxsus xislət üzərinə bizim həmişə yoldaş və vətəndaşlarımıza sədaqətimiz tarix tərəfindən isbat edilmişdir. Rus knyazları tatar xanlıqlarını məhv etmədilər məgər sadiq müttəfiqləri olan xanların əlilə.

Uzaq getməyəlim, bu müharibədə biz sədaqət imtahanında tarix hüzurində birincilik qazandıq. Lakin bunu da əlavə etməlidir ki, hürriyyət düşmənlərinə qarşı ən şiddətli mübarizəyə hazır olmaqla bərabər həyatımızı tərəqqi və mədəniyyət üzərinə qurmaq tərəfdarı olaraq, kim ilə olur-olsun müharibəyi qəti surətdə rədd ediyoruz.

Həyat hərbdə deyil, hürriyətlə mədəniyyətdədir.

Xəlil İbrahim

“Açıq söz” qəzeti, 5 yanvar 1918, ¹647

MAVƏRAYİ-QAFQAS (ZAQAFQASİYA) KONQRESİNDƏ QOPAN ŞİKAYƏTLƏR

Bir sənə əvvəl Moskvanın əmri ilə Bakıda mütəntən (təntənəli) bir konqre vasitəsilə təəssüs edən Mavərayi-Qafqas Konfederasyonu kanuni-sani (yanvar) ibtidasında 2-ci mütəntən konqresini Tiflisdə əqd eyləmişdir. Keçən sənə federasyonun binası vəz olunan Bakıda “Azərbaycan ricali inqilab” (Azərbaycan inqilab xadimləri) bu şərəfin kəndi hissələrinə isabət etdigi üçün “iftixar” ediyorlardı. Bu dəfə isə Tiflisə oək acı sırlar və sərzənişli itablarla (məzəmmətli yorğunluqla) getmişlərdir. Fəqət biz bu xəbərlərin nə mahiyyətdə olduğunu görmədən əvvəl konqrenin heyəti ümumiyyəsi haqqında bir fikir edəlim:

Bu konqre 574 kişilik bir qələbəlikdən ibarətdir. Əksəriyyəti əmələ ilə məmurindən və cüzi bir qismi köylüdən ibarət olan bu qələbəliyin 80%-ni köylü təşkil edən Mavərayi-Qafqas mühiti-ictimaiyyəsini həqqi ilə təmsil etmiyorsa da, unutmamalıyız ki, mövzu bəhsimiz əmələ diktaturasıdır. Milliyyət etibarilə konqre 29% nisbətində gürcü, 26 nisbətində erməni, 25,5 nisbətində türk, 11,5 nisbətində rus və 8 nisbətində sair millətlərdən təşəkkül etmişdir. (“Yeni Fikir”, ¹5) Təbii heyrət ediyorsunuz: Mavərayi-Qafqasiyada digər millətlərə nisbətlə əksəriyyəti ehraz edən türklər nasıl oluyor da konqredə əqəliyyəti təşkil edən ermənilərdən daha az bir nisbətdə bulunuyorlar?

Bu konqredə, hər hanki digər konqredə olduğu kibi, federasyon hökuməti-heyəti-ümumiyyəsi naminə, sonra da müştərək komisarlıqlar naminə birər məruzədə bulunmuş, mahaldan gələn deleqatlar dinlənmiş və nəhayət, “İnternasyonal” oxunmuş, “Yaşasın Cahan inqilabı” bağırılmış, hər şey təqdir və təhsin olunaraq gələnlər yerlərinə dönmüşlərdir. İşin rəsmi cəhəti böylə olmaqla bərabər bolşevik senzurası və firqə inzibatını yararaq mətbuata inikas edən məlumat məmləkətin federasyon icraatından pək də məmnun olmadığını göstərməkdədir. Vilayətlərdən gələn deleqatların nitqləri şikayətlərlə malidir (doludur). Hələ Azərbaycan deleqatları bir şikayət sızısıdır (fəryadıdır) qoparmışlar, federasyondakı məğduriyyətlərindən (haqsızlıqlardan) məzlumanə bir surətdə bəhs eyləmişlərdir.

Dağılmış Azərbaycan şəhərlərinin xarab bir halda bulunmasından, Kür nəhrinin daşaraq pozduğu sahillərinin hala təmir edilməməsindən, irva (sulama) və isqa (su vermə) idarəsinin Azərbaycan ovalarını suvarmaqda göstərdigi ehmalından (səhlənkarlıqdan), Azəri köylüsünün ucuz manifaktura almamasından, pambıq işində yandığından, hökumətcə pudu 4 rublə qiymət olunan pambığın möhtəkir məmurlarca pudu 2 rublə müqabilində əlindən çıxarıldığından, Azərbaycan dəmir yollarında sıx-sıx zühur edən fəlakətlərdən və duzluq əraziyə pambıq əkmək kibi digər bir çox “mərifət”lərdən bəhs edən müxtəlif nitqlər miyanından nəzəri-diqqəti cəlb edən ikisini qopan şikayətlərin mahiyyətini göstərmək üçün aşağıda dərc ediyoruz:

Deleqatlardan Tağı Şahbazi federasyon tərəfindən Azərbaycana təxsis olunan  maliyə fondunun miqdarı və ötəsi (aralıq) keyfiyyətində göstərilən haqsızlığı təsviri ilə diyor ki: Təqdim etdigimiz məsarif büdcələri şiddətli surətdə kəsr edildigi halda və isehsalı (düzəltmək) üçün dəxi hər ay Tiflisə məxsus bir heyət gön-dərmək zərurətində qalıyoruz. Natiqin rədd olunamayan iddiasına görə Azərbaycan məmur kadrosunu Tiflis fəna halda tənkis (başayaq) ediyor. Böylə ki Gürcüstan ədliyə komisarlığının 700-dən fəzlə məmuru olduğu halda Azərbaycan ədliyyəsinin yalnız 350 məmuru varmış. Gürcüstanda xalq məhkəmə rəislərinin sayı 71, Azərbaycanda isə 21-dir. Gürcüstanda 44 müstəntiq varkən, Azərbaycanda yalnız 20-si vardır. Məmur kadrosu bu nisbətdə olduğu kibi maliyə təxsisatı da öylədir. Gürcüstana 2 milyon buçuq çernones rubləsi verildigi halda Azərbaycana yalnız bir buçuq milyon verilmişdir. Sonra məmurların maaşı da vaxtında verilmiyor, məsəla, müəllimlərin maaşı daima bir ay sonra veriliyormuş. Bunlardan əlavə natiq Azərbaycanda nə dəmir yollarının münəqalatının (tabeçilik) intizamını, nə də şosse yollarının islahını bir həqiqət olaraq qəbul edəmiyor. Sıx-sıx (tez-tez) vuquya gələn fəlakətləri, şosse yollarının təmir edilmədigini iddia ediyor. Azərbaycan köylüsü hər şeydən məhrumdur. Öhdəsinə qoyulan vergini verdigi halda kəndisinə baxan yoxdur.

Sızlayan azərbaycanlılar miyanında səhiyyə komisarı vəkili Kazımovun bəyanatı həqiqətən də mucibi-riqqətdir (qəlbə toxunandır). Ehtimal ki, kəndisini bir daha firqədən ixrac etdirməmək üçün yumuşaq təbirlər və hücumdan ari şəkillərdə söylədigi bu nitq insanı sarsıdan rəqəmlərlə təyid edilmişdir. Doktor Kazımov demişdir ki:

“Azərbaycanda 2 milyon yarım əhalidən milyon yarımı isitmə (malyariya) xəstəliyinə mübtəladır. Malyariya ilə mücadilə üçün bataqlıqları qurutmaq lazımdır. Azərbaycanın 2-ci afəti əmrazi-zöhrəviyyədir (zöhrəvi xəstəliklərdir). Tədqiqat göstəriyor ki, yalnız Ağdaş qəzasında 25 min, Zaqtalada 28 min adam əmrazi-zöhrəviyyə ilə məluldur. Fəqət Azərbaycan səhiyyə komisarlığı bu afətlərlə mücadilə etməkdən acizdir. Komisarlıq əmrazi-sariyə (yoluxucu xəstəliklə) ilə mücadilə üçün bir heyəti-tibbiyyə dəxi ezam edəmiyor”.

Səhiyyə komisarlığına verilən 4160 rublə iə nə yapmaq olar? - deyə acı bir sual veriyor. Kazımovun anlatmasına görə Azərbaycan xəstəxanalarında yatanlar kafi dərəcədə iaişə olunamıyorlar. Hər xəstənin iaişəsi üçün gündə yalnız 16 qəpik (8 quruş) və hər xəstənin müdavəsi (dərmanı) üçün gündə yalnız 10 qəpik veriliyormuş, halbuki buna ən azı 30 qəpik sərf olunmalıdır.

Federasyon komisarlar heyəti naminə məruzədə bulunan Orakxelaşvili vaqe olan bu şikayətlərə cavab vermişdir. Federasyon rəisinin bu cavabını iki kəlmə ilə tərif etmək (anlatmaq) lazım gəlirsə bu, iflas etmək üzrə bulunan dükançının müştərilərinə və borclularına verəcəgi cavaba pək bənzər. Hərhankı arzu və hərhankı haqlı bir mütalibə (tələbə) verilən cavab, bir “yoxdur”dan ibarətdir.

Bu “yoxsuzluğu” Azərbaycan deleqatlarının əlbəttə bilməsi icab edərdi. Onlar Bakı “petrollarının pulsuz” və “hesabsız” olaraq top əndaxti (atılması ilə) Rusiyaya “hədiyyə” göndərirkən işbu “yoxdur” cavabına məruz qalacaqlarını kəsdirməli idiər. Yoxdur, anladıq, fəqət nədən Gürcüstana çox, Azərbaycana az veriliyor? Orakxelaşvili iştə bu marağı təskin etmək üçün söylüyor ki:

“Azərbaycan nümayəndələrinin şikayət eylədigi digər bir məsələ vardır, o da cümhuriyyətlərin müsavi surətdə təxsisat almadıqlarıdır. Məsəla Gürcüstan Azərbaycandan fəzlə alıyor. Bu, doğrudur, həm də böylə olmalıdır. Çünki Gürcüstan əhalisi Azərbaycandan çoxdur”.

Bu səbəb ilk nəzərdə doğru görünüyor. Halbuki həqiqətdə iş böylə degildir. Fərz edəlim ki, bugünki hər tərəfdən məqaslanan (qayçılanan) Azərbaycanın nüfusu az olsun. Fəqət bu rəqəm yenə Kazımovun nitqindən görüldügü vəchilə 2,5 milyondur. Halbuki Orakxelaşvili Gürcüstanın 2,6 milyon nüfusu olduğunu söyləmişdi. Ortadakı fərq yalnız 100 mindən ibarət ikən Şahbazinin nitqində təxsisatı maliyyə fərqinin bir milyondan ibarət olduğunu görüyoruz.

Fəqət bitərəflik iqtizası (lüzumu) ilə söyləməliyiz ki, Orakxelaşvili bu ədəmi-müsavatı izah edərkən başqa səbəblər də göstərmişdir. Bu səbəblərdən birisi, qaliba əskəri olacaq ki yalnız kinayə ilə söylənmişdir. “Burada bizə aid olmayan başqa səbəblər də vardır” demişdir. Gürcüstana “həqqi-məsai” (çalışma haqqı) denilən məmurin və əmələ maaşı çox veriliyor, çünki onun əmələ və məmurları çoxdur. Azərbaycana az veriliyor, çünki əmələsindən bir qismi maaşını Azərbaycan neft idarəsindən alıyor ki, hesabı Mavərayi-Qafqas hesabına girməz. Gürcüstan suvarma işinə fəzlə para verilmişdir, çünki birləşmədən əvvəl burada inşaata başlanmışdı və bunu natamam buraxmaq olmazdı. Bu kibi izahat yanında hökumət rəisinin isitmə haqqında verdigi izahat həqiqətən də şahkardır. “Azərbaycanda isitmənin şiddəti var. Bu doğrudur. Fəqət unudulmasın... bu xəstəlik şimdi yalnız Azərbaycana münhəsir olmayıb bütün dünyayı bürümüşdür. Hətta daxili Rusiyada bulunan Penza vilayətində belə isitmə vardır. Biliyormusunuz, bu Hərbi-Ümumi nəticəsidir. Bu müdhiş xəstəligi əskərlər hər tərəfə götürdügündən, dünyada müdhiş Xinin böhranı zühur eyləmişdir. Azərbaycanda isitmə var, çünki dünyada Xinin yoxdur”.

Demək azərbaycanlılar müstərih (arxayın) olsunlar bütün dünya ilə bərabər xəstələniyorlar, yalnız degildirlər. Səhhət ümidini də bəsləməsinlər, çünki əvvəla dünyada “Xinin” qalmamışdır və sonra...

“Sonra zənn etməsinlər ki, isitməyə müqabil mücadilə üçün hökumətin kafi miqdarda para vermədigi, istəmədigindən iləri gəliyor. Xayır, bunun yeganə səbəbi para yoxsulluğudur. Bu xüsusata komisyonda belə intixab edilmişdir. Fəqət para bulunamadığından komisyon bir iş yapamamışdır”.

Pəkəla, bunları da anladıq, hökumətin burda nə qəbahəti? Nə Xinin varmış, nə də para, bu dərdə nasıl olur çarə!?.

Fəqət Gürcüstandakı xəstəxanələrə nə deyirsiniz? Heç olmazsa o qədəri Azərbaycanda da bulunamazmıydı? Bu suala qarşı komisar əfəndi diyor ki: “Əvət, haqqınız var. Gürcüstandakı tədavixanələr Azərbaycandakılardan fəzlədir, fəqət Gürcüstandakı tədavixanələri ki qapatmaq olmaz!”.

Xəstəxanələr haqqında yürüdülən bu məntiq digər xüsuslarda dəxi icrayi-hökm ediyor. Məktəb və müəllimlərə dair ədəmi-müsavatı izah edərkən eyni metodla mühakimə yürüdən komisar diyor ki:

“Əvət, Gürcüstanda əhli-savad çoxdur. Öylə yerlər var ki əhalinin həpsi oxuyur və yazır. İxtilaldan əvvəl Gürcüstan “sovetizə” olduğu zaman Gürcüstan müəllimləri digər Mavərayi-Qafqas cümhuriyyətlərinin müəllimlərindən daha çox idi. Gürcüstanda 12 min müəllim var. Bunların ki hesabını azaltmaq olmaz”.

Mavərayi-Qafqas iqtisadiyyatı haqqında müarizlərinə cavab verən komisar Miyasnikovun cavabından anlıyoruz ki, Azərbaycan deleqatlarından Talıblı Mavərayi-Qafqasyanın milli məsələlərdə pək fəna birləşmiş olmasından bəhs eyləmişdir. Bu fənalığın nədən ibarət olduğu Azərbaycan deleqatları tərəfindən cəsarət və sərahətlə söylənəmiyorsa da Orakxelaşvilinin məntiqi məsələyi bir az izah eyləmişdir. Bu qərib məntiqə görə Gürcüstana çox müəllim lazımdır. Çünki Gürcüstanda çox məktəb vardır. Gürcüstana çox təbib lazımdır, çünki Gürcüstanda çox xəstəxana vardır. Gürcüstana su təxsisatı lazımdır. Çünki Gürcüstan suvarılmışdır. Halbuki iş əksinə olmalıydı. Azərbaycana çox müəllim lazımdır. Çünki məktəb azdır. Çox təbib gərəkdir, çünki xəstə çoxdur. Su təxsisatı çox verilməlidir, çünki az suvarılmışdır. Anlaşılan Mavərayi-Qafqas Federasyonu, Mavərayi-Qafqasiyayı həmahəng bir surətdə emar üçün degil, əskidən mövcud olan inşaatı mühafizə üçün yapılmışdır. Çünki əldə mövcud olan sərmayə vücudu zəruri bulunan yeni inşaatı degil, yalnız mövcud müəssəsatın mühafizəsinə sərf olunuyormuş. Çar naibləri zamanında dəxi böylə degilmiydi? Bakı vilayətindən xüsusi vergilərlə Karsdakı rus mühacirlərinin ehtiyacı dəf olunmuyordumu?!

Bu konqredə dəxi dəfələrlə təkrar olunduğu vəchilə Azərbaycan Cümhuriyyəti digər cümhuriyyətlərdən ən zəngini və sənaye etibarı ilə ən mütərəqqisidir. Neft məmulatını ixrac etdikdən sonra belə Mavərayi-Qafqas büdcəsinin ən mühüm varidat fəslini, şübhəsiz ki, Azərbaycan varidatı təşkil etməkdədir. Öylə ikən vəziyyətinə baxınız!

İnsaniyyətdən, arqadaşlıqdan və qardaşlıqdan bəhs edən və kəndisi ilə təşriki-müqəddərat edən komunist arqadaşına xəstəlikdən ölüyorum diyor: cavabında: “Nə yapalım biz ki xəstəxanəmizi qapayamayız” diyorlar.

Bu cavab müqabilində başqaları olsa köpürürdü. Halbuki Azərbaycan deleqatları susuyorlar. Müttəfiq cümhuriyyətlərdə, təşriki (ortaq) müqəddərat etmiş dostlar arasında qədəmlərin təvazünü (tarazlığı) şərtdir! - deyə israr etmək xətirlərinə gəlmiyor. Onlar “siz xəstəxanənizi əksiltməz, müəllimlərinizi tənqis (azaltmaq) edəməzsiniz, biz nədən sərvətimizi verəlim, kəndi ehtiyacımıza sərf etməyəlim” demək iqtidarı göstərəmiyorlar. Ehtimal buradakı şikayətləri də məhzən Azərbaycan köylüsü ilə üz-üzə gəlirkən “bax sənin dərdinə ağladıq” demək üçün söylənmiş bir növi propağanda təbiyyəsidir (tabeçiligidir).

Əgər hər şeydən əvvəl kəndini düşünmək əsil isə, acından ölən arqadaşa ağzındakı əkməyi (çörəyi) vermək caiz degilsə, o zaman Qafqasyalı komunistlər səmimi olsunlar, zavallı xəstə və cahil köylüyə “para yoxdur” deməklə qalmasınlar, bila-bədəl Rusiyaya axıdılan sərvəti durdursunlar. O zaman Gürcüstan xəstəxanələri qapanmadan Azərbaycan köylüsü də xəstələrini yatıracaq bir yer bulur! Yoxsa Azərbaycan nə qədər zəngin olsa da qoca Rusiya ilə bərabər bütün Qafqasyayı doyuramaz!

lll

Orakxelaşvili ümumi məruzəsində dəmir yollarının milliləşməgə doğru tərəqqi eylədigini söyləmişsə də Bakıda müntəşir “Komunist” qəzetəsinin 21 kanuni-sani tarixli nüsxəsində bu mövzuya aid aşağıdakı sətirləri buluyoruz:

“Keçənlərdə bir yoldaş işbu səhifələrdə “Dəhşətli Rəqəmlər” sərlövhəsilə Azərbaycan Türklərində hökümran olan savadsızlığı müdhiş rəqəmlərlə göstərmişdi. Şimdi bən də bu qəbildən 2-ci bir rəqəmdən bəhs etmək istiyoram. Bu günlərdə Tiflisdə vaqe olan 2-ci Mavərayi-Qafqas Sovetlər Konqresində türuq (yollar) və məqbir (keçidlər) komisarı Eliada yoldaş məruzəsində işbu rəqəmlər göstərilmişdir. Yoldaşın göstərdiginə görə bütün Mavərayi-Qafqasiya dəmir yollarında çalışan əmələnin milliyyətcə miqdari - bər vəchi atidir: 11.898 və yaxud 48% gürcü, 4.115 və yaxud 15% erməni və yaxud 2.248 və yaxud 8% türkdür. Yəqin ki, bunlar da travers (fran. - şpal) daşıyanlardır. Xətlər müdiriyyəti-ümumiyyəsində ancaq bir türk var. Mərkəzi dəmir yol idarəsində 1% nisbətində olsa da türk yoxdur”.

Bu həqiqətən də müdhiş bulunan rəqəmləri zikr eylədikdən sonra məqalə sahibi konqredəki Azərbaycan deleqatlarının əhvalını qeydlə “şayəni-heyrətdir” diyor, konqredə olan Azərbaycan nümayəndələri tüccar və pambıq məruzələrinə əhəmiyyət verdikləri halda bu rəqəmlərə əsla diqqət etməmişlər və əhəmiyyət verməmişlərdir. Hətta məruzənin bila mübahisə qəbuluna belə yol verməklə dərdimzi söyləməgə belə imkan buraxmamışlardır”.

Nəticədə dəmir yolçu “Qızıl Azərbaycanın Qızıl da dəmir yolçusu olmalıdır” diyor. Sadədil adam, bir düşünmüyor ki, Azərbaycanın kəndisindən dəmir yolçusu olursa o zaman rus, gürcü, erməni və ələlümum azərbaycanlı olmayan fəzlə dəmir yolçuları nə olur?..

“Onları ki iştən çıxarmaq olmaz!!!”

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya”, 15 mart 1924, ¹12

KAMBURU MƏZAR DOĞRULTUR

(Qozbeli qəbir düzəldir)

Bolşeviklərdən ziyadə xaricdə bulunan rusca qəzetələr, əksi ixtilal (əksinqilabi) qəzetələri, Qafqasya məsələlərinə əhəmiyyət veriyorlar. Bunlarca Türkiyə, Rusiyaya qarşı gizli bir taqım tədabir ittixaz etməkdədir. Qafqasya cəbhəsinə külliyyətli əskər sövq olunuyormuş. Bu xüsusda “Posledniye Novosti” qəzetəsi ilə “Novoye Vremya”nın Lozan Müahidəsinin imzası zamanına təsadüf etdirdikləri məqalələrini vaxtilə nəql eyləmişdik. Bu dəfə də Berlində çıxan “Dni” və Reveldə intişar edən “Posledniye İzvestiya” qəzetələri bu mövzuu təcdid eyləmişlərdir. Bu 2 qəzetə müxabiri, hər nə qədər, zahirdə Rusiya və Qafqasya mənafei-aliyəsinə acıdığını ibraz ediyorsa da həddi zatında “ilk həmlədə imha olunacaq” və qonşuları arasında “inqisama uğrayacaq” zavallı Ermənistandan bəhs etməsilə müxbirinin hansı “bitərəf” mənbədən gəldigini pək əla göstərməkdədir. Bu müxbirin “İstanbul mətbuatına” ətf eylədigi nəşriyyata nəzərən Türkiyə Mavərayi-Qafqas Federasyonunu parçalamaq niyətində imiş. Bu məqsədlə İstanbulda sabiq Azərbaycan Şurayi-Millisi Rəisi və “Müsavat” firqəsi lideri Rəsulzadə ilə bərabər Dağıstan xariciyyə naziri Bammatov və məşhur doktor Sultanov bir taqım təşəbbüsatda və türklər ilə müzakiratda bulunuyorlarmış. Gürcü şövenləri dəxi bunlarla tərriki-məsai ediyorlarmış.

Bu məlumatın nə qədər ciddi olduğu Rəsulzadə Məhəmməd Emin bəyə ətf olunan bir fəqərədən anlaşılmaqdadır. Rəsulzadə buraya gəldikdən sonra “kəndisini qızıl boya ilə boyamış” imiş, rusca qəzetə lisanında bu təbir komunist və yaxud sosialist qiyafəsinə girənlər haqqında istemal olunur. Halbuki Rəsulzadə Məhəmməd Emin bəyin buradakı nəşriyyatı ilə hökm ediləcək olursa bolşevik qiyafəsinə girmədigi aşikardır. Bolşeviklər isə kəndisini çoxdan “bəyaz qiyafələr” cüzünə itxal eyləmişlərdir. Sonra bolşevik Qafqasiyasını dağıtmaq üçün “qızıl qiyafəyə” girib də İstanbulda icraiyi fəaliyyət etmək nə dərəcədə müvafiqdir...? Burasını bir qədər təhəmmül eyləsəydi “Dni” kibi kəndisinə tərəqqipərvər və sosyalist süsü verən bir qəzetə nə kibi dedi qodularla məşğul olduğuna qızarardı.

Azərbaycanlılar, dağıstanlılar və gürcülər heç şübhəsiz ki məmləkətlərinin bir an əvvəl Qızıl Rusiya istilasından xilas olmasını istərlər və heç şübhəsiz ki bu xilasdan sonra təkrar “Dni” və yaxud “Revel” qəzetələrinin bəslədikləri arzunun qüvvədən feilə gəlməsi üçün bəzi müqəddərat (götür-qoy) edər. İkinci dəfə “bəyaz” və yaxud “siyah” Rusiyanın əsarətinə girməmək üçün nə lazımsa yaparlar.  Nəzəriyyat etibarı ilə hər hanki fikir adamı üçün şayani-qəbul və ehtiram görülən bu haq, təbii böyük rusiyaçı “fikir adamları” tərəfindən qafqasiyalılar haqqında caiz görülməsə belə, bu “ədəmi-təhəmmül” kəndilərinə böhtan və fitnə ilə məşğul olmaq haqqını verirmi?!

7-8 min rus mühacirini kəndi sinəsində bəsləyən İstanbula bir qaç qafqasiyalının iqamətini çox görən bu müfəttinlər, Sovet Rusiyasının, Türkiyə təcavüzatına qarşı möhtəriz davrandığını bir lisanı təəssüflə qeyd ediyorlar. Guya ki Moskva şu sırada Türkiyə ilə müsadimədən təvəqqi eylədigi üçün, Ankara mütacavizləri getdikcə cəsarət peyda ediyor və Rusiyayı adəta təhqir ediyorlarmış.

Fəqət məsaili-ruzmərrəyi (gündəlik işimizi dəfələrlə) bitərəfanə bir nəzərlə tədqiq edərsək, Erivan hadisəsində olduğu kibi ağır bir təcavüzə məruz qaldığı halda müsadimədən təvəqqi edən bir qüvvət varsa, zənn etməyiz ki, bu qüvvət Rusiya olsun.

“Bismillah” ilə “şeytan” kibi yekdigərindən uzaq olduqları halda, min qeyri haqqın, Qafqasiyayı istila edən bolşevikləri bu hizmətlərindən dolayı iltizam edən bilcümlə rusçu firqələr görünüyor ki, tarixdən heç də dərs almamış yeni heç bir şey əldə etməmiş, həmən “əski hamam içində əski tasla” qalmışlardır.

Bu zehniyyəti görüncə sərnamei-məqal ittixaz etdigimiz bir rus zərbi məsəlini xatırladıq.

- Kamburu məzar doğrultur!

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya” 15 şubat (fevral) 1924, ¹10

(Ardı var)

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.20-21.