"Sənət fədailəri"ndə Gülxar Həsənova və Həsən Məmmədov yad edildi

Noyabrın 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli səhnə ustaları, Azərbaycanın Xalq artistləri Gülxar Həsənovanın 100, Həsən Məmmədovun 80 illiyinə həsr olunmuş "Sənət fədailəri" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq bildirib ki, hər iki sənətkarın yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə qeyd edilir.

Gülxar Həsənova 1936-cı ildən səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb, 1942-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera Balet teatrında öz sənətini davam etdirib. Əsli, Leyli, Şahsənəm, Ərəbzəngi, Təravət, Anna başqa obrazları məharətlə yaradıb.

Həsən Məmmədov 1962-ci ildən 1972-ci ilin fevral ayınadək Akademik Milli Dram Teatrında, 1972-ci ildən ömrünün sonunadək isə "Azərbaycanfilm" kinostudiyasında çalışıb, 50-dən çox filmdə çəkilib.

Kitabxananın əməkdaşlarından Fəridə Cəfərova aktyor Həsən Məmmədovun həyatı, teatr kino sahəsində uğurları, dövlət tərəfindən yüksək mükafatları, səhnə fəaliyyətinin qiymətləndirilməsi mövzusunda çıxış edib. Tamella Məmmədova isə Gülxar Həsənova Həsən Məmmədovun səhnə fəaliyyətlərinə həsr olunmuş kitabların tövsiyə ədəbiyyat siyahısı haqqında ətraflı məlumat verib.

Azərbaycan Mədəniyyət İncəsənət Universitetinin tələbəsi Lətafət Rəhimzadə Azərbaycan kino sənətinin inkişafında aktyor Həsən Məmmədovun əvəzsiz xidmətlərindən, yaratdığı obrazlardan danışıb.

Universitetinin tələbəsi Aylin Əzizli Gülxar Həsənovanın opera səhnəsində Ərəbzəngi, Leyli, Əsli, Şahsənəm kimi qadın obrazlarını məharətlə tamaşaçılara sevdirməsi mövzusunda çıxış edib.

Tədbirdə Həsən Məmmədovun Gülxar Həsənovanın səhnə fəaliyyətlərini əks etdirən iki qısametrajlı film nümayiş olunub.

Tədbirin sonunda "Azərbaycanın səhnə korifeyləri" adlı foto-stendə baxış keçirilib.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.-28 noyabr.-S.7.