Finlandiyada "Qarabağ atları" sərgilənir

Finlandiyanın Espoo şəhərində Avropa Azərbaycanlıları Konqresinə üzv olan Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşkilatı dəstəyi ilə "Qarabağ atları" rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, latviyalı rəssam xanım Datse Ştrausanın rəsmlərindən ibarət olan sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Finlandiyada yaşayan rəssamın bu ekspozisiyası dünyanın bir çox ölkələrində nümayiş olunub. Onun əsas məqsədi Qarabağın Qarabağ atlarının Azərbaycana aid olduğunu təbliğ etməkdir. Açılış mərasimində Finlandiya vətəndaşları, Azərbaycan diasporunun üzvləri müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Datse Ştrausa Azərbaycana vurğunluğundan danışıb, bu sərgi vasitəsilə Avropaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasını göstərdiyini söyləyib.

Avropa Azərbaycanlıları Konqresinin baş katibi, FAA-nın vitse-prezidenti Arzu Oqtay Datse Ştrausaya bu rəsmlərə görə minnətdarlığını bildirib, qonaqlara Qarabağ həqiqətləri Qarabağ atları haqqında ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, milli geyimlər nümayiş olunub. Finlandiyada "Qarabağ atları" sərgilənir

Finlandiyanın Espoo şəhərində Avropa Azərbaycanlıları Konqresinə üzv olan Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşkilatı dəstəyi ilə "Qarabağ atları" rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, latviyalı rəssam xanım Datse Ştrausanın rəsmlərindən ibarət olan sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Finlandiyada yaşayan rəssamın bu ekspozisiyası dünyanın bir çox ölkələrində nümayiş olunub. Onun əsas məqsədi Qarabağın Qarabağ atlarının Azərbaycana aid olduğunu təbliğ etməkdir. Açılış mərasimində Finlandiya vətəndaşları, Azərbaycan diasporunun üzvləri müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Datse Ştrausa Azərbaycana vurğunluğundan danışıb, bu sərgi vasitəsilə Avropaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasını göstərdiyini söyləyib.

Avropa Azərbaycanlıları Konqresinin baş katibi, FAA-nın vitse-prezidenti Arzu Oqtay Datse Ştrausaya bu rəsmlərə görə minnətdarlığını bildirib, qonaqlara Qarabağ həqiqətləri Qarabağ atları haqqında ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, milli geyimlər nümayiş olunub.

525-ci qəzet  2018.- 29 noyabr.- S.8.