Səlim Babullaoğlunun “Qrafik şeirlər və esselər” sərgisi keçirildi

“Zəncirli mülk” qalereyasında sərgi “Nəsimi” Şeir, İncəsənət və Mənəviyyat Festivalının nəzdində baş tutub.

Sərgidə ədəbiyyat, sənət adamları və oxucular iştirak edib. Qonaqlar sərgi zamanı şeirlər dinləyib və müəllifə sərginin kataloqunu imzaladıb.

Qeyri-adi sərgidə müxtəlif ölkələrdən və Azərbaycandan dəvət alan qonaqlar sərgi və müəllifin yaradıcılığı haqqında danışıb.

“Nəsimi” Şeir, İncəsənət və Mənəviyyat Festivalı Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət nazirliyinin iştirakı ilə keçirilir.

Şahanə.

 525-ci qəzet 2018.- 2 oktyabr.- S.3