“Göstərilən etimadı elmi yeniliklərimizlə doğrultmağa çalışırıq

 

AMEA Naxçıvan bölməsinin ilk qadın elmlər doktoru olan Fatmaxanım Nəbiyevanın uğurlu fəaliyyət yolu davam edir

 

Haqqında söhbət açmaq istədiyim tədqiqatçı alim, gözəl insan AMEA Naxçıvan Bölməsinin ilk qadın elmlər doktoru adının sahibi Fatmaxanım Nəbiyevadır.

Fatmaxanım Nəbiyeva 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-ci ilədək Ağdaş rayonunun Ləki kəndində orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləyib.

Elmi işə böyük həvəsi, elmi-tədqiqat işinə marağı onu 1986-cı ildə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutuna gətirir və o, qiyabi aspiranturaya daxil olur. 1992-ci ildə akademik Vahid Hacıyevin rəhbərliyi ilə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi alır. 1985-2002-ci illərdə EroziyaSuvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında kiçik elmi işçi, sonrakı illərdə Botanika İnstitutununGeobotanika” şöbəsində, Genetik Ehtiyatlar İnstitutununBioekologiya” laboratoriyasında aparıcı elmi işçi, böyük elmi işçi, elmi katib vəzifələrində çalışır. 2008-ci ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutuna gəlir və indi də həmin institutunBitki sistematikası” şöbəsində aparıcı elmi işçidir. Fatmaxanım Nəbiyeva ötən il botanika ixtisası üzrə “Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə səhralaşma prosesionun flora biomüxtəlifliyinə təsiri” mövzusunda biologiya üzrə doktorluq dissertasiya işini uğurla müdafiə edir. Bununla da o, AMEA Naxçıvan Bölməsinin ilk və hələlik qadın elmlər doktoru adının sahibidir.

Fatmaxanım 30 illik elmi fəaliyyətində Azərbaycan florasının hərtərəfli öyrənilməsi, xüsusən səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları üzərində aparır. Alimin tədqiqat əsərləri nəinki respublikada, həmçinin Türkiyədə, Rusiyada, Orta Asiyada, Qazaxıstanda, Avstriyada, Çexiyada, Polşada, Rumıniyada, Bolqarıstanda, HindistandaABŞ-da nüfuzlu jurnallarda dərc edilib. Ümumiyyətlə, Fatmaxanım Nəbiyeva 200-ə yaxın elmi əsərin, o cümlədən “Arid ərazilərin florası və səhralaşma” (Kür-Araz ovalığı, Arazboyu düzənliklər) adlı monoqrafiyanın müəllifi və “Naxçıvan Muxtar Respublikasının florası-Botta zəravəndi”, “Yarımsəhra və səhra ekosistemlərinin deqradasiyası”, “Naxçıvan Muxtar Respublikası florasının su-bataqlıq bitkiliyi”, “Su-bataqlıq bitkilərinin əhəmiyyəti” (Naxçıvan Muxtar Respublikası üzrə), o cümlədən Almaniyanın nüfuzlu beynəlxalq “Lambert Academic Publishing” nəşriyyatında rus dilində nəşr olunan “Naxçıvan Muxtar Respublikasının yüksəkdağ florası” və “Naxçıvan Muxtar Respublikasının yüksəkdağ bitkiliyi” adlı kitabların həmmüəllifidir. Tədqiqat əsərlərində də Azərbaycanın arid ərazilərində səhralaşma prosesləri, torpaq bitki münasibətlərində tarazlığın pozulması, florabitkilik tiplərində baş verən qlobal dəyişikliklər və digər aktual məsələlər öz əksini tapıb.

Alim çoxillik floristik, geobotaniki tədqiqat işləri zamanı aşkar etdiyi 3 fəsilə, 12 cins, 16 növ Azərbaycan, Naxçıvan Muxtar Respublikası və Qafqaz floralarını zənginləşdirib. Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə 9 təbii ekosistem və onların bitkiliyi üçün 9 tip, 23 sinif, 13 qrup, 6 yarımqrup, 250 formasiya, 2500-ə yaxın assosiasiyamikroqruplaşmalar müəyyən etmişdir.

O, Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli  istifadəsi və mühafizəsinin bioloji əsasları mövzusunda laboratoriya işlərində, respublikayerli ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Həmçinin Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondunun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır. Alimin aktual problemlərin həllinə yönəldilən elmi-tədqiqat işləri də öz əhəmiyyətinə görə seçilir. Belə ki, o, ilk dəfə olaraq ərazidə landşaftogenezin düzgün idarə olunması zəruriliyini nəzərə alaraq 8 bənddən, 13 yarımbənddən ibarət məlumatların toplanması və işlənməsi modelini hazırlayıb. Aparılan çoxillik tədqiqatların nəticələri əsasında Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə inkişaf etmiş, hazırda genişlənməkdə davam edən səhralaşmanın qarşısının alınması və ya təsirinin azaldılması üçün səhralaşmanın arealının xəritə-sxemi və səhralaşmaya qarşı mübarizə kartoqramları (xəritə) tərtib edib.

Bioloq alim 1992-ci ildən Torpaqşünaslıq Cəmiyyətinin, 2003-cü ildən AMEA-nın Botanika Cəmiyyətinin üzvüdür. Cari ildə isə AMEA-nın Botanika Cəmiyyətinin Rəyasət Heyətinin üzvü seçilib.

Həyatını sözün həqiqi mənasında elmə həsr edən respublikamızda və eləcə də xaricdə keçirilmiş bir çox elmi konfranslarda aktual mövzularla məruzələr ilə çıxış edən Fatmaxanım Nəbiyeva 2002-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin qadını” adına layiq görülüb.

Elmi nailiyyətlərinə görə fəaliyyəti qiymətləndirilən Fatmaxanım Nəbiyeva uğurlu elmi fəaliyyətinə görə ötən il AMEA Naxçıvan Bölməsinin “İlin alimi” adına layiq görülüb, cari ildə isə bölmənin Fəxri Fərmanı ilə təltif olunub.

Alimin təvazökarlığı, səmimiliyi, eyni zamanda işgüzarlığı Bioresurslar İnstitutunun, eyni zamanda bütün Naxçıvan Bölməsinin əməkdaşlarının dərin hörmətini qazanıb.

Yorulmadan çalışan, elm sahəsində öz səmərəli fəaliyyətini davam etdirən Fatmaxanım özünün 30 illik elmi fəaliyyətində qazandığı zəngin bilik və təcrübəsini bu gün gənc elmi işçilərdən, dissertantdoktorantlardan əsirgəmir, həmişə də onlara bir nümunədir.

Fatmaxanım Nəbiyeva ilə çalışdığı elmi qurumda həmsöhbət olduq. Söhbət əsnasında öyrəndik ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış perspektiv növlərin yayılması, təbii ehtiyatı və səmərəli istifadə imkanlarının öyrənilməsi üzərində elmi tədqiqatlar aparır. Çalışır ki, elmi nailiyyətləri ilə elmimizə öz töhfələrini versin. Bunun üçün hər cür imkanların olduğunu dilə gətirən müsahibimiz muxtar respublikada elmin inkişafı ilə bağlı görülən işlərdən də danışdı:

-Naxçıvanda həyatımızın bütün sahələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə diqqət və qayğıdan bizim elmi müəssisəmizə də xeyli pay düşüb. Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün alim və tədqiqatçılara hərtərəfli şəraitinin yaradılması, daim qayğılarımızla yaxından maraqlanılması kollektivimizi daha da yaxşı işləməyə ruhlandırır və görülən bu işlər rəğbətlə qarşılanmaqla bərabər, işimizə məsuliyyətimizi də artırır. Bizlərə göstərilən bu etimadı elmi yeniliklərimiz və ictimai işlərdə fəal iştirakımızla doğrultmağa çalışırıq.

 

Türkanə Bəylərli,

 

AMEA Naxçıvan Bölməsinin

 

İnformasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 4.