“Mədəniyyətlərin dialoqu” təqdim edildi

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sistemi (MKS) tərəfindən yeni layihə reallaşdırılır.

“Mədəniyyətlərin dialoqu” layihəsi tolerant davranışın formalaşmasına yönəlib və 10-a yaxın tədbirin təşkilini nəzərdə tutur.

Layihə çərçivəsində dünən Yasamal rayon MKS-in Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanası ilə birgə “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin təşkilati və informasiya dəstəyi ilə “Poeziya - sərhədsiz məkan” adlı telekörpü formasında tədbir keçirib.

Tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq layihə haqqında məlumat verib. Qeyd edib ki, müasir kitabxana - tolerantlıq məkanı, mədəniyyətlərin dialoqu mərkəzidir. Kitabxana əhalidə digər xalqların nümayəndələri ilə etnikarası ünsiyyət, müsbət münasibət mədəniyyətini formalaşdırmağa təkan verə bilər.

Telekörpüdə tanınmış Azərbaycan şairlərinin şeirləri həm doğma dilimizdə, həm də rus dilində söylənilib.

Sonra ən yaxşı tərcüməyə görə tərcüməçilər və ifaçılar A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanasının fəxri fərmanları ilə təltif olunublar.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.13.