İstiqlal Muzeyində növbəti sərgi "Paralel" olacaq

Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə "Paralel" adlı tədbir-sərgi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40-dan çox fotoşəkil nümayiş etdiriləcək.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.

525-ci qəzet 2018.-  12 oktyabr.- S.7.