Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görülüb

Beynəlxalq Mahmud Kaşqari Fondunun təsis etdiyi, ənənəvi olaraq hər il müxtəlif ölkələrdə yaşayan, ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətlər göstərmiş məşhur yazarların təltif olunduğu Beynəlxalq Mahmud Kaşqari mükafatına bu il görkəmli, Azərbaycan şairi Rüstəm Behrudi layiq görülüb.

Beynəlxalq Mahmud Kaşqari Fondu İdarə Heyətinin qərarı ilə o, türk xalqları ədəbiyyatı qarşısında göstərdiyi xidmətlərə görə  "Mahmud Kaşqari-1000" medalı ilə təltif olunub.

Mükafatın təqdimat mərasiminin bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda keçiriləcəyi gözlənilir.

525-ci qəzet  2018.- 23 oktyabr.- S.7.