Bir günlük müharibə” - 6 illik xronika

 

 

 

İkinci Dünya müharibəsi bəşəriyyətin şahid olduğu ən böyük hərb kimi tarixə keçib. 1 sentyabr, 1939-cu ildə Almaniyanın Polşaya hücumu ilə başlayan müharibə düz 6 il 1 gün davam edib.

1945-ci ilin sentyabrın 2-də Yaponiyanın təslim olmasıyla başa çatan müharibəBir günlük müharibəkimi anılır. Əlbəttə, aradakı 6 ilinəzərə almayanda”...

Bu 6 ildə döyüş meydanlarında, əsirlikdə 27 milyon hərbçi həlak oldu. 25 milyona yaxın dinc əhalinin həyatına son qoyuldu. Bəzi mənbələrdəsə itkilər 65 milyondan çox göstərilir.

Müharibənin ayaq səsləri

Hitlerin 1933-cü ildə iqtidara gəlməsindən etibarən Almaniya iqtisadiyyatını maksimum şəkildə inkişaf etdirməyi məqsəd seçdi. Ölkə İlk Cahan hərbindən məğlub çıxmışdı. Üstəlik, 1929-cu ildə dünyanı vəba kimi saran 10 illik Böyük böhran (“Great Depression”) Almaniyadan da yan keçməmişdi.

Hitler çox qısa müddətdə hiperinfliyasiya, kütləvi işsizlik, sənaye durğunluğunun öhdəsindən gəldi. Ardınca Versal sülh müqaviləsinin qüvvədən düşməsinə nail oldu.

Daha sonra reyxs-kansler almandilli əhalinin yaşadığı qonşu ölkələri Almaniyanın tərkibinə qatmağa başladı. 12 mart, 1938-ci ildə Avstriyanın ilhaqı gerçəkləşdi, sentyabrın 1-də Çexslovakiyaya aid Sudet bölgəsi, 1939-cu ilin 15 martında geriyə qalan ərazisi Almaniyanın tabeliyinə keçdi.

Birinci Dünya müharibəsi nəticəsində Polşaya verilən Danziq bölgəsininsə Almaniyaya birləşdirilməsi cəhdləri nəticə vermir, danışıqlar uzanırdı...

İlk atəş...

İkinci Dünya Müharibəsinin rəsmən başlamasını bildirilən ilk atəşin 1 sentyabr, 1939-cu ildə, saat 04:45-də “Schleswig-Holstein” adını daşıyan hərbi gəminin Polşanın Qdansk (Danziq) şəhəri yaxınlığındakı Vesterplatte yarımadasında yerləşən silah anbarına açıldığı iddia olunur. Əslindəsə ilk atəş 4:30-da Velyun şəhərinə açılmışdı: alman hərbi təyyarələri, “Yunker Ju 87”lər məntəqənin altını üstünə çevirdilər, 1200 mülki şəxs bombardmanda can verdi.

Bundan əvvəlsə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi.

İkinci Dünya müharibəsi başlandı.

Sentyabrın 3-də İngiltərə Fransa Almaniyaya müharibə elan etdilər. Ardınca Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.

Böyük Vətən müharibəsi

1941-ci il iyunun 22-də Almaniya SSRİ- hücum etdi. İldırımsürətli müharibə strategiyasına əsaslanan Hitler qəfil zərbəylə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidindəydilər. Müharibənin birinci həftəsində Leninqrad Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda Kiyev tutuldu, Leninqrad mühasirəyə alındı, Moskvaya güclü hücum başlandı. Lakin Sovet ordusu Moskva döyüşündə almanları darmadağın etdi. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 kilometrə qədər yaxınlaşan almanlar müdafiə döyüşlərində taqətdən düşdülər. Dekabrın 5 6-da sovet qoşunlarının əks-hücumu başlandı...

Azərbaycan müharibə illərində

Azərbaycan iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzi Hind okeanına hərəkət etmək niyyətindəydi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərlərindən biri olan Rozenberqin hazırladığıQafqazın idarə olunması planı”na əsasən, Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu təşkil edilməliydi.

Digər plana görə, SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərinBöyük Türküstandövləti yaradılmalı, Azərbaycan da tərkibinə salınmalıydı. HitlerinEdelveysadlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi.

ABŞ Böyük BritaniyanınVilvetplanında Azərbaycanı öz nüfuz dairələrinə çevirməyi əsas məqsədlərdən biri kimi görürdülər.

SSRİ-nin azərbaycanlıları Mərkəzi Asiyaya Qazaxıstana köçürmək şərtilə Azərbaycanı tərkibində saxlamaq planı vardı.

Müharibə illərində Azərbaycan cəbhəyə 600 minə yaxın adam göndərdi. Həmvətənlərimizdən 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyalar formalaşdırıldı.

40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmişdi. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən 2-ni məhv etmiş, 17 yara alsa da, təyyarəsini uçuş meydançasına endirmiş, özü həlak olmuşdu. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra - 1991-ci ildə həyata keçirilmişdi.

İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev BelarusiyadaDyadya Kolyapartizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdi. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdi. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı xüsusilə qeyd edilməlidir.

Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupunun rəhbəri kimi 1000 nəfərdən çox faşist zabitini zərərsizləşdirmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuşitkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Yaponiyanın müharibəyə qoşulması

Fransa Almaniyaya təslim olduqdan sonra Yaponiya hərbi hissələrini Vyetnam, LaosKambocada yerləşdirdi. Filippindəki mülklərinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi.

1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası ABŞ-ın Perl-Harbor bazasına güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi. Müharibə alovu artırdı...

İkinci cəbhə: Almaniya təslim olur

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizmininYaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldu. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.

Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əskəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi.

Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. 1944-cü ilin avqustunda Fransa azad edildi.

Sonrakı proseslər sürətlə cərəyan etməyə başladı. Almaniya artıq məngənətə düşmüşdü. Nəhayət, 1945-ci il mayın 9-da qeyd-şərtsiz təslim aktına imza atmalı oldu.

Müharibəsə davam edirdi...

HiroşimaNaqasakinin atom bombardmanı - bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və hələlik yeganə hadisədir. İkinci Dünya müharibəsinin sonlarında ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib.

1945-ci il 6 avqustunda ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlananEnola Gayamerikan B-29 bombardman təyyarəsi 13-18 kiloton trotilə bərabər “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atdı.

9 avqust, 1945-ci ildəsə 21 kiloton trotilə ekvivalentGonbul” adlı ikinci bombaBockscaramerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atıldı. Təyyarənin komandiri pilot Çarlz Suini idi.

Hiroşimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdu.

Belə zalımca addımdan sonra Yaponiya müharibəni dərhal bitirməyə məcbur oldu.

15 avqust, 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış akt İkinci Dünya müharibəsinin son nöqtəsini qoydu.

 

Cavid QƏDİR

 

 

525-ci qəzet.- 2018.-8 sentyabr.- S.19.