Özbəkistanın Şərq qapısı - Andicandan reportaj

 

 

Fərqanə vadisini nahaq yerə Mərkəzi Asiyanın döyünən ürəyi adlandırmırlar. Bura böyük iqtisadi əhəmiyyətə malik ərazidir, son illər isə həm turistlərin diqqətini cəlb etməkdədir.

 

Müxtəlif ölkələrdən olan turistlər Fərqanə vadisinə səfər etməyə başlayıblar. Ərazidə qədim məkanlarla yanaşı, həm aqroturizmin inkişafı üçün islahatlara başlanılıb. Yaxın gələcəkdə bura aqroturizmi sevənlərin bir nömrəli səyahət ünvanına çevriləcək. Vadidə ekoturizm, qastronimik turizm, dini turizm inkişaf etdirilir.

Fərqanə vadisinə Fərqanə, Andican, Namanqan Kokand vilayətləri daxildir. Hər vilayətin mərkəzi eyniadlıdır, vilayətlər şəhər rayonlara bölünür.

Özbəkistanın baş şəhəri Daşkənddən Fərqanə vadisinə sürət qatarları işləyir. Daşkənddən saatda 150-160 kilometr sürətlə irəliləyən "Afrosiyob" sürət qatarı Andicana altı saata çatır. "Afrosiyob" sürət qatarı həm uzun yolu qısaldır. Belə ki, əvvəllər Fərqanə vadisinə - Andican, Kokand, Fərqanə Namanqana getmək üçün xeyli yol qət eləmək lazım idi. Amma 2016-cı ildə Angren şəhərini Papa birləşdirən, 19,2 kilometr uzunluğunda Kamçık tuneli istifadəyə veriləndən sonra Daşkənd ölkənin digər əraziləri ilə Fərqanə vadisinin şəhərləri arasında birbaşa sürətli əlaqə yaranıb. Özbəkistanın Çinlə birgə tikdiyi Anqren-Pap dəmir yolunun ümumi uzunluğu 123,1 kilometrdir ki, bunun da 19,2 kilometri Kamçık tunelinin payına düşür.

Vadinin ən böyük vilayətlərindən biri Andicandır. Vilayətin eyniadlı mərkəzi şəhəri Fərqanə vadisinin ən qədim şəhərlərindəndir. Qırğızıstanla sərhəddə yerləşən Andican Özbəkistanın dördüncü iri şəhərdir - 450 min nəfər əhalisi var.  Andican vilayətində isə hazırda 3 milyona yaxın insan yaşayır. 4,2 min kvadratkilometr ərazisi olan vilayətdə 14 rayon, iki müstəqil şəhər mövcuddur. Buranı 

ÖZBƏKİSTANIN ŞƏRQ QAPISI 

da adlandırırlar. Tarixi eramızdan əvvəl 3-4-cü əsrlərədək gedən bu şəhər qədimdə Böyük İpək Yolu üzərində mühüm ticarət mərkəzi funksiyasını daşıyıb. Üstəlik, pambıq ipək istehsalı ilə məşhur olub. 1902-ci ildə baş verən dəhşətli zəlzələ şəhəri xarabazara çevirib. Məscidlər mədrəsələr istisna olmaqla, şəhərdə aparılan tikinti işləri binaların klassik görünüşünü müasirləşdirib. Bu gün Andican ənənəsinə sadiq qalaraq Özbəkistanın ən iri sənaye mərkəzlərindən biri olmaqda qalır. Pambıq ipək istehsalı, emalı toxuculuq fabrikləri ilə yanaşı, müasir minik avtomobilləri istehsal edən zavodlar da buradadır. Yerli istehsalın payına həm "Damas", "Chevrolet" yüngül minik avtomobilləri daxildir. "Damas"lardan ictimai nəqliyyatda taksi kimi istifadə  olunur. Qiyməti münasibdir, yenisi 5-6 min dollar təşkil edir.

Andican yaşıllığı, səliqəsi ilə göz oxşayır.  Ərazidə üzümlüklər, günəbaxan plantasiyaları, meyvə ağacları xüsusi səliqə ilə salınıb. 

BABUR ŞAHIN VƏTƏNİ

Andicanın mərkəzində yerləşən Babur şah istirahət mərkəzi həm şəhər əhalisinin, həm qonaqların ən çox baş çəkdikləri, istirahət etdikləri məkandır. İstirahət məkanının giriş qapısının qarşısı qırmızı-çəhrayı çiçəklərlə əhatələnib. Tən ortada isə Moğol imperiyasının qurucusu ilk hökmdarı Babur şahın heykəli ucalır. Parkın giriş qapısı Şərq-Moğol memarlığında tikildiyi üçün buranı daha möhtəşəm edib.

Andicanlılar bura həm istirahət, piknik məqsədilə gəlir, əylənir, özbək milli musiqilərinin sədaları altında rəqs edirlər, xanımlar isə məşhur özbək plovu hazırlayırlar. Yerli əhali deyir ki, buranın plovu bir başqadır. Yəni ən dadlısı məhz Andicanda hazırlanır. Burda hazırlanan plovun düyüsü fərqlidir, qəhvəyi rəngə çalır ki, bu düyü yalnız Andicanda yetişdirilir. Plovu parkda hazırlayıb qonaqlara ikram edirlər. Lazım olan ərzaqlar isə düyü, qoyun əti, sarı rəngli kök soğandır.

Bu parkda qapıdan içəridə, meydanın ortasında böyük Babur şahın taxtında oturmuş formada heykəli ucalır. Bir az yuxarıdakı terras sahədə qədimi üslubu ilə diqqət çəkən kiçik bina, daha yuxarıda isə sərdabə yerləşir. Dağın başına qalxmaq üçün isə sərdabənin hər iki tərəfindən daş pilləkənlər tikilib.

Yeri gəlmişkən, qədimi binada hazırda Babur şahın həyatına dair əşyaların sərgiləndiyi muzey fəaliyyət göstərir. Muzeydə Babur şahın hakimiyyəti zamanı mövcud olan dövlət bayrağı, o dövrə aid küp, vaza digər nümunələr, Moğol əsgərinin istifadə etdiyi qılınc, yay-ox sair kimi silahların oxşarları, sikkələr, hətta Babur şahın adına təsis edilmiş medal sərgilənməkdədir.

Təpənin zirvəsində isə mərmərdən tikilmiş sərdabənin altında Babur şahın məzarı var. Amma məzarda sadəcə böyük hökmdarın Kabuldakı məzarından götürülmüş torpaq "dəfn olunub". Şahın əsl məzarı Əfqanıstanda, Kabuldadır. Burada isə belə demək mümkünsə, Babur şaha öz vətənində simvolik məzar salınıb.

Babur 14 fevral 1483-cü ildə Andican şəhərində anadan olub. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Onun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas, anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında ikən Fərqanənin hakimi olub. Babur 1526-cı ildə Böyük Moğol İmperiyasının əsasını qoyub onun ilk hökmdarı olub.

Dekabrın 26-da  1530-cu ildə Aqrada 47 yaşında vəfat edib. O, müdrik ağıllı dövlət xadimi olmaqla yanaşı, həm şair idi. Babur şah mükəmməl təhsil alıb, elm sənət adamlarının əhatəsində olub. O, Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük şairi hesab olunur. Baburun eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq təsəvvüf kimi mövzulara toxunduğu divanın cəmi beş nüsxəsi var. Bunlardan üçü Türkiyədə, biri Fransa, biri isə Hindistanda saxlanılır.

Baburun ən önəmli əsəri çağatayca yazdığı Baburnamə əsəridir. Bu əsərdə Babur uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs edib, gəzib gördüyü yerlər, tanış olduğu insanlar mədəniyyətlər haqqında yazıb, bir çox sərkərdə dövlət xadimlərini xarakterizə edib.

Böyük Baburun adını daşıyan parkda tikinti quruculuq işləri davam edir. Burada kanat yolu salınıb, uşaqlar üçün pansionat yenidən qurulur, sakinlərin istirahəti üçün kafe-çayxanalar, xeyli uzaqda isə məşhur "Titanik" gəmisinin silueti quraşdırılıb.  

YUNİSƏLİ BABANIN YARATDIĞI CƏNNƏT

Andicandan təxminən bir saatlıq məsafədə qədim tarixə malik Mərhəmət şəhəri yerləşir. Bura həm də 72 yaşlı Yunusəli babanın öz həyətində yaratdığı cənnətlə məşhurdur. Yolüstü həmin cənnətə baş çəkirik. Bizdən qapıda dayanmağı xahiş edir, bir neçə saniyə sonra isə əlində kiçik parça və özbək milli ornamentli ipək parçanı qapının girişinə atır, deyir ki, əziz qonaqlarımızı belə qarşılayırıq. Həmin parça isə sonra qonağa hədiyyə edilir. Yunisəli baba geniş həyətinə su arxı çəkdirib, ağacların üzərində, həyətdən axan arxın üzərində kiçik istirahət yerləri salıb. Arxda isə yüzlərlə balıq saxlanılır, dediyinə görə qışda çox soyuq olduğu üçün balıqlar payızın sonunda toplanaraq istifadə olunur. Növbəti ilin yazqabağı isə yenidən kiçik balıqlar alınaraq həmin arxa buraxılır.

Həyətdə cığırların yanlarında sırayla əkilmiş "Cənnət" və " alma" ağacları, üzüm bağı, çiyələk kolları, tərəvəz bağı salınıb. Xüsusi dizaynda budanan ağacların arasında kiçik çardaqlar salınıb. Ailələr burada dincəlir, yemək, çay süfrəsi hazırlayır. Burda həm də qonaqlar üçün əyləncə proqramı təşkil olunur. Beləcə bu cənnətdən ayrılırıq, növbəti ünvan isə  Mərhəmətdəki antik şəhərdir...

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.6.