"YARAT"da rusiyalı rejissorun filmi göstərildi

 

"YARAT" Müasir İncəsənət Mərkəzində rejissor İvan Tverdovskinin "Atılmışlar" filmi nümayiş olunub.

 

AZƏRTAC xəbər verir kiRusiya Film Həftəsi çərçivəsində təqdim olunan ekran əsərinin xronometrajı 95 dəqiqədir.

 

Film xəstəliyə tutulmuş və ömrü boyu internatda yaşayan bir gəncin həyatından bəhs edir. Anası onu gözlənilmədən internatdan çıxarıb evlərinə gətirir. Filmin qəhrəmanı Moskvada, özündən asılı olmayaraq, mütəşəkkil cinayət qrupununliderinə çevrilirRus dilində izlənilən ekran əsəri maraqla qarşılanıb.

 

Qeyd edək kirejissorssenaristoperator və rəssam kimi tanınan İ.Tverdovski 2012-ci ildən başlayaraq qısametrajlı filmlər proqramının kuratorudurRejissorun tammetrajlı kinoda debütü "Düzəliş sinfifilmi olub. 2014-cü ildə Soçidə "Kinotavr" kinofestivalının iki mükafatına layiq görülüb, prokatçı münsiflər heyətinin mükafatını qazanıb və ən yaxşı debütə görə priz alıb. Film Karlovı Varı kinofestivalının "Qərbdən Şərqə" adlı Şərqi Avropa filmləri müsabiqəsinin başmükafatına sahib olub. 2016-cı ildə 27-ci "Kinotavr" kinofestivalında "Zoologiya" filminə görə kinoşünas və tənqidçilər gildiyasının "Filprizini qazanıb.

 

525-ci qəzet  2018.- 13 sentyabr.- S.7.